


Tərtər rayonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planında nəzərdə tutulmuş silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyəti “MKT İstehsalat Kommersiya” MMC ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində rayon icra hakimiyyətində şəhid övladları ilə görüş keçirib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev, rayon icra hakimiyyətinin, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə qonaqları salamlayıb, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb, dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib, ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirildiyini qeyd edib. Daha ətraflı »





Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatlarının kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.



Azərbaycan çox qədim tarixi köklərə əsaslanan bir çox inzibati ərazilərə malikdir. Bu səbəbdən Azərbaycanın region və şəhərlərini daha yaxşı analiz etmək üçün mənim kimi həvəskar bir qrup gənc bir sıra layihələr, düşərgələr və ekskursiyalar təşkil edir və birbaşa iştirak edirik. Bu düşərgələrdən biri qədim yaşayış məskənlərimizdən olan Tərtər rayonuna idi. Bu düşərgə zamanı bizim məqsədlərimizdən biri də regionumuzu daha yaxşı tanımaq və analiz edə bilmək idi. Biz “Tərtər Olimpia Kompleksi”ndə dörd gün keçirərək bir sıra yeni məlumatlar və faktlar öyrəndik. Düşünürəm ki, bunlar çox gözəl təcrübə idi. 
İdarəmiz Qarabağ massivində 96.217 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməlidir. Lakin məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarlarının və magistral sağ və sol kanallarının erməni işğalı altına düşməsi nəticəsində Tərtər, Yevlax, Bərdə və Goranboy rayonlarının yalnız 40 min hektar əkin sahəsini Tərtər çayından qidalanan 3 torpaq kanalı (Təley, Xoruzlu və Xanarx) suvarılmasını həyata keçirə bilirdik.
Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
Yeni ismarıclar