Ailə-fermer təsərrüfatının başçısı kimi pay torpağımdan başqa 12 hektar sahəni icarəyə götürmüşəm. Becərmə, suvarma işlərini vaxtında və normal qaydada keçirdiyim üçün hər mövsümdə bol taxıl, mal-qara üçün yonca tədarük edirəm. Əkin sahələrindən bol məhsul götürməyimizin bir səbəbi də Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı, onlara subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin verilməsidir. Bu il 6 hektarda taxıl və bir o qədər də sahədə yonca becəririk. Taxıl sahələrində və yoncalıqlarda suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.
Cari ildə torpaqdan daha yüksək məhsuldarlıq gözləyirik. Çünki ötən payız taxıl səpini qurtaran kimi yağan yağışlar bitişin keyfiyyətini daha da yaxşılaşdırdı.
Taxıl və yonca sahələrində ziyanvericilərə qarşı dərmanlama işlərini də başa çatdırmışıq.
Əkinçiliklə yanaşı maldarlıq və qoyunçuluqla da məşğul oluruq. Həyətimizdə iribuynuzlu mal-qara və xeyli sayda qoyun-quzu bəsləyirik.
İşlərimizin gedişi deməyə əsas verir ki, bu il bütün sahələrdə məhsuldarlıq ötən ildəkindən çox olacaqdır.
Yunis Alışanov,
Dəmirçilər kəndində ailə-fermer
təsərrüfatının başçısı.