Ağdərə həsrəti çox uzun çəkdi. Bu illər ərzində agdərəlilər doğma yerləri xatirələrində, yuxularında yaşatdılar. 2023-cü ilin 19-20 sentyabr günlərində isə bir möcüzə baş verdi: Ağdərənin, bütün Qarabağımızın azad olması haqqında xəbəri eşitdik. Əvvəl eşitdik, sonra isə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərədə, erməni terrorcularından azad edilmiş digər ərazilərdə bayraq ucaltdı-ğının şahidi olduq. Həmin gündən yalnız ağdərəlilərin deyil, hər bir azərbaycanlının həyatı dəyişdi. Hər kəs bütöv bir Vətənin vətəndaşı olmağın qürurunu yaşadı.
İndi budur, Ağdərə növbədənkənar Prezident seçkilərinə hazırlaşır. 59 saylı Ağdərə seçki məntəqəsinin sədri Mahir Səmədov deyir ki, məntəqə üzrə 156 seçici var. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə səs verəcəkləri üçün hər kəs qürurludur. Məntəqədə seçkilərə hazırlıq işləri bütün mövcud tələblərə uyğun olaraq görülüb.
Onlar Ağdərənin yeni həyatına səs verəcəklər.
“YENİ TƏRTƏR”