Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Yan
    Kənd təsərrüfatı MƏQSƏDİMİZ CARİ İLDƏ DƏ ƏKİN SAHƏLƏRİNİ BOL SU İLƏ TƏMİN ETMƏKDİR üçün şərhlər bağlıdır

    artezan 22016-cı il artıq tarixə qovuşdu. Ötən il–bütün sahələrdə uğur qazanıldı. Ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək barədə verdiyi sərəncamlar– xüsusən kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişaf etdirilməsi barədəki göstərişləri bütün ölkədə olduğu kimi bizim Tərtər rayonunda da böyük həvəslə yerinə yetirilir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin ötən il xanımı Mehriban Əliyeva ilə birlikdə 2 dəfə rayonumuza səfəri, burada görülən tikinti, quruculuq, abadlıq işlərindən razı qalması hər bir Tərtər sakini kimi bizim kollektivin də ürəyincə oldu. Bunlarla yanaşı erməni qəsbkarları tərəfindən Sərsəng Su Dəryaçasından gələn suyun qarşısını kəsmələri biz subartezian quyuları istismarı idarəsinin də işlərini xeyli artırır. Buna görə də daim çalışırıq ki, mövcud subartezian quyularının gücündən səmərəli istifadə edək. Rayonumuzun əhalisi əsasən bitkiçilik və heyvandarlıqla məşğul olur. Ümumiyyətlə, hər hansı sahə olursa olsun, onun inkişaf etdirilməsi üçün su vacib amildir.
    Kollektivimiz yola saldığımız 2016-cı ili yaddaqalan göstəricilərlə başa vurdu. İşçilərimiz rayon ərazisində yerləşən və idarənin balansında olan 469 ədəd subartezian quyusunun istismarı ilə məşğul olur. Bunlardan 462 ədədi hazırda saz və işlək vəziyyətdədir. Qalan 6 ədəd quyunun yenidən bərpaya ehtiyacı var. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Kənd təsərrüfatı RAYONUN TƏSƏRRÜFATLARINDA QIŞ BECƏRMƏ İŞLƏRİ üçün şərhlər bağlıdır

    2013_8r_2_largeget_imgRespublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi müəyyən edilmişdir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı ölkə iqtisadiyyatını yüksəltmək üçün pambıqçılıq, fındıqçılıq və ipəkçilik sahələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
    İpəkçilik sahəsini inkişaf etdirmək üçün Çin Xalq Respublikasından gətirilən tinglərin digər bölgələrdə olduğu kimi Tərtər rayonunda da 30 min tut tingi ödənişsiz olaraq istehsalçılara paylanaraq əkilmişdir. İsmayılbəyli inzibatı ərazi dairəsində 17000 ədəd, Yuxarı Qapanlı ərazisində 3000 ədəd, Qaraağacı ərazisində 3500 ədəd, İrəvanlı ərazisində 1000 ədəd, Əksipara ərazisində 1000 ədəd, Buruc ərazisində 500 ədəd, Bölgə Təcrübə Stansiyasında 4000 ədəd çəkil tingi əkilmişdir.
    Bundan əlavə 1357 ədəd yerli tut tingi Bərdə Meşə Mühafizəsi və Bərpası müəssisəsindən gətirilərək təsərrüfatlarda fermerlərə paylanmışdır.
    Tərtər rayonunda 2016-cı ildə 1035 hektar sahədə pambıq bitkisi aqrotexniki qaydada əkilib-becərilmiş. 2 milyon 321 min 326 kq məhsul yığılmışdır. 2017-ci ildə rayon ərazisində 3000 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılmışdır. Bu da insanların maddi rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin yaranması deməkdir. Daha ətraflı »

    Teqlər:

  • 09Yan
    Kənd təsərrüfatı Baramaçılıq gəlirli sahədir üçün şərhlər bağlıdır

    ÇƏKİL TİNGLƏRİ ƏKİLİR

    dsc_1890092Ölkə Prezidenti İlham Əliyevin baramaçılığın inkişaf etdirməsi haqqında tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə ciddi cəhd göstərən bizim Seydimli kəndinin fermerləri, torpaq mülkiyyətçiləri və baramaçılıqla məşğul olan sakinləri bu sahəni inkişaf etdirmək məqsədilə Çindən gətirilən çəkil tinglərinin əkinini mütəşəkkil qaydada başa çatdırmışlar.
    Kəndimizdə Nüşabə Bəxşəliyevanı hamı təcrübəli kümçü kimi tanıyır. O, Sovet dönəmində ailə üzvləri ilə birlikdə hər il 2-3 qutu barama qurdu becərərək dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verərdi. Baramaçılığa yenidən diqqət ayrılması Baxşəliyevlər ailəsini də ürəkdən sevindirib. Elə buna görə də bölgü əsasında kəndə verilən çəkil tinglərinin 100 ədədini öz həyətyanı torpaq sahəsində əkiblər.
    Çəkil tinglərinin qalanını isə torpaq mülkiyətçisi Ədalət İsayev və fermer Mehman Əhmədov əkib.
    Əkilən çəkil tinglərinin hamısı əvvəlcədən dərin şumlanmış sahələrə basdırılmış, əkin zamanı aqrotexniki qaydalara əməl olunmuşdur. Əkilən ting sahələrində dərhal suvarma aparılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı TƏSƏRRÜFAT XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    TAXIL SƏPİNİ SÜRƏTLƏNİR

    %d1%81%d0%ba%d0%b0%d1%87%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b5-%d1%84%d0%b0%d0%b9%d0%bb%d1%8bTaxıl əvəz olunmaz nemət olan qida məhsulu, taxıl çörəkdir. Çörəyin bolluğu uğrunda var qüvvə ilə çalışmaq hər bir kənd əməkçisinin, hər bir fermerin müqəddəs borcudur.
    Rayonumuzun təsərrüfatlarında növbəti ilin bol məhsulu üçün taxıl səpini davam edir. Bu il buğda sahələrinin hər hektarından orta hesabla 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, rayon üzrə noyabrın 15-dək 1410,3 hektar sahəyə arpa və 2315 hektara buğda səpilib
    Taxıl səpinində Bölgə Təcrübə Stansiyasının, Hüsənli, Kəngərli, Evoğlu kəndlərinin fermerləri irəlidə gedirlər. Taxıl səpini davam edir.

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı BOL MƏHSULUN ƏSASI QOYULUR üçün şərhlər bağlıdır

    taxil-ekiniNövbəti ilin məhsulu üçün rayonda 9590 hektara yaxın sahədə payızlıq şum qaldırılıb. Həmin sahələrin 327,9 hektarına şəkər çuğunduru, 303 hektarına yonca, 22 hektarına isə soğan toxumu səpilib. Təsərrüfatlarda payızlıq əkinlər davam etdirilir. Məqsəd növbəti ildə torpaqdan daha çox məhsul götürməkdir.
    Qeyri-neft Sektorunun inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər kənd əməkçilərini daha həvəslə çalışmağa ruhlandırır

    Teqlər:

  • 18Noy
    Kənd təsərrüfatı PAMBIQ İTKİSİZ TOPLANIR üçün şərhlər bağlıdır

    pambiq-qozasi_0Bu il təsərrüfatlarımızda 1035 hektar sahəyə pambıq əkilib. Çoxdan unudulan sahəyə çevrilən pambıqçılıq indi fermerlərin ən sevimli işinə çevrilib. Fermerlər, kənd əməkçiləri becərmədə olduğu kimi, məhsul toplanışında da həvəslə çalışırlar.
    Noyabrın 15-dək qəbul məntəqəsinə təsərrüfatlarımızdan 2043,3 ton “ağ qızıl” təhvil verilib. Hər bir kənd əməkçisi yaxşı bilir ki, onların ailə büdcəsinin möhkəmlənməsində pambıqçılıq ən gəlirli sahədir. Buna görə də məhsul toplanışında yaxından iştirak edirlər. Məqsəd gərgin zəhmət hesabına hasilə gətirdikləri məhsulu tarlalardan itkisiz toplamaqdır
    Pambıq tədarükü davam edir.

    Mirzə Nəsir

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə üçün şərhlər bağlıdır

    YÜKSƏK KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI BİTKİLƏR Ə AQROTEXNİKİ VƏ KİMYƏVİ QULLUQDAN KEÇİR

    20161011_11080112Kənd təsərrüfatı məhsullarının istehsalı insanların ətraf mühitə birbaşa təsiri ilə bağlı olub, təbii mühitin dəyişməsi, ekoloji tarazlığın pozulması ilə müşahidə edilir. Kənd təsərrüfatı istehsalı ilə bağlı yaranan ekoloji problemlərin həlli ətraf təbii mühitə təsirlərin minimuma endirilməsini və onun müxtəlif səbəblərdən çirklənməsinin qarşısının alınmasını tələb edir. Bu istehsalın zəruri tərkib hissəsi olan kimyalaşma və xüsusilə bitki mühafizə işləri daha böyük xüsusi çəkiyə malikdir. Kimyəvi mübarizə üsullarından, xüsusən də, mineral kübrələrdən istifadə etmədən yüksək və sabit kənd təsərrüfatı məhsulları istehsal etmək mümkün deyil. Lakin kənddə yaşayan torpaq və əmlak payı almış əhalinin böyük əksəriyyəti peşə vərdişlərinə malik olmadığından, bitkilərə ziyan vuran zərərverici və xəstəliklərə qarşı mübarizədə istifadə olunan üsulların, vasitələrin və dərman maddələrinin tətbiqində çətinlik çəkirlər. Kimyəvi mənşəyi, təsir mexanizmi və s. məlum olmayan belə preparatların tətbiqi müəyyən ekoloji problemlər yaradır, ətraf mühitin çirklənməsinə səbəb olur.
    Ümumiyyətlə, hər hansı bir kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilərin vaxtında aşkar olunması onun mübarizə üsulunu asanlaşdırır. Cari ildə siçanabənzər gəmiricilərin sirayətlənmə faizi həddən artıq yüksək olmuşdur və nəticədə bunlar kütləvi surətdə artmışdır. Siçanabənzər gəmiricilərlə mübarizənin ən optimal vaxtları payız və qış aylarıdır. Bu mübarizə kütləvi hal almalıdır. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı Aktual sahə:pambıqçılıq üçün şərhlər bağlıdır

    YIĞIM SÜRƏTLƏNİR

    1474281939607026820_1000x669Əski Sovetlər dönəmində kəndimizin adı pambıqçılıq sahəsində həmişə qabaqcıllar sırasında çəkilərdi. Sonralar təsərrüfatın bir sıra sahələri kimi pambıqçılığa da maraq azaldı. Daha doğrusu, bu sahə tamamilə unuduldu.
    Ancaq son iki ildir ki, pambıqçılığa münasibət dəyişib. Elə bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əlıyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda respublika müşavirəsi keçirildi. Ölkə Prezidentinin pambıqçılığın inkişafına xüsusi önəm verməsi bu sahədə çalışan insanların işə olan həvəsini birə on qat artırdı.
    Bizim kəndin fermer və ailə -fermer təsərrüfatlarının üzvləri ötən il 30, bu il isə 65 hektar sahədə pambıq becəriblər. Fermerlərdən Asif İbrahimov və Azad Məhərrəmov hər biri ayrı-ayrılıqda 3 hektar, Süleyman Qasımov 3,5 hektar sahədə “ağ qızıl” becəriblər. Tarlalarda becərmə, suvarma işləri normal keçirildiyindən sahələrdə bol məhsul əmələ gəlib. Artıq bir neçə gündür ki, sahələrdə pambıq yığımı sürətlənir. Daha ətraflı »

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı TƏSƏRRUFATIN GƏLİRLİ SAHƏSİ:TİNGÇİLİK üçün şərhlər bağlıdır

    333Yaşadığımız Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üç kəndi–Ələsgərli, Bayandur və Yenikənd kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrində 3 min nəfərə yaxın əhali var. Bundan başqa, ərazidə 250 nəfər də qaçqın və məcburi köçkün məskunlaşıb. Həmin insanlar da yerli camaata qaynayıb-qarışıblar.
    Kənd camaatının əsas məşğuliyyəti tingçilik (elə buna görə də rayonumuzda hamı bizim kəndləri, xüsusən də Ələsgərlini yaxşı ting becərən bir kənd kimi tanıyır), calaq-çılıq və heyvandarlıqdır. Burada torpağı sevən, ona ürəkdən bağlanan, ailəsinin dolanışıq xərclərini buradan çıxaran əmək adamları çoxdur. Bu yazımızda onlardan biri– tingçi-calaqçı Əbil Əliyevdən söhbət açacağıq. Əbil ting əkib becərməyi, sonra bunları calayıb təkcə Tərtər camaatına deyil, ölkəmizin digər regionları ilə yanaşı, Rusiya Federasiyasına, İrana, Türkiyəyə çalaq tinglər satmağı atası Məhəmməd kişidən öyrənib. Ona bu işdə ailə üzvləri ilə birlikdə kənddəki calaqçılardan Zakir Quliyev, Mövsüm Məmmədov, Brilyant Əliyeva, Məryəm Hüseynova, Lətifə Zöhrabova kömək edirlər. Hər il onlar 45-50 min ting calayıb satışa çıxarırlar. Həmin calaq sortlar─alma, armud, şaftalı, eləcə də xan çinarı, Eldar şamı, kiparis və müxtəlif gül kolları da satışa çıxarılır.
    Əbilin ailə üzvləri ilə yanaşı onunla birlikdə çalışan 20 nəfərdən çox calaqçı həmin sahədən gəlir götürür, ailə-lərinin dolanışıq xərclərini təmin edirlər.
    Budur, ilin payız fəsli başlayıb. Bu təsərrüfatda ting satışına hazırlıq görülür.

    Kamran Əhmədov,
    Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə

    Teqlər:

  • 08Noy
    Kənd təsərrüfatı İŞƏ HƏVƏS ARTIB üçün şərhlər bağlıdır

    don500Yaşadığımız Azadqaraqoyunlu kəndində fermer və ailə-fermer təsərrüfatlarının üzvləri son illər müxtəlıf kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə diqqəti xeyli artırmışlar.
    Elə mən özüm də əvvəlki illərdən fərqli olaraq bu il 10 hektar sahədə pambıq, 8 hektarda şəkər çuğunduru və 4 hektarda arpa əkmişəm. Kənd təsərrüfatı bitkilərinin becərilməsində öz ailə üzvlərimizlə yanaşı həm öz kəndimizdən, həm də qonşu kənd-lərdən insanlar iştirak edirlər. Bütün mövsüm ərzində bu insanlar tarlalarda bitkilərin becərilməsi ilə məşğul olur və ailə büdcəsini möhkəmləndirirlər.10 hektar pambıq sahələrinin 8 hektarında birinci üz pambıq yığımı başa çatıb.
    Qəbul məntəqəsinə birinci üzdən 27,6 ton “ağ qızıl” təhvil vermişik. Özü də pambığı maşınla toplayırıq. Müasir pambıqyığan maşının sürücü-mexaniki Rabil Məmmədov bu işdə bizə yaxından köməklik edir. O çalışır ki, gərgin zəhmət hesabına hasilə gətirdiyimiz məhsul itkisiz toplansın. Arpa sahəsinin hər hektarında 35 sentner məhsul götürdük.  8 hektar şəkər çuğunduru sahəsindən isə İmişlidəki şəkər zavoduna 50 ton keyfiyyətli məhsul təhvil verdik.
    İndi pambıq tarlalarında yığım davam edir. Məqsədimiz maşınla yığım başa çatandan sonra sahədə qalan məhsulu son qozasınadək əllə toplayıb itkiyə yol verməməkdir.
    Torpaq kəndliyə qaytarılandan sonra onun becərilməsinə həvəs artıb.
    Növbəti ildə əkin sahələrini daha da genişləndirəcəyik

    Natiq Əliyev, Azadqaraqoyunlu kəndində fermer

    Teqlər: