Deyirlər ki, insan ömrü yaşanan illərlə deyil, bu illərin mahiyyəti ilə ölçülür.Bu, həqiqətən də belədir. Bəzən lap gənc yaşlarında həyatın əsl fəlsəfəsini anlayırsan. Qazimiz, hamımızın sevimlisi Misir Axundov kimi.
Cəmi 22 yaşı var Misirin. Bu 22 ildə nələri görməyib? Dəfələrlə ölümlə üz-üzə dayanıb. Həkimlərin əli ondan üzülsə belə, özü həyat uğrunda mübarizəsini dayandırmayıb, bütün ağrı-acılara qalib gəlb. Qalib gəlib ki, valideynlərinə oğul toyunun sevincini bəxş etsn, evlərindən nəvə səsi eşidilsin.
Bu gün Misir Axundovu təkcə Tərtər rayonunda deyil, Azərbaycanın hər bir guşəsində tanıyır və sevirlər
O, 2019-cu ilin iyul ayının 5-də həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda, Bakıda xüsusi təyinatlı həmlə əməliyyat taborunda xidmət edirdi. Sentyabrın 27-də tərkibində olduğu hərbi hissə Füzuliyə gətirilərək qızğın döyüşlərə qatılır. Bir-birinin ardınca uğurlu əməliyyatlar yerinə yetirilir. Bu hərbi əməliyyatların qələbə ilə başa çatmasında gənc kəşfiyyatçı Misir Axundovun da böyük payı vardı. Qorxmaz, igid döyüşçü hər dəfə rabitəçi yoldaşı ilə kəşfiyyata gedərək irəlidəki ərazi, düşmənin koordinatları barədə hərbi hissəyə dəqiq məlumatlar verirdi.
Bu barədə Misir belə danışır: “Hər addımda ölümlə üzləşirdik. Kəşfiyyat-dan geri dönməyimiz yeni həyatımızın başlanğıcı hesab olunurdu. Amma bu, bizdən ötrü əhəmiyyətli deyildi. Əhəmiyyətlisi məqsədimiz idi. Biz yalnız verilən tapşırıq barədə düşünür, qarşıdakı döyüşün uğurlu keçməsindən ötrü var qüvvəmizlə çalışırdıq”.
Oktyabrın 2-də Misir rabitəçi yoldaşı ilə növbəti dəfə kəşfiyyata getmişdi. Həmin günü qazimiz belə xatırlayır: “Yoldaşım yaralandı, mən ona ilk tibbi yardım göstərdikdən sonra ratsiyanı da götürüb, irəli getməyə başladım. Bü-tün fikirlərim qarşıdakı döyüş barədəydi. Düşünürdüm ki, ərazini dəqiq ölçüb, yoldaşlarıma məlumat ötürməliyəm. Beləliklə 150 metr məsafədə irəliləyə bildim. Lakin düşmən artıq yerimi öyrənmişdi. Çünki bir neçə dəfə qarşıma çıxan erməni əsgərlərini zərərsizləşdirmişdim”. Daha ətraflı »


YAP Tərtər Rayon Təşkilatında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tərtər rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində Qanlı Yanvar hadisələri haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin roluna həsr olunmuş tədbir keçirilib.
20 Yanvar faciəsi”nin 33-cü ildönümü münasibətilə Tərtər rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Faiq müəllimin dediklərindən: “Qüdrət Şirinova mənim ana nənəm olub. Onun ailəsi Dərələyəz mahalının Ağkənd kəndində yaşayırdı. Ailədə ata-ana və 7 uşaq olublar. 1918-ci il qırğınında kənddən qaçıblar. Uşaqlıqdan daim ailəmizdə bu barədə söhbət düşəndə, qadınların ağladığını görürdüm. Qüdrət nənəmin adı çəkiləndə məni də qəhər böğur”.
2022-ci ildə 193,4 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirən rayonumuzun torpaq mülkiyyətçiləri ilkin çəkidə 4152,4 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 214,7 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Bu elmi idarənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatının yüksəl-dilməsi və yeni dənli bitkilərin növlərinin artırılmasından ibarət olmuşdur. Ən öncə alınan “Arandəni“ bərk buğda sortunun məhsuldarlığı 30-35 sentner idi. Sonra “Şirvandəniz” arpa sortu(məhsuldarlığı 35-40 sentnerdir), “Naxçıvandə-ni” arpa (məhsuldarlıq 35-40 sentner), 1944-cü ildə “Şərq” bərk buğda sortu (məhsuldarlıq 35-40 sentner) olmuşdur. Beləliklə, stansiyada daha yüksək məhsuldar sortların alınması üçün qızğın işlər, elmi axtarışlar aparılırdı.


Yeni ismarıclar