Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun təsərrüfatlarında fermer və ailə fermer təsərrüfatlarının üzvləri 550 hektar sahədə pambıq becərdilər. Tədarük məntəqəsinə 893 ton məhsul təhvil verildi. Hektarın orta məhsuldarlığı 16,2 sentner oldu.
Ötən ildən fərqli olaraq bu il rayonumuzda 1035 hektar sahədə pambıq becərilir. Bəyimsarov kəndində 106 hektar, Zona Təcrübə Stansiyasında 92 hektar, Qaynaq kəndində 84 hektar, Əksi-parada 65 hektar, Yuxarı Qapanlıda 60 hektar, Ələsgərlidə 56 hektar sahədə pambıq əkilib. Daha ətraflı »
-
08AvqKənd təsərrüfatı PAMBIQÇILIQ TƏSƏRRÜFATIN GƏLİRLİ SAHƏSİDİR üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
08AvqKənd təsərrüfatı QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
KƏND TƏSƏRRÜFATI İŞLƏRİNİN GEDİŞİ VƏ AQRAR SEKTORUN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNAN MÜŞAVİRƏ KEÇİRİLİB
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri Tərtər rayonunda olublar. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
-
18İylKənd təsərrüfatı TAXIL BİÇ İNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır
2016-cı ilin məhsulu üçün rayonumuzda 12214 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bunun 7932 hektarı buğda, 4282 hektarı arpa olmuşdur. Taxıl biçini mütəşəkkil təşkil edildiyi üçün məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2016-cı il tarixdə rayonda taxıl biçini başa çatıb. 7932 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,3 sentner olmaqla 29586 ton, 4282 hektar arpa sahəsinin hər hektarından məhsuldarlıq 27,2 sentner olmaqla 11647 ton məhsul toplanmışdır.
Qeyd etmək lazımdır ki, rayonun bir sıra kəndlərində taxılçılıq sahəsində hər hektardan alınan məhsul rayonun orta göstəricisindən yüksək olmuşdur. Belə ki, Hüsənli kəndində hər hektardan 40 sentner, Burucda 39,2 sentner, Mamırlıda 38,6 sentner və Kəngərlidə 38 sentner məhsul götürülmüşdür.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı, Xəbərlər
-
18İylKənd təsərrüfatı ÇUĞUNDUR SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır
Təsərrüfatımız çoxsahəlidi. Torpaqdan səmərəli istifadə etməyə çalışan fermerlərimiz taxıl, pambıq əkir, malqara üçün yonca becərir, şəkər çuğunduru yetişdirirlər. Son illər şəkər çuğundurunun əkin sahələri genişləndirilir.
Mən özüm ailə üzvlərimlə birlikdə 18 hektar sahədə çuğundur becərirəm. Sahələrdə normal bitiş var.
Şəkər çuğunduru qiymətli ərzaq məhsulu olmaqla yanaşı onun becərilməsində, hazır məhsulu İmişlidəki şəkər çuğunduru zavoduna təhvil verib, pulunun alınmasında heç bir maneələrlə rastlaşmırıq. Bax, elə insanların bu sahəyə maraq göstərməsinin də başlıca səbəbi budur.
Indi çuğundur sahələrində becərmə işləri davam edir. Suvarma aparılır. Plantasiyalarda bol məhsul varTərlan Zeynalov,
Azadqaraqoyunlukəndində ailə fermer
təsərrüfatının başçısı
Teqlər: Kənd təsərrüfatı
-
01İynKənd təsərrüfatı TORPAĞA ƏYİLƏN BAŞ HƏMİŞƏ UCA OLAR üçün şərhlər bağlıdır
Ailə-fermer təsərrüfatının başçısı kimi pay torpağımdan başqa 12 hektar sahəni icarəyə götürmüşəm. Becərmə, suvarma işlərini vaxtında və normal qaydada keçirdiyim üçün hər mövsümdə bol taxıl, mal-qara üçün yonca tədarük edirəm. Əkin sahələrindən bol məhsul götürməyimizin bir səbəbi də Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı, onlara subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin verilməsidir. Bu il 6 hektarda taxıl və bir o qədər də sahədə yonca becəririk. Taxıl sahələrində və yoncalıqlarda suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.
Cari ildə torpaqdan daha yüksək məhsuldarlıq gözləyirik. Çünki ötən payız taxıl səpini qurtaran kimi yağan yağışlar bitişin keyfiyyətini daha da yaxşılaşdırdı.
Taxıl və yonca sahələrində ziyanvericilərə qarşı dərmanlama işlərini də başa çatdırmışıq.
Əkinçiliklə yanaşı maldarlıq və qoyunçuluqla da məşğul oluruq. Həyətimizdə iribuynuzlu mal-qara və xeyli sayda qoyun-quzu bəsləyirik.
İşlərimizin gedişi deməyə əsas verir ki, bu il bütün sahələrdə məhsuldarlıq ötən ildəkindən çox olacaqdır.Yunis Alışanov,
Dəmirçilər kəndində ailə-fermer
təsərrüfatının başçısı.Teqlər: Kənd təsərrüfatı
-
01İynKənd təsərrüfatı PAMBIQÇILIQ üçün şərhlər bağlıdır
ONUN ƏKİNİNƏ QİQQƏT ARTIRILIR
Sovetlər dönəmində pambıqçılıq sahəsində Tərtər rayonunun adı həmişə qabaqcıllar sırasında çəkilərdi. Elə o zamanlar–1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin Tərtərə səfərləri, əmək adamları ilə görüşləri insanların daim ruh yüksəkliyinə səbəb olardı.
Müstəqilliyimizin ilk illərində bu sahə bir qədər unudulmuşdu. Hazırda pambıqçılığın inkişafına diqqət və qayğı xeyli artıb.
Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun ailə-kəndli və ev təsərrüfatları üzrə 550 hektar sahədə pambıq əkilmişdi. Həmin sahələrdən qəbul məntəqəsinə 893 ton məhsul təhvil verildi. Bu, hər hektardan 16,2 sentner məhsul deməkdi. Pambıqçılığı inkişaf etdirmək və bu sahədə çalışan insanların işə marağını artırmaq məqsədilə ölkə Prezidenti İlham Əliyev pambıq becərənlərə mineral gübrələrin, mühərrik yağlarının güzəştli şərtlərlə verilməsini, onların hektara 50 manat hesabı ilə subsidiyalarla təmin olunmasını nəzərdə tutan sərəncam imzalayıb. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
01İynKənd təsərrüfatı MƏHSULUN TALEYİ HƏM DƏ MELİORATORLARIN İŞİNDƏN ASILIDIR üçün şərhlər bağlıdır
Hazırda ölkəmizin qarşısında duran başlıca vəzifələrdən biri qeyri neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafıdır. Məlum olduğu kimi, kənd əməkçilərinin yetişdirdikləri məhsulun taleyi həm də melioratorların işindən asılıdır.
Cari ildə rayonumuzda 7922 hektar sahədə taxıl, 4281 hektarda arpa, bundan başqa bostan-tərəvəz məhsulları, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, yem bitkiləri əkilmişdir. 2000 hektar sahədə isə pambıq becərilməsi nəzərdə tutulub. Məlumdur ki, rayonun yeganə təbii su mənbəyi Tərtər çayıdır. Onun üzərində tikilmiş Sərsəng Su Anbarı işğal altındadır. Buna görə də kənd təsərrüfatı bitkilərinin suvarılmasında və əhalinin kommunal-məişət ehti-yaclarının ödənilməsində əsas ağırlıq subartezian quyularının üzərinə düşür.
İdarəmizin balansında 474 subartezian quyusu vardır və bunlardan 467-i işlək vəziyyətdədir. Bu quyuların 14 ədədi cari ilin birinci rübündə balansa götürülmüşdür. Həmçinin cari ildə 7 ədəd yeni subartezian quyusunun qazılması və 3 ədəd quyu lüləsinin vurulması nəzərdə tutulmuşdur. Rüb ərzində 17 milyon 042 min kubmetr su çıxarılmış və bunun üçün 6 milyon 710310 kvt/saat enerji sərf edilmişdir. Cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi təmin olunmuşdur. Rüb ərzində 9 ədəd yeni nasos salınmış və 22 ədəd yeni idarəetmə şiti quraşdırılmışdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
27AprKənd təsərrüfatı AQRAR YÜKSƏLİŞ ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSAS AMİLLƏRİNDƏN BİRİDİR üçün şərhlər bağlıdır
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün ərzaq məhsullarına olan təlabatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları düzgün siyasət nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım yaranmışdır.
Təkcə ötən il Azərbaycanda bu sahədə artım 6,6 faizə çatmışdır. Xüsusilə taxılçılıqda məhsuldarlıq yüksəlib. Lakin bununla belə ölkəmizdə istehsal edilən taxıl respublika əhalisinin 64 faizini təmin edir. Məhz buna görə də ölkənin taxılla təminatının idxalından asılılığının aradan qaldırılması ölkə başçısı tərəfindən ciddi məsələ kimi qarşıya qoyulmuşdur.
Kənd təsərrüfatının prioritet sahələrindən olan taxılçılığın inkişaf etdirilməsi üçün üç əsas amil vardır. Bunlar yüksək məhsuldar, xəstəliklərə davamlı və texnoloji keyfiyyətlərə malik sortların yetişdirilməsi, intensiv becərmə texnologiyasının tətbiqi və keyfiyyətli toxumdan istifadə olunmasıdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
27AprKənd təsərrüfatı MÜKƏMMƏL BİTKİ-MÜHAFİZƏ SİSTEMİ MƏHSUL BOLLUĞUNDA ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır
Dünya təcrübəsi göstərir ki, hər hansı əkinçilik sistemi, ən yüksək perspektivli kənd təsərrüfatı şəraiti olursa olsun, yaxşı təşkil olunmuş bitki-mühafizə sistemi olmadan yüksək məhsul götürülməsinə zəmanət vermək qeyri-mümkündür.
Hal-hazırda bütün dünyada bitkiçilik sahəsində əsas yeri kimyəvi mübarizə üsulu tutur. Hansı ki, onun köməyi ilə əsas məhsul itkisi aradan qaldırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aqrar sahənin inkişafı ölkədə ərzaq bolluğunun əsas və başlıca məsələsidir. Elə buna görə də biz də bütün bunları nəzərə alaraq kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, ekoloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl aparılmasına çalışırıq.
Bildiyimiz kimi, kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilər siçanabənzər gəmiricilərdir. Rayonumuzun ermənilərlə 48 kilometr cəbhə boyu təmas xətti olduğuna görə bu ziyanvericilər becərilməyən torpaqlarda çoxalaraq bizim təsərrüfatda becərilən bitkilərə ciddi ziyan vurur. Daha ətraflı »Teqlər: Kənd Təsərufatı, Kənd təsərrüfatı
-
09MarKənd təsərrüfatı Tərtər rayonunda ümumi məhsul buraxılışı və əhalinin gəlirləri artmışdır üçün şərhlər bağlıdır
2015-ci ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2014-cü ilə nisbətən 15,1 faiz artaraq 125,8 milyon manat olmuş, onun adam-başına düşən həcmi 11591,3 manat təşkil etmişdir. Son beş ildə rayonda əhalinin adambaşına düşən məhsul buraxılışı 35,8 faiz və ya 419,5 manat artmışdır.
Məhsul və xidmətlərin 63,7 faizi istehsal sahələrinin, 36,3 faizi xidmət sahələrinin payına düşmüşdür.
2015-ci ildə 48,1 milyon manatlıq və ya ümumi məhsulun 38,3 faizi qədər kənd təsərrüfatı sahəsində, 42,3 milyon manatlıq (33.6%) ticarət və xidmət sahəsində, 26,4 milyon manatlıq (21%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,6 milyon manatlıq (4,4 %) sənayedə, 2,8 milyon manatlıq (2,2%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,5%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
2015-ci ildə rayonda əhalinin gəlirləri 2014-cü ilə nisbətən 0,2 % faiz artaraq 191 milyon manata çatmışdır. Son beş ildə rayonda əhalinin adambaşına düşən gəlirləri 6,6 faiz və ya 149,5 manat artmışdır.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar