Görəndə ki, kimsə yaxın adamını itirib, düşunməyə başlayırsan ki, ömür gödəkdir və hər şeyi etmək uçün tələsmək lazımdır. Hər bir insanın öz ağrısı, enmələri və yüksəlişi olur. Sənə əziz olan adamı bir daha görməməkdən, eşitməməkdən dəhşətli nə ola bilər. Hər gün o qədər xəbər eşidirsən ki! Niyə həyat bəzən belə qəddar olur? Uşagın gunahı nədir ki, o, ana qayğısı və məhəbbəti olmadan böyüməlidir? Bununla belə insanların qəddarlığı, laqeydliyi günu – gündən çoxalır. Bir-birinə yaxın olmaq, başa düşmək, bir çoxlarının ehtiyac duyduğu mənəvi köməkliyi etmək əvəzinə, müxtəlif mənasız münaqişələr baş verir ki, bunlardan da xeyir yox, ziyan gəlir.
Bir insanın, bir qadının, ananın ölümü elə pis nəticələrə gətirib çıxarır ki, bunlar da onun doğmalarının sonrakı həyatına təsir göstərir.
Mənim gözlərim qarşısında daim bir ailə var. Qadının ölümü onun övladlarının və nəvələrinin həyatına çox pis təsir etdi. Əri təkrar evləndi, içkiyə qurşandı, uşaqları faktiki olaraq ondan imtina etdilər, onları qəbul etmək istəməyən ikinci arvada görə atalarına baş çəkmədilər. Qızı boşandı və tərbiyəsiz həyat tərzi keçirməyə başladı, oğul da nə ata, nə də bacı ilə maraqlanmadı. Bununla belə o, özundə olmayan şərəf və ləyaqətdən də söhbət edirdi. Rəhmətlik ata ölənədək birinci həyat yoldaşının qəbrini ziyarət edirdi. O xəstələndi və bir ayın ərzində ağır xəstəlikdən öldü. Ölümündən əvvəl arvadının yanında dəfn olunmasını vəsiyyət etdi.
İndi mən onun qızına baxıram,hansl ki, pis əməldən əl çəkib, ancaq hələ də özünə gələ bilmir, evsiz-eşiksiz, iş-sizdir. Qardaş isə ona dayaq olmaq əvəzinə yalnız təhqir edir.
O cümlədən bu qızın oğlu və qızı da həyatda özlərinə yer tapa bilmirlər. Onlarda ailə həyatına bir nifrət var. Bu gənclər yalnız özləri üçün, iş karyerası üçün yaşamaq istəyirlər. Onlar hər ailədə vacib olan, valideyn məhəbbətini vaxtında görməyiblər. Bunlar nədən baş verir, başa düşmək çox çətindir. Niyə kimsə belə ağır sınaqlardan keçməlidir. Yaxınlarını, doğmalarını itirirsən, ömürlük zərbə alırsan, axı, zaman o qədər də müalicə etmir. Ağrı qalır. Sadəcə biz bərkiyirik, möhkəm oluruq, həyatda mübarizə aparmağa başlayırıq. Yəqin, qəddarlığımız, laqeydliyimiz də elə buradan gəlir. Hər şeyi itirmək. Nəyi qiymətləndirirdinsə, sənə nə əziz idisə, bir anda yox olur. Günəşli havada ildırım çaxması kimi. Soruşuruq, hansı günahlarımıza görə tale bizimlə belə sərt rəftar edir? Ana oğlunu itirir və birini hələ dəfn etmədən, ağlamağa macal tapmadan o birisinin xəbəri gəlir. Ana üçün bundan dəhşətli nə ola bilər? Yəqin ki, heç nə. Təsəlli verməyə söz də tapmırsan. Sadəcə hər kəs ürəyinin dərinliyində düşü-nəcək ki, Allah eləməsin bu mənim doğmalarımın başına gəlsin. Sizi öldürməyən hər şey daha güclü edir. Ona görə yaşamaq, başqalarına kömək etmək, xeyirxah olmaq lazımdır, ilk növbədə doğmalarına, cəmiyyətə qarşı. Hər bir insan nəsə bir şey verə, bir-birinə kömək edə bilər. Allah insanı sınağa çəkir və bundan keçmək lazımdır. Can atdığımız və görmək istədiyimizə çatmaq üçün.
Könül Quliyeva