Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    DSC_7374 (Копировать)15130056094494823332_1000x669Tərtərdə məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi və ermənilərin Qarabağa İrandan köçürüldüyünü sübut edən “Marağa-150” abidəsi ilə tanışlıq

    Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin dekabr ayının ikinci ongünlüyündə Tərtər rayonuna səfərini təşkil edib.
    Diplomatlar və KİV nümayəndələri əvvəlcə Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış kompleksinə gəliblər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verərək bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması istiqamətində son illər mühüm tədbirlər görülüb. DSC_7491 (Копировать)Bu yaşayış kompleksi son 16 ildə Azərbaycanda məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. İndiyədək 53 min ailə – 260 min nəfərə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu yaşayış kompleksi 50 hektar torpaq sahəsində inşa edilib. Burada dördmərtəbəli 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib. Elektrik, su, qaz, istilik təchizatı və bütün digər zəruri infrastrukturla təmin olunmuş kompleksə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın və digər rayonlardan olan məcburi köçkünlər yerləşdiriləcək. Yaşayış kompleksinin tikintisi 1992-ci ildə işğaldan azad olunmuş ərazidə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.
    İsveç və Niderland səfirliklərinin nümayəndələrinin yaşayış kompleksi və buraya köçürüləcək insanların məşğulluğu ilə bağlı suallarını cavablandıran Baş nazirin müavini qeyd edib ki, yaşayış kompleksindəki 1170 mənzilə altı min məcburi köçkün yerləşdiriləcək. 50 hektar ərazinin 27 hektarında şəhərcik tikilib, 23 hektarı isə bura köçəcək ailələrə paylanılmaq üçün saxlanılıb. Kompleksə yerləşəcək məcburi köçkünlər əsasən heyvandarlıqla məşğuldurlar və 23 hektar ərazi onların arasında bölünəcək, onlar burada mal-qara saxlaya biləcəklər. Məcburi köçkünlərin bir hissəsi məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi və ATS-də işlə təmin olunacaqlar. Bir qismi isə artıq Tərtər rayonunda işlə təmin edilib. Hesab edirik ki, burada işsizlik problemi olmayacaq.
    Diplomatlar və KİV nümayəndələri sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə tanış olublar.
    Baş nazirin müavini Əli Həsə-nov məlumat verib ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa–150” abidəsi İranın Marağa ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə onların özləri tərəfindən inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qar-şı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi qəsdən dağıdılıb. Çünki o, ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin əyani sübutu idi. Bu abidə, tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Niderland səfiri Onno Kervers, Fransa səfiri Orelia Buşer, ABŞ-dan olan keçmiş diplomat Ceyms Koyle bu mühüm səfərlə bağlı öz təəssüratlarını bölüşüblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:59

    Teqlər:

İsmarıclar bağlıdır.