Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

    HEÇ ZAMAN UNUDULMAYAN OĞULLARDAN BİRİ

    Tərtər rayonunun sayılıb-seçilən ailələrindən biri də Paşayevlər ailəsi olub. Ailənin başçısı Sabir müəllim uzun müddət ümumtəhsil ocaqlarında məktəb direktoru işləyib. Həm də xətir-hörməti ilə fərqlənən bir ağsaqqal idi. Hansı evin qapısını açardısa çox böyük hörmətlə qəbul olunardı. Yüzlərlə yetirməsi təkcə Tərtərdə deyil, ölkənin hər bir bölgəsində fəaliyyət göstərirdi. Ünsiyyətdə olduğu hər kəsin ürəyində vətənpərvərlik hissi cücərdərdi, Sabir müəllim. Dilinə, dini-nə, milli adətlərimizə, soy kökünə damarlarında axan qanıyla, bütün vücudu ilə bağlı, elin dərd-səri ilə birgə yaşayan insan idi. Övladlarını da bu ruhda tərbiyə edirdi. Həkim, mühəndis, hüquq işçisi böyütmüşdü Sabir müəllim ailəsində. 1988-ci ildə mənfur qonşularımızın fitnəkarlıqları baş verdikcə, bu el ağsaqqalı özünə dinclik tapmırdı. Onun bu narahatçılığı övladlarına da sirayət edirdi…
    Ermənilər gündən-günə azğınlaşırdı. Topxana meşəsinin məhv edilməsindən başlayan xəyanət rayonlarımızın işğalı ilə nəticələndi.
    Vətənin dar günü idi. İtirilmiş torpaqlarımız, camaatın yurd-yuvasından didərgin düşməsi, insanların əsir götürülməsi vətənpərvər oğullarımızın ürəyində alov yandırırdı. Mənfurları susdurmağa can atanlardan biri də Paşayevlər ailəsinin üzvləri idi. Ədalət isə erməni cəlladları ilə döyüşə qatılmışdı. O, özünümüdafiə batalyonuna komandir müavini kimi daxil olsa da, gözəl topçu idi. Hətta onun səyi nəticəsində hər biri 4 nəfərdən ibarət on bir topçu qrupu yaradılmışdı.
    Xocalı faciəsi baş verdikdən sonra oğullarımızın qəzəbi birəon artmışdı. Bu xəbəri eşidən Ədalət topun arxasına keçərək erməni faşistlərini bir sutka aramsız artilleriya atəşinə tutmuşdur. Ədalət rayonumuzun mərd, qorxubilməz oğulla-rından idi. O, özünümüdafiə batalyonuna daxil olduğu gündən Tərtərin müdafiəsində xüsusi şücaət göstərmiş, ən ağır döyüşlərdə iştirak etmişdir. Ağdərə ətrafı döyüşlərdə–Qırmızıkənd, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Hə-sənqaya, Levonarx, 3 №-li Sovxoz, Kasabet, Sərsəng su anbarı, Drambon və başqa yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində qanlı döyüşlərdən keçmişdir və bu döyüşlərdə bir neçə dəfə ağır yaralanmışdır. Lakin aldığı yaralar onu döyüş bölgələrindən uzaqlaşdırmamışdır. Yaraları tam sağalmamış batolyona qayıtmış və ən qaynar nöqtələrdə döyüşmüşdür.
    1992-ci il avqustun 27-si Drambon uğrunda gedən qanlı döyüş Ədalət Paşayevin son döyüşü oldu. Bu gün cəsur döyüşçünün həyatına şəhid olduğu tarix kimi həkk olundu. O, ölümündən sonra torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlər, şəxsi igidlik və sücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Ədalət Paşayevlər ailəsinin ilk şəhidi idi. Çox çəkmədi ki, bir ilin tamamında- 1993-cü il avqust ayının 31-də ailənin digər oğlu Elvaris Qubadlının müdafiəsi zamanı şəhid oldu.
    Şəhidlik hər kəsə nəsib olmayan bir zirvədir. Məhz Ədalət Paşayev kimi…

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.