İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycana qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 May 2025-ci il tarixdə Laçında keçirilmiş tədbirdə qeyd etdi ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Bu dəhşətli faktları nəzərə alaraq, mədəni hüquqların və bütövlükdə mədəni irsin qorunması ölkəmizdə xüsusi əhəmiyyət kəsb edən sahələrdəndir. Daha ətraflı »
-
30MayDigər Ermənistan Azərbaycana qarşı soyqırım törədib üçün şərhlər bağlıdır
-
29MayDigər Tərtərdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 May – Müstəqillik Günü münasibəti ilə konsert proqramı təşkil edilib üçün şərhlər bağlıdır


Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. Daha ətraflı »
-
26MayDigər 28 May Müstəqillik Günüdür üçün şərhlər bağlıdır
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Daha ətraflı »
-
26MayDigər Müstəqillik xalqımızın ən böyük sərvətidir üçün şərhlər bağlıdır
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” deyən Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Daha ətraflı »
-
26MayDigər COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur üçün şərhlər bağlıdır
21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışı edib. Ölkə başçısı çıxışında bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.Cənab prezident bildirib ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.
Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Daha ətraflı »
-
23MayDigər Azərbaycanla Macarıstan strateji əməkdaşdır üçün şərhlər bağlıdır
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi regional inteqrasiyanın və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə işarə edir. Bu sammit yalnız üzv dövlətlərin deyil, həm də müşahidəçi ölkələrin aktiv iştirakı ilə Türk dünyasında birliyin güclənməsinə və qlobal arenada ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Macarıstanın ilk dəfə təşkilata ev sahibliyi etməsi və “Şərq və Qərbin görüş nöqtəsi” mövzusu, həm geosiyasi, həm də mədəni baxımdan əhəmiyyətli bir dialoqun əsasını qoyur. Budapeştdə keçirilən bu görüş, Türk Dövlətləri Təşkilatının strateji hədəflərini daha da irəli aparmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir.Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Macarıstan arasında tarixi və strateji oxşarlıqlar, habelə müstəqil siyasət yürütmək bacarığı əlaqələrin güclü təməlini təşkil edir. Bu yaxınlıq və oxşarlıqlar Azərbaycan-Macarıstan əməkdaşlığını çoxşaxəli – diplomatik, iqtisadi və nəqliyyat sahələrində inkişaf etdirmək üçün əsas yaradır.
TDT-nin ilk qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda – Şuşada keçirilməsi, sonra isə Macarıstanda davamının təşkil olunması Azərbaycanın təşəbbüskarlığını və regional liderliyini göstərir. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Xəzər limanları arasında vahid rəqəmsal platformanın yaradılması Azərbaycanın regional ticarət və nəqliyyat əlaqələrində rəqəmsallaşmaya verdiyi önəmi göstərir. Daha ətraflı »
-
22MayDigər Azərbaycan və Macarıstan dost, qardaş ölkələrdir üçün şərhlər bağlıdır
Bu gün Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanat, Azərbaycan-Macarıstan münasibətlərinin dərinliyini və çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Bu bəyanat, iki ölkənin oxşar tarixi, geosiyasi və sosial çağırışlara qarşı ortaq mövqedə dayandığını və gələcəyə yönəlik strateji əməkdaşlıqların gücləndiyini göstərir.Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına da başlayıb. Hətta bu gün Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində fəal iştirak edir. Belə ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü ianə edib.
Macarıstan dəfələrlə beynəlxalq strukturlarda, xüsusilə də Avropa İttifaqı və Avropa Parlamenti çərçivəsində Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli sənədlərə qarşı çıxaraq, onlara veto qoyub.
Macarıstanın Azərbaycanın əsas neft və qaz layihələrində pay sahibi olması, iqtisadi tərəfdaşlığın dərinliyini göstərir. Azərbaycanın Avropaya qaz ixrac edən əsas ölkələrdən birinə çevrilməsi, onun enerji təhlükəsizliyi sahəsində strateji aktora çevrildiyini təsdiqləyir. Bununla yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq perspektivləri, iqtisadi gündəliyin çevik və gələcəyə yönəlik olduğunu sübut edir
Dövlətimizin başçısı iqtisadi siyasətin uğurlarını və qarşıda duran məsələləri daha geniş formada bəyanatında bu cür səsləndirib. “Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Daha ətraflı »
-
22MayDigər Azərbaycan və Macarıstan dost ölkələr, strateji tərəfdaşlardır üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanat verib.Dövlət başçısı deyib ki, bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır.
Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir.
Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.
Qeyd olunub ki, Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. Daha ətraflı »
-
22MayXəbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtərdə vətəndaş qəbulu keçirdi üçün şərhlər bağlıdır


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 16-da Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda 7 şəhid ailəsi və 16 müharibə veteranı olmaqla 41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Daha ətraflı » -
22MayXəbərlər AZƏRBAYCANIN AVROPA İTTİFAQI İLƏ STRATEJİ ENERJİ DİALOQU üçün şərhlər bağlıdır
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkəsi kimi Aİ üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi regional və qlobal enerji təhlükəsizliyindəki artan rolu ilə daha da əhəmiyyətli olub. Artan əhəmiyyətin əsas səbəbi Azərbaycanın enerji bazarlarına inteqrasiyası və Aİnin enerji şaxələndirmə siyasətində oynadığı açar roludur. Aİnin enerji təhlükəsizliyi və şaxələndirmə strategiyalarının tərkib hissəsi olan Azərbaycan, həmçinin yaşıl enerji sahəsindəki təşəbbüslərlə bu əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.
Azərbaycanla Aİ arasındakı əlaqələr 1996-cı ildə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə hüquqi əsasını tapmışdır. 2006-cı ildə “Enerji Memorandumu”nun imzalanması isə Azərbaycanın Aİ üçün strateji enerji tərəfdaşı olaraq mövqeyini təsdiqlədi.
Azərbaycanın Avropa üçün enerji əhəmiyyətini müəyyən edən əsas amil onun zəngin qaz ehtiyatları və Avropa ilə daha dayanıqlı enerji əlaqələri qurma potensialıdır. Bu baxımdan, Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın Avropanın enerji bazarına inteqrasiyasının əsas elementi kimi ön plana çıxır. CQD Avropanın enerji mənbələrini şaxələndirmək və Rusiya asılılığını azaltmaq məqsədini güdür. Bu məqsədlə Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya qədər nəql olunur. Cənub Qaz Dəhlizi layihəsinin mühüm komponentlərindən olan Şah-dəniz-2, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Azərbaycan qazı ilk dəfə 2020-ci ildə birbaşa Avropaya çatdırılmağa başlandı ki, bu da Azərbaycanın Avropadakı enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə həyata keçirdiyi mühüm bir addım oldu və ölkənin enerji diplomatiyasında yeni bir mərhələyə qədəm qoyuldu. Daha ətraflı »


Yeni ismarıclar