21Fev
Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xü-susilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm da-yanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Tərtər RİH-də
21Fev
2016-cı İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, dünyada tügyan edən qlobal maliyyə və iqtisadi böhranın təsirini azaltmaq üçün həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, Azərbaycanın dünyadakı nüfuzu durmadan artmışdır. Regionun siyasi, iqtsadi və mədəni mərkəzinə çevrilən Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Tarixə qovuşmuş 2016-cı ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial problemlər həll olunmuş, böyük layihələr icra edilmişdir. Nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmışdır. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar… Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də çox sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatlarından rayonda yerləşən 30 sahibkarlıq subyektinə 227 min manat güzəştli kreditlər verilmiş, həmin layihələrdə 32 yeni iş yeri açılmışdır.
Əhaliyə göstərilən ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 21 obyektin tikintisinə icazə verilmişdir.
Rayonda kənd təsərrüfatı məhsullarının 98,5 faizi, sənaye məhsullarının 16,9 faizi özəl sektorda istehsal olunur, əhaliyə göstərilən nəqliyyat, ticarət, ictimai iaşə və məişət xidməti tam sahibkarlar tərəfindən həyata keçirilir.
İstehlakçıların hüquqlarının müdafiə olunmasına, süni qiymət artımına və ticarət-xidmət intizamına nəzarəti həyata keçirmək üçün rayonda yaradılmış ictimai komissiya mütəmadi olaraq fəaliyyət göstərmişdir. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
2016-cı ildə rayonda əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə Tərtər şəhərinin 5 küçəsində də diametri 57 mm olan 1640 poqonometr yerüstü qaz kəməri çəkilmişdir. Sahə 2016-cı ildə 20,9 milyon kubmetr qaz almış, istehlak olunmuş qazın dəyəri ödənilmişdir.
İl ərzində Tərtər Elektrik Şəbəkəsi tərəfindən rayonun yarımstansiyalarında lazımi təmir işləri aparılmış, 406 ədəd 10/6 kv-luq, 285 ədəd 0,4 kv-luq da-yaq, 38,7 km naqil dəyişdirilmişdir.
Şəbəkədə sərf olunan enerjinin dəyəri 91,4 faiz yerinə yetirilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayi-sədə 5,3 faiz çoxdur. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
Rayon mərkəzindəki tarix-diyarşünaslıq muzeyi və uşaq musiqi məktəbinin fəaliyyət göstərdiyi binalar XIX əsrdə inşa olunmuşdur. Həmin bina qəzalı vəziyyətdə olduğu üçün problemlər yaşanırdı. Hazırda H.Əliyev prospektində rayon icra hakimiyyətinin daxili imkanları hesabına müasir tipli yeni tarix-diyarşünaslıq muzeyi inşa edilmişdir. Binada son tamamlama işləri aparılır.
Qeyd olunmalıdır ki, rayonda Hüləbətli kənd klubu müstəsna olmaqla, digər bütün mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsinə və ya bərpasına ciddi ehtiyac vardır.
Gənclərə göstərilən dövlət qayğısı sayəsində rayonumuzda da gənclərin sağlam həyat tərzinin, məşğulluğunun təmininə, fəaliyyətinin artırılmasına və rayonda idmanın yaxşılaşdırılmasına diqqət artırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmışdır. Gənclər və idman idarəsinin Tədbirlər Planına uyğun olaraq idmanın müxtəlif növləri üzrə 80 tədbir keçirilmişdir. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
Burada yeni ailə quran gənclərin nikah mərasimləri də keçirilmişdir.
Hesabat dövründə rayonda 11 siyasi partiya fəaliyyət göstərmişdir. Bu təşkilatların informasiya bazasının təhlili göstərir ki, həmin partiyalardan rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiya təşkilatlarının heç bir fəaliyyəti yoxdur.
Yeni Azərbaycan Partiyasının sıralarına hesabat ilində Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq 209 nəfər qəbul olunmuş, üzvlərin sayı 5903 nəfərə çatmışdır. Onlardan 3134 nəfərini qadınlar, 1310 nəfərini isə gənclər təşkil edirlər.
Rayonda 4 qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. Müddət ərzində rayonumuzda ictimai-siyasi təşkilatlar və aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərlə səmərəli iş aparılmışdır.
İl ərzində rayon icra hakimiyyəti işini kütləvi informasiya vasitələri ilə “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununa uyğun qurmuşdur. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
21Fev
2016-cı ildə daxil olmuş müraciətlərin 2015-ci illə müqayisəli təhlili aparılmış, müəyyən olmuşdur ki, vətəndaşlardan bilavasitə təşkilata ünvanlanan müraciətlərin sayı artmasa da, dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı artmışdır. 2015-ci illə müqayisədə 2016-cı ildə daxil olmuş müraciətlərin ümumi sayı 296 və ya 43,6 faiz artmışdır.
Hesabat ilində rayonda müraciətlərin artmasına əsas səbəb birinci Qarabağ müharibəsi və aprel hadisələri zamanı zərər çəkmiş evlərin bərpası, əhalinin əmlak və təsərrüfatına dəymiş ziyanın ödənilməsi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, əsasən ermənilərlə həmsərhəd ərazilərdə yaşayan məcburi köçkünlərin ev tələbi, içməli və suvarma suyu üçün subartezian quyularının qazılması, sosial yardım və müavinətlər, işlə təmin olunma və s. olmuşdur. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
28Dek
Hörmətli tərtərlilər! Əziz bacı və qardaşlarım!
İllərin qovuşuğunda biz həmişə gördüyümüz işlərə yenidən nəzər salır, gələcəklə bağlı arzularımızı gerçəkləşdirmək üçün qüvvələrimizi səfərbər edirik. Hər ilin son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi böyük bir coşqu və sevinclə qeyd edir, dünyada yaşayan 50 milyon azərbaycanlının həmrəyliyini özündə ehtiva edən mərasimlər keçiririk. Biz beynəlxalq aləmə Azərbaycanın yeni tolerantlıq və multikulturalizm modelini təqdim edirik.
Arxada qoyduğumuz 2016-cı il olduqca əhəmiyyətli, tarixi bir dövr oldu. İllər uzunu Azərbaycan xalqının gözlədiyi məqam yetişdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş yarandı. Aprel ayında ermənilərin törətdikləri növbəti təxribata Azərbaycan Silahlı Qüvvələrinin tutarlı cavabı onları növbəti dəfə öz havadarlarının ətəyindən yapışmağa məcbur etdi. Bəli, məhz arxada qoyduğumuz 2016-cı ildə bütün Azərbaycan xalqı ilə birlikdə tərtərlilər qələbə sevincini yaşadılar, 2000 hektardan çox erməni tapdağında olan ərazi işğaldan azad edildi, mühüm strateji yüksəklik olan Lələtəpədə Azərbaycan bayrağı dalğalandı. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar