Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

    MÜHARİBƏ ÖLÜMDÜR

    Nəsimi Yusibov 1974-cü ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olub. 1991-ci ildə yaşadığı kənddə tam orta məktəbi bitirib. 1992-ci ilin sentya-brında həqiqi hərbi xidmətə çağırılıb. O zaman arxa cəbhədə 5 ay hərbi təlimlər keçəndən sonra 1993-cü ilin fevralında Ağdərə, Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib.
    Nəsimi ilə redaksiyada söhbət edirik. Deyir ki, ilk vaxtlar “Tərtər-1” və “Tərtər-2” batalyonlarının tərkibində döyüşlərə qatılmışam. İlk dəfə məni batalyona rəhmətlik Vəzir Orucov qəbul etdi. Keçdiyim təlimlər zamanı avtomat, pulemyot və qumbaraatan silahlardan yaxşı istifadə etməyi öyrənmişdim. Lüləsaz istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankını ələ keçirdik. Həmin tankların birini qumbaraatanla mən vurmuşam. O zaman indiki Azərbaycan Bayrağı ordenli Nizami Heydərovla, İnqilabla, Himayətlə birgə döyüşmüşəm. Əsas hədəfimiz Lüləsaz, Papravənd, Canyataq, Gülyataq, Madagiz, Donaşen kəndləri olub. Bu döyüşlərdə başımın arxa tərəfindən yüngül yaralanmışam.
    Atəşkəs 1994-cü ilin may ayında elan olunsa da, mən 1996-cı ilin dekabrında ordudan tərxis olunmuşam.
    İştirak etdiyimiz döyüşlərdə o qədər qoçaq, igid oğlanlar şəhid oldu ki! Mənim sağ qalmağımsa yəqin alın yazım imiş.
    Veteran hazırda Tərtər Rayon Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis işləyir.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 10:33

    Teqlər:

İsmarıclar bağlıdır.