Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Mar
    Milli-mənəvi dəyərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır

    İtaliyada Multikulturalizm Mərkəzinin filialı yaradılır

    Foto 3Foto 1Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində(BBMM)  İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib. Mərkəzin icraçı direktoru Azad Məmmədov və müşaviri Aytən Qəhrəmanın iştirak etdiyi görüşdə BBMM və STNE arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.  Müzakirələrdən sonra BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını  təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Milli-mənəvi dəyərlər BU, BİZƏ LAZIMDIRMI? üçün şərhlər bağlıdır

    Biz yeni texnologiyalar əsrində yaşayırıq: hər şey inkişaf edir – səhiyyə, mədəniyyət, nanotexnologiyalar. Artıq süpürgədən istifadə etmirik, qab-qacağı, paltarı özümüz yumuruq. Biz özümüz etmədiyimiz işlərin siyahısını artırmaq da olar. Qəzetlərdə oxuduğumuz və televiziyadan eşitdiyimiz reklamlarda isə pulunuza uyğun olaraq hər cür arzunuzun yerinə yetiriləcəyi barədə vədlər eşidirsiniz – ərinizi qaytaracağam, qaynananızı daha mehriban, qocalığınızı təminatlı edəcəyəm, bəxtinizin bağlılığını açacağam və s. Əvvəlcə ondan başlayaq ki, pulsuz pendir yalnız tələdə olur. Bu cür elanlar yalnız gülüş və təəccüb doğurur. Mən ekstrasenslərin, baxıcıların və digər belə insanların əleyhinə deyiləm. Ona görə ki, əgər bizim zəmanədə onlar varsa, deməli, onlara yer də var. Ancaq heç də hər özünü təbib adlandıran əslində belə deyil. Mən bütün bunlara tənqidi yanaşıram. Yəqin, ciddi xəstəliyi olan insanın baxı-cılara müraciət etməsi axmaqlıqdır. Bu işə öz sağlamlıqlarını, pullarını, vaxtlarını sərf edirlər. Müxtəlif otlar, bıçaqlar, yaxud da daha yaxşı, qadınlar üçün ilan zəhərini icad ediblər, sizə xoş gəlməyən insanı öldürə də bilər. Yəqin bu, kimdənsə xilas olmağın ən sadə yoludur, heç killer də tutmaq lazım deyil, artıq xərcdir, bu, mən gördüklərimin , eşitdiklərimin yarısıdır. Daha ətraflı »

    Teqlər:

  • 03Mar
    Milli-mənəvi dəyərlər 2016-cı il “Multikulturalizm ili”dir üçün şərhlər bağlıdır

    Foto PryaxinGeorgiy Pryaxin Dövlət müşaviri Kamal Abdullayevə təşəkkür məktubu göndərib

    «Xudojestvennaə literatura» nəşriyyatının baş redaktoru, professor Georgiy Pryaxin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “ Hörmətli Kamal Abdullayev! Rəhbərlik etdiyiniz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən qış məktəbində iştirak etməyimə imkan yaratdığınız üçün Sizə ürəkdən minnətdaram. Deməliyəm ki, təşkil olunan mühazirə və diskussiyalar əsnasında şəxsən mən özüm yeni və ibrətamiz mətləbləri öyrəndim. Mənə elə gəlir ki, Azərbaycanın bu aktual sferadakı təcrübəsi Rusiyada da, bütün dünyada da qəbul edilməyə layiqdir. Daha ətraflı »

    Teqlər:

  • 03Mar
    Milli-mənəvi dəyərlər Multikulturalizm Mərkəzində qış məktəbinin yekun nəticələri müzakirə edilib üçün şərhlər bağlıdır

    Foto BBMM yekunBakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb. Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının  vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib. İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb.  Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Milli-mənəvi dəyərlər Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır üçün şərhlər bağlıdır

    VALİDEYN MƏSULİYYƏTİ
    usaq-aileYazıya başlamazdan əvvəl rayon Statistika idarəsinə zəng vurdum və 2015-ci ildə rayonumuzda nigaha girənlər və boşananlar haqqında məlumatı öyrəndim. Bildirdilər ki, rayon üzrə ötən il 507 ailə qurulub, 125-i isə dagılıb.
    Boşananların hansı birini dindirsək, haqlı olduğunu deyəcək, əslində elə yəqin ki, onlar haqlıdırlar.Çünki səbəbsiz yerə insan öz isti ailə ocağını dagıtmaz. Bu, məsələnin bir tərəfidir.
    Məsələnin digər tərəfi daha agrılıdır, həm boşananların özlərindən ötrü, həm də gələcəkdə cəmiyyət üçün. Bu məsələ yarımçıq ailələrdə böyüyən uşaqların taleyi ilə bağlıdır.
    Ola bilsin ki, həmin uşaqlardan bəziləri maddi çətinlik çəkmirlər (bu, çox az halda belədir), lakin maddiyətdən başqa mənəvi boşluqlar da var ki, bunları yalnız ata və ananın, ümumiyyətlə, ailənin bir yerdə oıması doldura bilər. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Xəbərlər “SİZİ ÖLDÜRMƏYƏN HƏR ŞEY DAHA GÜCLÜ EDİR” üçün şərhlər bağlıdır

    1422963363Görəndə ki, kimsə yaxın adamını itirib, düşunməyə başlayırsan ki, ömür gödəkdir və hər şeyi etmək uçün tələsmək lazımdır. Hər bir insanın öz ağrısı, enmələri və yüksəlişi olur. Sənə əziz olan adamı bir daha görməməkdən, eşitməməkdən dəhşətli nə ola bilər. Hər gün o qədər xəbər eşidirsən ki! Niyə həyat bəzən belə qəddar olur? Uşagın gunahı nədir ki, o, ana qayğısı və məhəbbəti olmadan böyüməlidir? Bununla belə insanların qəddarlığı, laqeydliyi günu – gündən çoxalır. Bir-birinə yaxın olmaq, başa düşmək, bir çoxlarının ehtiyac duyduğu mənəvi köməkliyi etmək əvəzinə, müxtəlif mənasız münaqişələr baş verir ki, bunlardan da xeyir yox, ziyan gəlir.
    Bir insanın, bir qadının, ananın ölümü elə pis nəticələrə gətirib çıxarır ki, bunlar da onun doğmalarının sonrakı həyatına təsir göstərir. Daha ətraflı »

    Teqlər:

  • 30Yan
    Milli-mənəvi dəyərlər DÖVLƏT MÜŞAVİRİ KAMAL ABDULLAYEV MƏTBUAT KONFRANSI KEÇİRİB üçün şərhlər bağlıdır

    metbuat konfransı K. AbdullaAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı mətbuat konfransı keçirib. Daha ətraflı »

    Teqlər:

  • 22Yan
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZ ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ƏHƏMİYYƏTİ üçün şərhlər bağlıdır

    Изображение 138DSC_4793Rəhimli və mərhəmətli Allahın adı ilə!
    İnsanı ən mükəmməl şəkildə xəlq edən Rəbbimizə sonsuz şükürlər olsun.
    Əziz İslam Peyğəmbəri, Hz. Muhəmməd (s) buyurub; “Dörd şeyi, dörd şeyə yetişməzdən əvvəl qənimət bil; 1. Cavanlığı qocalmazdan əvvəl. 2. Sağ-lamlığı xəstələnməzdən əvvəl. 3. Dövləti kasıblıqdan əvvəl. 4. Həyatı ölümdən əvvəl”. (Vəsailüş-şiə, cild 16, səh. 83 ) Daha ətraflı »

    Teqlər:

  • 28Noy
    Milli-mənəvi dəyərlər “SÖZLƏRİ VƏ MUSİQİSİ MƏNİMDİR,, OXUYURAM MƏN ÖZÜM” üçün şərhlər bağlıdır
    man playing a melody on the piano

    man playing a melody on the piano

    Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb saz çaldırarmış və havalanmış at sazın sehrindən sakitləşərmiş.
    Bir də deyirlər ki, Koroğlu öz dəstəsinə kimisə qəbul edəndə onun nəbzini tutub saz çaldırarmış, nəbzində dəyişiklik olsa, öz dəlilərinin sırasına qatılmasına razılıq verərmiş. Fikirləşərmiş ki, sazdan təsirlənən adam namərd olmaz. Daha ətraflı »

    Teqlər: