-Əziz həmvətənlər.
Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.
Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.
Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik. Daha ətraflı »
-
19AprDigər PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
19AprDigər TƏRTƏRLİLƏR İLHAM ƏLİYEVİ TƏBRİK EDİRLƏR üçün şərhlər bağlıdır
Möhtətəm cənab Prezident!
11 aprel Prezident seçkilərində qazandığınız inamlı qələbəyə görə sizi ürəkdən təbrik edirik.
Əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, xalqımız daha yaxşı və firavan yaşayacaq. Ümid edirik ki, həmişə olduğu kimi yenə də Azərbaycan mətbuatına önəm verəcəksiniz və mətbuatın dostu kimi qayğınızı əsirgəməyəcəksiniz.
Sizə işinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.“Yeni Tərtər” qəzetinin kollektivi adından qəzetin baş redaktoru Tofiq Yusif
Daha ətraflı »Teqlər: Digər
-
19AprDigər MİLLİ QƏHRƏMAN VƏZİR ORUCOV XATİRƏLƏRİMİZDƏ üçün şərhlər bağlıdır
İllər bir-birini əvəz edir, bir haray çağırır bizi. Bu haray neçə illərdir ki, çağırır, səslənir, kəsmək bilmir. Bu Qarabağ harayıdır, bu haray Qarabağ uğrunda şəhid olanların, qanına qəltan olanların, atasız uşaqların, oğulsuz ataların, anaların, qardaşsız bacıların harayıdır.
Bu gün ürəyimizdə yaraya dönən o yurd yerlərində şəhid olmuş igid oğullardan birinin – Vəzir Surxay oğlu Orucovun xatirəsini anaq.
Vəzir Orucov 26 dekabr 1956- cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.Atası Surxay kişi 1949-cu ildə öz ailəsi ilə birlikdə Dərələyəz mahalından deportasiya olunmuşdur. Vəzir Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə hərbi xidmətini başa vuraraq təhsilini davam etdirmişdir. 1984-cü ildə Vəzir Rusiyanın Arxangelsk vilayətinin Berkova şəhərinə köçmüşdür. Daha ətraflı »Teqlər: Digər
-
19AprDigər “KÖHNƏ KİŞİLƏR”in BİRİ DƏ AZALDI üçün şərhlər bağlıdır
Telefonumun yaddaşından ürəkağrısı ilə bir nömrə də sildim. Ancaq onunla bağlı xatirələr yaddaşımdan ömürlük silinməyəcək.
Bilal Mahmudov – “Köhnə kişilər”dən biri… Özünün, sözünün ağası, şəxsiyyəti, qüruru, əzəməti ilə həmişə özünə hörmət, rəğbət qazanıb. Ciddi olduğu qədər də səmimi bir insan idi. Uzun illərdən bəri onu tanıyırdım, doğmalıq münasibətimiz isə rayon təhsil şöbəsinin müdiri ( son illərdə bu, onun ən aşağı vəzifəsi idi) işləyəndə yaranmışdı. O vaxt mən rayon pioner evində metodist işləyirdim və ali məktəbin axırıncı kursunda oxuyurdum. “Diplom işi” yazmaq üçün mənə makina və istirahət günlərindən əlavə bir gün də vaxt lazım idi. Hələ uşaqlıqdan vəzifəsindən asılı olmayaraq hamıya öz sözümü özüm deməyə adət etmişdim. Çoxları mənə Bilal müəllimin bu işə raykom katibliyindən gəldiyini, ciddi, tələbkar, zəhmli bir adam olduğunu demiş, bu icazəni verməyəcəyini bildirmişdilər. Buna baxmayaraq onun qəbuluna getdim. Bilirdim ki, rayon tədbirlərinin birində et-diyim çıxışdan xoşu gəlib. Daha ətraflı »Teqlər: Digər
-
09AprDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
HEÇ ZAMAN UNUDULMAYAN OĞULLARDAN BİRİ
Tərtər rayonunun sayılıb-seçilən ailələrindən biri də Paşayevlər ailəsi olub. Ailənin başçısı Sabir müəllim uzun müddət ümumtəhsil ocaqlarında məktəb direktoru işləyib. Həm də xətir-hörməti ilə fərqlənən bir ağsaqqal idi. Hansı evin qapısını açardısa çox böyük hörmətlə qəbul olunardı. Yüzlərlə yetirməsi təkcə Tərtərdə deyil, ölkənin hər bir bölgəsində fəaliyyət göstərirdi. Ünsiyyətdə olduğu hər kəsin ürəyində vətənpərvərlik hissi cücərdərdi, Sabir müəllim. Dilinə, dini-nə, milli adətlərimizə, soy kökünə damarlarında axan qanıyla, bütün vücudu ilə bağlı, elin dərd-səri ilə birgə yaşayan insan idi. Övladlarını da bu ruhda tərbiyə edirdi. Həkim, mühəndis, hüquq işçisi böyütmüşdü Sabir müəllim ailəsində. 1988-ci ildə mənfur qonşularımızın fitnəkarlıqları baş verdikcə, bu el ağsaqqalı özünə dinclik tapmırdı. Onun bu narahatçılığı övladlarına da sirayət edirdi…
Ermənilər gündən-günə azğınlaşırdı. Topxana meşəsinin məhv edilməsindən başlayan xəyanət rayonlarımızın işğalı ilə nəticələndi. Daha ətraflı »Teqlər: Digər
-
09AprDigər AĞBİRÇƏKLƏRİMİZ üçün şərhlər bağlıdır
SƏRİYYƏ XALA
Səriyyə xalanı uzun illərdir tanıyıram. Lakin nə onun özü, nə də ailəsi haqqında heç bir məlumatım yox idi. Iş planındakı mövzu onu daha yaxından tanımağıma səbəb oldu. Görüşümüz onun ailəsində, böyüklük etdiyi ocağında alındı. Tanıdığım zəhmətkeş, bir az da baməzə qadın xeyli dəyişmiş, ağbirçəkləşmişdi.
Səriyyə Məmmədova Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndindəndir. 1937-ci il sentyabr ayının 20-də doğulub. Ailədə 6 bacı, 1 qardaş olublar. Atası Tahir uzun müddət mühasib işləyib, anası Tərgül isə ev-dar qadın olub. Ata-ana övladlarının qayğısı ilə məşğul olsalar da, oradakı vəziyyət başqa həmkəndliləri kimi Tahir kişigili də yaşadıqları kənddən çıxmağa məcbur etmişdir. Onlar ailələri ilə birlikdə 1953-cü ilin may ayından Tərtər rayonunun Seydimli kəndində məskunlaşırlar.
Demək olar ki, Seydimli kəndinə köçüb gələn Qərbi azərbaycanlılar və yerli sakinlər bir-birləri ilə münasibət quraraq doğmalaşırlar, bir-birlərinə qız verib qohum olublar. Daha ətraflı »Teqlər: Digər
-
09AprDigər VETERANLARIMIZ üçün şərhlər bağlıdır
MÜHARİBƏ ÖLÜMDÜR
Nəsimi Yusibov 1974-cü ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə tam orta məktəbi bitirib. 1992-ci ilin sentya-brında həqiqi hərbi xidmətə çağırılıb. O zaman arxa cəbhədə 5 ay hərbi təlimlər keçəndən sonra 1993-cü ilin fevralında Ağdərə, Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib.
Nəsimi ilə redaksiyada söhbət edirik. Deyir ki, ilk vaxtlar “Tərtər-1” və “Tərtər-2” batalyonlarının tərkibində döyüşlərə qatılmışam. İlk dəfə məni batalyona rəhmətlik Vəzir Orucov qəbul etdi. Keçdiyim təlimlər zamanı avtomat, pulemyot və qumbaraatan silahlardan yaxşı istifadə etməyi öyrənmişdim. Lüləsaz istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankını ələ keçirdik. Həmin tankların birini qumbaraatanla mən vurmuşam. O zaman indiki Azərbaycan Bayrağı ordenli Nizami Heydərovla, İnqilabla, Himayətlə birgə döyüşmüşəm. Daha ətraflı »Teqlər: Digər
-
09AprDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Əziz balalarımız Hilal və Duyğu! Dünyaya gəlişinizlə ocağımıza yeni təravət gətirdiniz, tükənməkdə olan gülüşümüzü qaytardınız. Dünyadan vaxtsız köçmüş babanızın arzusunu göyərtdiniz. Bizim yaz nəfəsli, bahar təravətli fidanlarımız, ad gününüz mübarək olsun! Ata-analı böyüyəsiniz! Elimizin, vətənimizin layiqli övladları olmağınızı, dərddən, qəm-qüssədən uzaq yaşamağınızı Ulu Tanrıdan diləyirik. Doğmalarınızın və Sizi sevənlərin fəxrinə, qüruruna çevriləsiniz!
Sizi ürəkdən sevən Ebiniz və bütün doğmalarınız
Teqlər: Digər
-
29MarDigər TƏBRİK EDİRİK üçün şərhlər bağlıdır
Qəzetimizin yaxın dostu, həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Fərrux oğlu Axundovu mənalı ömrünün 80-ci ili münasibəti ilə təbrik edir, ona cansağlığı, elmi işlərində uğurlar və rahat həyat arzulayır!
“Yeni Tərtər” qəzeti
redaksiyasının kollektiviTeqlər: Digər
-
29MarDigər 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR üçün şərhlər bağlıdır
BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏLİ MİLLƏT
Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal edilmişdir. Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar