Hər bir kollektiv o zaman ayaq üstə möhkəm dayanır ki, orada savadlı, işi bacaran gənclər yetişirlər. Belələrinə nəinki öz təcrübəni həvəslə öyrədirsən, hətta bəzi hallarda onların özlərindən də öyrənirsən. Çünki həyatımız sürətlə inkisaf edir və təbii ki, bu inkişafın önündə bu gün gənclər gedirlər.
Bizim kollektivdə də belədir. Qəzetlə bağlı işimizin böyük bir hissəsi gənclərin üzərinə düşür. Onlardan biri Həcər Əsgərovadır.
Həcər ali təhsilli jurnalistdir. Yazıları oxunaqlı və maraqlı olur. Müxtəlif mövzularda yazır. Hansı mövzunu seçməsindən asılı olmayaraq, hər yerdə öz fikirləri, toxunduğu məsələyə münasibəti olur.
Həcərin güclü məntiqi, geniş dünyagörüşü, sadə dili oxucunu cəlb edir. Elə buna görədir ki, “Yeni Tərtər”in oxucuları Həcərin imzasına rast gəldikdə, mütləq o materialı oxuyurlar.
Gənc həmkarımız həm də gözəl dizaynerdir. Keçmiş dövrdə redaksiyalarda bu işi məsul katiblər görürdülər. İndi zaman dəyişib, artıq bu vəzifəyə ehtiyac qalmayıb. Materialların yerli-yerində olmasında, şriftlərin və şəkillərin düzgün seçilməsində Həcər heç də uzun illərin təcrübəsi olan jurnalistlərdən geri qalmır. Əksinə, onun gəncliyə məxsus xüsusi zövqü, kompüterin sirlərinə bələd olması səhifələrin tərtibatına yeni nəfəs gətirir. Daha ətraflı »
-
22AvqDigər Öyrədir və özü də öyrənir üçün şərhlər bağlıdır
-
21AvqDigər Azərbaycanın növbəti diplomatik qalibiyyəti üçün şərhlər bağlıdır
Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.
Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.
Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Daha ətraflı »
-
10AvqDigər “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nü-mayəndələri və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar. Daha sonra isə “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərdən söhbət açıb. Daha ətraflı » -
10AvqŞəhidlər Şəhidin doğum günü üçün şərhlər bağlıdır
QƏLBLƏRDƏ YAŞAYAN OĞUL
Nicat Bəhruz oğlu İsgəndərov dünyaya gəlişi ilə bir ailəyə sevinc, fəxarət gətirmişdisə, şəhidlik zirvəsinə ucalması ilə xalqımızın qürur ünvanına çevrildi. Doğmaları danışırlar ki, uşaqlıqdan həmyaşıdları arasında tükənməz enerjisi ilə fərqlənən Nicat sanki bu dünyaya məhz hərbçi olmaq, canından artıq sevdiyi Vətənini qorumaq üçün gəlmişdi. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı, yüksək insani kefiyyətlərə malik bu gəncdə həm də ağsaqqallara xas olan düşüncə tərzi vardı. Hər kəsin yerini bilirdi. Hərəni öz dili ilə dindirməyi bacarırdı. Hərbidə hər bir çətin vəziyyətdən çıxış yolunu tapırdı. Əgər hərbi hissəyə işıq çəkmək lazım gəlirdisə, o montyor olurdu, əgər dülgərə ehtiyac yaranırdısa, bu işin öhdəsindən laiqincə gəlirdi.
Ən gözəl yerinə yetirdiyi bir vəzifə vardı ki, bu da düşmənlə mübarizə idi. Bunu əla bacardığını dəfələrlə bir kəşfiyyatçı kimi sübut etmişdir. Aprelin 1-dən 2-nə keçən gecə – son döyüşü isə onun hansı qəhrəmanlığa qadir olduğunu təkcə yoldaşlarına deyil, xalqımıza göstərdi. Son damla qanınadək vuruşan Nicat ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu. Daha ətraflı » -
10AvqDigər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır
Biz o yerlərə qayıdacağıq
UNUTMAYAQ Kİ, BİR DAHA FACİƏLƏR BAŞ VERMƏSİN
Kiçik hadisənin böyük mahiyyəti
Ötən əsrin 80-cı illərinin əvvəli idi. İrəvana gedən avtobusda azərbaycanlılarla ermənilər yanaşı əyləşmişdilər. Azərbaycanlıların səsi demək olar ki, eşidilmirdi. Ermənilərin mənasız söhbətlərindən isə qulaq tutulurdu. Sərnişinlərin arasında Tərtərin Borsunlu kəndində yaşayan Xırdaxanım da vardı. O, həyat yoldaşı Mehdi və kiçik-yaşlı qızı ilə atasıgilə – Vedi rayonundakı Taytan kəndinə gedirdi. Xırdaxanım erməni dilini yaxşı bildiyindən, bu səs-küy onun əsəblərini tarıma çəkirdi. Avtobus Gəncədə Qatır Məmmədin abidəsinin yanından ötəndə, ermənilərdən hansısa öz dillərində qəhrəmanın ünvanına nalayiq söz dedi. Torpağımızda yaşayıb, bizi bəyənməyən digər nankorlar bu sözlərin cavabında ucadan gülüşdülər.
Xırdaxanım uşağı Mehdiyə verib ayağa qalxdı. Onun gözlərində alov parlayırdı. Sanki bu dəqiqə avtobusdakı ermənilərin hamısını külə döndərəcəkdi. O, erməninin üstünə yeriyib onu vurmaq istədi. Həyat yoldaşı erməni dilini bilmədiyi üçün, qadının bu hərəkətini heç cür anlamır, təəccüblə ona baxırdı. İşə sürücü qarışmalı oldu, o, avtobusu saxlayıb, sərnişinləri sakitləşdirdi.
Amma Xırdaxanımın başına gələnlər bununla qurtarmadı. Ata evinə çatan kimi yoldaşı onun bu hərəkətindən narazı qaldığını qaynatasına söylədi.
Abbasqulu bəy Şadlinskinin ocağında böyüyən və uşaqlıqdan hər cür səhnələrin şahidi olan Yusif kişinin kürəkəninin sözlərinə verdiyi cavab onu təəccübləndirməklə yanaşı, həm də düşündürdü. Daha ətraflı » -
10AvqDigər Milli Məclisin deputatı Sahib Alıyev Tərtərdə növbəti dəfə seçicilərlə görüşüb üçün şərhlər bağlıdır
95 saylı Tərtər Seçki Dairəsindən millət vəkili seçilmiş Sahib Alıyev növbəti dəfə əvvəlcədən təyin edil-miş qrafikə əsasən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə şəhərin Nəriman Nərimanov küçəsində yaşayan seçiciləri ilə görüşüb.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsinin həlli yönündə ilkin addımlar atılıb. Digər məsələlərin həlli istiqamətində isə payız sessiyyasında parlamentdə məsələ qaldırılacağı bildirilir.
* * *
Millət vəkili Sahib Alıyev həmçinin rayonumuzun Azadqaraqoyunlu və Qazyan kəndlərində yaşayan seçicilərilə görüşüb.
Görüşdə vətəndaşlar tərəfindən su qıtlığı, elektrik kəsilmələri və sosial müavinətin təyini ilə bağlı müraciətlər olub. Milli Məclisin deputatı tərəfindən qaldırılan problemlərin tezliklə həlli üçün yerli qurumların rəhbərləri ilə danışılıb və mərkəzi qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. -
10AvqKənd Təsərufatı Suvarma işləri görülür üçün şərhlər bağlıdır
Rayonumuzun kənd sakinləri indi tarlalarda bol pambıq becərilməsilə məşğuldurlar.
Borsunlu kəndindən olan fermer Rabil Piriyev deyir:
– Uzun illərdir ki, pambıqçılıqla məşğul oluram. Cari ildə də 10 hektar sahədə bu qiymətli bitkini əkib-becərirəm. Rayonumuzdakı “Azərpambıq” MMC ilə müqavilə bağlamışam.
–Fermer bildirdi ki, indiyədək sahələrdə 3 dəfə becərmə işləri aparılıb. Lazım olan texnika, gübrə və ziyanvericilərə qarşı dərmanlar vaxtında çatdırıldığından, indiyədək əldə olunan nəticələr ürəkaçandır.
–Bəzi fermerlər zərərvericilərə qarşı dərmanların keyfiyyətsiz olduğunu və sovkanı məhv etmədiyini söyləyirlər. Bununla bağlı Rabil Piriyevin fikri fərqlidir. O deyir ki, çoxillik təcrübəsindən belə qənaətə gəlib ki, problem dərmanların keyfiyyətində deyil, bu prosesin nə zaman və necə aparılmasındadır.
– Mən sovkaya qarşı mübarizə işlərini gecə saat 2-3 radələrində aparıram, – deyə fermer bildirdi. Bu zaman istənilən nəticəni almaq mümkündür. Pambıqçılıqda becərmənin ən çətin mərhələsi əllə kətmənləmə dövrüdür. Bu işlər torpaq mülkiyyətçilərinin əldə etdiyi gəlirin böyük bir hissəsini aparır. Lakin eyni zamanda pambıqçılığın kənd əməkçiləri üçün nə qədər gəlirli sahə olduğunu sübut edir.
Hal-hazırda tarlalarda suvarma işləri aparılır. Keyfiyyətli suvarma isə bol məhsul deməkdir.
Rabil Piriyev ötən mövsümdə orta rayon səviyyəsindən çox–hektardan 40 sentner pambıq götürmüşdür. Cari ildə havalar bundan sonra da əlverişli keçsə, bu göstəricini daha da artıra biləcək. Plantasiyaların bugünkü vəziyyəti bunu deməyə əsas verir.“YENİ TƏRTƏR”
-
10AvqDigər Həmyerlimiz Türkan Əsədova kibertəhlükəsizlik üzrə mütəxəssisdir üçün şərhlər bağlıdır
Azərbaycandakı Kibertəhlükəsizlik Mərkəzinin təşkil etdiyi kursu ilk olaraq bitirmiş 60 gənc arasında tərtərli Türkan Əsədovanın da olması kollektivimizi sevindirdi. Axı, rayon qəzeti olaraq biz haqqında yazdığımız gənclərin hər bir uğurunu ürəkdən alqışlayır və onların tanınmasında kiçicik də olsa payımız olduğundan məmnun qalırıq.
Türkan Əsədova ilə redaksiyamızda 2015-ci ilin avqust ayında görüşmüşdük. O zaman Bəyimsarov kənd tam orta məktəbinin məzunu olan bu qız ali məktəbə qəbul zamanı 600-dən çox bal toplayan gənclərlə birlikdə redaksiyamızda olmuş və qəzetimizə kiçik bir müsahibə vermişdi. Atasının sürücü, anasının isə müəllim olduğunu söyləyən Türkan bildirmişdi ki, həyatda atdığı hər bir addımı əvvəlcədən valideynlərilə məsləhətləşir, lakin son qərarı özü verir.
Ötən müddət ərzində həmyerlimiz bakalavr və magistr təhsilini uğurla başa vurub və Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi açılanda, buradakı kurslara 2500 namizəd arasından seçilən 60 yüksək ambisiyalı gənclərdən biri olub. Daha ətraflı » -
10AvqDigər Təşəkkür üçün şərhlər bağlıdır
Kəlbəcərə gedən yol
Bu yol yaman uzun oldu. Ağsaqqallarımızın, ağbirçəklərimizin gözləri 30 ildən artıq bir müddətdə bu yola dikildi. Doğma yurd həsrətinə dözə bilmədilər, nigaran getdilər bu həyatdan.
Amma indi təkcə kəlbəcərlilərin deyil, erməni vəhşiliyi nəticəsində doğma ev-eşiklərindən didərgin düşüb həyatını o bumbuz bulaqlardan, başıqarlı dağlardan uzaqlarda vaqonlarda, ictimai binalarda keçirən ata-analarımızın ruhları şaddır.
Dövlətimizin başçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan bizlərə verdiyi vədə şərəflə əməl etdi. Onun rəhbərliyi altında, Ordumuzun, xalqımızın birliyi nəticəsində artıq biz Kəlbəcərimizə qovuşa bildk.
Bu günlərdə mənim də ayaqlarım o yerlərə dəydi. Həyatımda heç vaxt belə sevinməmişdim. Atamın, anamın, bütün doğmalarımın, dünyasını dəyişən didərgin soydaşlarımızın əvəzinə o torpağı, qayaları öpdüm, bu günü gördüyüm üçün çoxlu dualar etdim.
Qəlbimdən sonsuz təşəkkür hissi keçdi. Allah Sizə rəhmət eləsin, torpaq uğrunda can verən şəhid-lərimiz, var olun, yüz yaşayın, yaralanıb torpağı qanla suvaran qazi qardaşlarımız!Əsgər HÜSEYNOV,
Kəlbəcər sakini -
10AvqKənd Təsərufatı Hacıqərvənd kəndindən xəbərlər üçün şərhlər bağlıdır
Ənənələr davam etdirilir
Ötən əsrin 70-80-ci illərində Hacıqərvənd kəndində baramaçılığa maraq böyük idi. Sakinlər kənd təsərrüfatının bu gəlirli sahəsini inkişaf etdirməklə, qısa zaman kəsiyində xeyli zəhmət çəkərək, yaxşı gəlir əldə edirdilər. Lakin I Qarabağ müharibəsinin başlanması ilə hər yerdə olduğu kimi, bu kənddə də baramaçılığa münasibət dəyişdi. Bunun əsas səbəbləri çəkil bağlarının doğranaraq sıradan çıxması, həm də mövcud kümxanaların ləğvi idi.
Son illər rayonumuzda iqtisadiyyatın inkişafı istiqamətində görülən tədbirlər baramaçılığın da inkişafına təkan veribdir. Yeni çəkil bağları əkilərək, bu sahənin yem bazası yaradılıb. Odur ki, əvvəlki illərdə olduğu kimi, yenə də rayonumuzun, o cümlədən Hacıqərvənd kəndinin adı barama istehsalında qabaqcıllar sırasında çəkilir.
Cari ildə bu kəndin kümçüləri 12 qutu ipəkqurdundan tədarük məntəqəsinə 741 kq barama təhvil veriblər ki, bu da rayon üzrə ən yüksək göstəricidir.
Yeni ismarıclar