Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    Rayonumuzun kənd sakinləri indi tarlalarda bol pambıq becərilməsilə məşğuldurlar.
    Borsunlu kəndindən olan fermer Rabil Piriyev deyir:
    – Uzun illərdir ki, pambıqçılıqla məşğul oluram. Cari ildə də 10 hektar sahədə bu qiymətli bitkini əkib-becərirəm. Rayonumuzdakı “Azərpambıq” MMC ilə müqavilə bağlamışam.
    –Fermer bildirdi ki, indiyədək sahələrdə 3 dəfə becərmə işləri aparılıb. Lazım olan texnika, gübrə və ziyanvericilərə qarşı dərmanlar vaxtında çatdırıldığından, indiyədək əldə olunan nəticələr ürəkaçandır.
    –Bəzi fermerlər zərərvericilərə qarşı dərmanların keyfiyyətsiz olduğunu və sovkanı məhv etmədiyini söyləyirlər. Bununla bağlı Rabil Piriyevin fikri fərqlidir. O deyir ki, çoxillik təcrübəsindən belə qənaətə gəlib ki, problem dərmanların keyfiyyətində deyil, bu prosesin nə zaman və necə aparılmasındadır.
    – Mən sovkaya qarşı mübarizə işlərini gecə saat 2-3 radələrində aparıram, – deyə fermer bildirdi. Bu zaman istənilən nəticəni almaq mümkündür. Pambıqçılıqda becərmənin ən çətin mərhələsi əllə kətmənləmə dövrüdür. Bu işlər torpaq mülkiyyətçilərinin əldə etdiyi gəlirin böyük bir hissəsini aparır. Lakin eyni zamanda pambıqçılığın kənd əməkçiləri üçün nə qədər gəlirli sahə olduğunu sübut edir.
    Hal-hazırda tarlalarda suvarma işləri aparılır. Keyfiyyətli suvarma isə bol məhsul deməkdir.
    Rabil Piriyev ötən mövsümdə orta rayon səviyyəsindən çox–hektardan 40 sentner pambıq götürmüşdür. Cari ildə havalar bundan sonra da əlverişli keçsə, bu göstəricini daha da artıra biləcək. Plantasiyaların bugünkü vəziyyəti bunu deməyə əsas verir.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:45

İsmarıclar bağlıdır.