20Dek
Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa-150” abidəsi ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabr ayının ikinci ongünlüyündə Tərtər rayonuna səfərini təşkil edib.
Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Dek
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyə nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda işgüzar forum keçirilib.
Maarifləndirici forumun keçirilməsində məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.
Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağırışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Dek
Heydər Əliyevin anım günü ilə əlaqədar rayonumuzdakı Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilib. Şəhər 2 saylı məktəb–liseyin müəllimi Fərqanə Kərimova burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərs keçib. Şəhər 1, 5, 6 saylı tam orta məktəblərinin şagirdlərinin və 1, 3 saylı körpələr evi–uşaq bağçalarının yetirmələrinin ekskursiyaları təşkil olunub.
Bundan sonra isə Mərkəzdə mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin həyat yoluna həsr olunan “Dəyirmi masa” keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova geniş məruzə söyləyib. Ulduzə Qurbanova, Telman Məmmədov, Reyhan İsmayılova Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına göstərdiyi misilsiz qayğıdan danışıblar.
Sonda “Böyük ömrün anları” filmi nümayiş etdirilib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
20Dek
“Yeni Tərtər” qəzeti redaksiyası YAP ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyeva Ümummilli Liderin keçdiyi ömür yolu və onun fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının nailiyyətlərinin simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Bu gün onun ideyaları, müəyyən etdiyi yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizi inamla irəli aparır.
Qəzetin baş redaktoru Tofiq Yusif, Baş redaktorun müavini Svetlana Bağırova, müxbir Əvəz Nəsirov öz çıxışlarında qeyd etdilər ki, Heydər Əliyev Azərbaycanın milli şüurunun zirvəsi, ən böyük azərbaycanlıdır. Onun ideyaları əbədi olaraq yaşayacaqdır.
Onlar həmçinin Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, onun jurnalistlərə göstərdiyi qay-ğıdan danışdılar. Bildirdilər ki, bu gün ölkə mətbuatı demokratik prinsiplər əsasında inkişaf edir, media işçilərinə qayğı və diqqət göstərilir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
30Noy
Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Tərtər Hərbi Məhkəməsində davam etdirilib.
Tədbir iştirakçıları hərbi məhkəmədə dahi rəhbərə həsr olunan guşələrlə, foto-stendlərlə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Teqlər: Xəbərlər
20Noy
Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
İki min nəfərdən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Noy
Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.
Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Noy
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.
Monitorinq insidentsiz başa çatıb.
Teqlər: Xəbərlər
20Noy
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici turak-siyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olublar.
Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun yola salınması mərasimi keçirilib.
Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Noy
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın İntellektual Birincisi” layihəsinin sonuncu regional turniri Tərtər rayonunda keçirilib. Turnirdə Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarından ibarət komandalar iştirak edib.
Açılış mərasimində Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Sonra 4 intellektual oyuna (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) start verilib. Tərtər rayonunda keçirilən regional seçim turunda “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Tərtər, “Xəmsə”, “Axtar-tap” intellektual oyunlarında Füzuli rayonunun gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Teqlər: Xəbərlər
Yeni ismarıclar