Biz o yerlərə qayıdacağıq
UNUTMAYAQ Kİ, BİR DAHA FACİƏLƏR BAŞ VERMƏSİN
Kiçik hadisənin böyük mahiyyəti
Ötən əsrin 80-cı illərinin əvvəli idi. İrəvana gedən avtobusda azərbaycanlılarla ermənilər yanaşı əyləşmişdilər. Azərbaycanlıların səsi demək olar ki, eşidilmirdi. Ermənilərin mənasız söhbətlərindən isə qulaq tutulurdu. Sərnişinlərin arasında Tərtərin Borsunlu kəndində yaşayan Xırdaxanım da vardı. O, həyat yoldaşı Mehdi və kiçik-yaşlı qızı ilə atasıgilə – Vedi rayonundakı Taytan kəndinə gedirdi. Xırdaxanım erməni dilini yaxşı bildiyindən, bu səs-küy onun əsəblərini tarıma çəkirdi. Avtobus Gəncədə Qatır Məmmədin abidəsinin yanından ötəndə, ermənilərdən hansısa öz dillərində qəhrəmanın ünvanına nalayiq söz dedi. Torpağımızda yaşayıb, bizi bəyənməyən digər nankorlar bu sözlərin cavabında ucadan gülüşdülər.
Xırdaxanım uşağı Mehdiyə verib ayağa qalxdı. Onun gözlərində alov parlayırdı. Sanki bu dəqiqə avtobusdakı ermənilərin hamısını külə döndərəcəkdi. O, erməninin üstünə yeriyib onu vurmaq istədi. Həyat yoldaşı erməni dilini bilmədiyi üçün, qadının bu hərəkətini heç cür anlamır, təəccüblə ona baxırdı. İşə sürücü qarışmalı oldu, o, avtobusu saxlayıb, sərnişinləri sakitləşdirdi.
Amma Xırdaxanımın başına gələnlər bununla qurtarmadı. Ata evinə çatan kimi yoldaşı onun bu hərəkətindən narazı qaldığını qaynatasına söylədi.
Abbasqulu bəy Şadlinskinin ocağında böyüyən və uşaqlıqdan hər cür səhnələrin şahidi olan Yusif kişinin kürəkəninin sözlərinə verdiyi cavab onu təəccübləndirməklə yanaşı, həm də düşündürdü.
–Bilirsən, Mehdi, cavansan. Əlbəttə, sənin yanında həyat yoldaşının digər kişinin üstünə hücum etməsi, xoşuna gəlməyib. Amma, səncə, ermənilərin çörəyimizi yeyib bizi alçaltmasına dözməliyikmi? O dığa Qatır Məmmədi yox, xalqımızı təhqir edib. Mənim 4 qızım var. Əgər onlardan biri bu xalqın yolunda həyatından keçməyə hazırdırsa, mən bununla yalnız fəxr edirəm. Qoy bu kiçik hadisə sizin üçün ibrət dərsi olsun. Çünki unutqanlığımız hələ xalqımızı çox müsibətlərlə qarşılaşdıracaq.
Amma Xırdaxanımın başına gələnlər bununla qurtarmadı. Ata evinə çatan kimi yoldaşı onun bu hərəkətindən narazı qaldığını qaynatasına söylədi.
Abbasqulu bəy Şadlinskinin ocağında böyüyən və uşaqlıqdan hər cür səhnələrin şahidi olan Yusif kişinin kürəkəninin sözlərinə verdiyi cavab onu təəccübləndirməklə yanaşı, həm də düşündürdü.
–Bilirsən, Mehdi, cavansan. Əlbəttə, sənin yanında həyat yoldaşının digər kişinin üstünə hücum etməsi, xoşuna gəlməyib. Amma, səncə, ermənilərin çörəyimizi yeyib bizi alçaltmasına dözməliyikmi? O dığa Qatır Məmmədi yox, xalqımızı təhqir edib. Mənim 4 qızım var. Əgər onlardan biri bu xalqın yolunda həyatından keçməyə hazırdırsa, mən bununla yalnız fəxr edirəm. Qoy bu kiçik hadisə sizin üçün ibrət dərsi olsun. Çünki unutqanlığımız hələ xalqımızı çox müsibətlərlə qarşılaşdıracaq.
Taytan kəndində tarixi izlərin itirilməsi
Unutqanlıq. Bu söz Xırdaxanımın xatirində başqa səhnələri canlandırdı.
Uşaq olarkən o, Qərbi Azərbaycanda Dumanlı dağının ətəklərində çox oynayırdı. Burada sal bir daşın üstündə ərəb əlifbası ilə yazılmışdı: “Burdan belə Ağamirzə bəyin torpaqlarıdır”. Həmin sözləri övladına oxuyan ata yazının mənasını da izah etmişdi: “Ağamirzə bəy sizin babanız olub. Bu torpaqları da vaxtilə ona öz atası, sizin ulu babanız hədiyyə edib”.
Sonralar tələbə olarkən Xırdaxanım kəndə gələndə, həmin yerdə o sal daşı və onun üzərindəki yazını axtarsa da tapmadı. Tarixi saxtalaşdırmaq istəyənlər hər yerdə olduğu kimi izləri itirmək üçün o daşı partlatmışdılar.
Minqan qəbiristanlığı
Abbasqulu bəy Şadlinskinin qohumu onu da söylədi ki, bu saxtakarlığın əzablarını daşlarla yanaşı Taytan kəndinin sayılıb-seçilən insanları da yaşamışlar. Kənddə Sovet hakimiyyəti qurulanda, onlardan kimisi öldürülmüş, kimisi isə Sibirə sürgün edilmişdir. İrkutsk vilayətinin Ust-Kut şəhərində Burçinka qəsəbəsi, qəsəbədə isə Minqan qəbiristanlığı var. Xırdaxanım qəsəbədə oğlunun yanında qonaq olarkən, həmin qəbiristanlıqda yazısı pozulmuş başdaşları arasında yaxın adamlarının adlarını tapa bilməsə də, əmindir ki, Sibir torpağı onların bəzilərinin son məskəni olmuşdur. Bütövlükdə isə bunların hamısı bizim say-seçmə həmvətənlərimizin məzarlarıdır.
Ailə haqqında məlumat
Xırdaxanım Əliyevanın babası Vedinin məşhur bəyi Ağamirzə, atası isə Taytanın hörmətli ziyalısı Yusif kişi olub. Tale yolları bu ailəni Abbasqulu bəy Şadlinskinin ailəsi ilə birləşdirib. Belə ki, Abbasqulu bəyin birinci həyat yoldaşı Nazlı xanım övlad sahibi ola bilmədiyinə görə, o özü Ağamirzə bəyin bacısı Maçan xanımı Abbasqulu bəy üçün almışdı. Bu izdivacdan onların 3 oğlu, 2 qızı olub. Ağamirzə bəyin birinci həyat yoldaşı (o, Fatma Sura adlı gözəl bir iranlı qadın idi) vəfat edəndə, onun 3 övladı yetim qalır və Maçan xanım onlardan birini – 5 yaşlı Yusifi böyütmək üçün öz ailəsinə gətirir. Abbasqulu bəy Yusifi uşaqlarından seçməmiş, ona təhsil vermişdir. İrəvanda kənd təsərrüfatı texnikumunu bitirən Yusif müəllim Taytanda kənd Soveti İcraiyyə komitəsinin sədri işləmişdi.
Xırdaxanım ananın ailəsi ilə bağlı acılı-şirinli xatirələrində Abbasqulu bəy Şadlinski birinci yerdə dayanır. Atası həmişə bu insanı minnətdarlıq hissi ilə yada salmış və demişdir ki, həyatda qazandığı bütün uğurlara görə ona borcludur. O, təkcə öz ailəsinin deyil, elinin-obasının, xalqının dayağı olmuşdur. Buna görə də xatirəsi daim yaddaşlarda yaşayır.
Borsunluda bir ev var
Xirdaxanım Əliyeva hazırda Borsunlu kəndində yaşayır. Bu kəndə 1966-cı ildə ailə qurması ilə əlaqədar gəlib. Həyat yoldaşı Mehdi müəllimdir, özü isə uzun illər kənddə poçt müdiri işləyib.
Hazırda təqaüddədir.
Xırdaxanım ana ilə Mehdi müəllim gözəl övladlar böyüdüblər. Onlardan biri – Babək ailə ənənələrinin davamçısı kimi Qarabağ savaşında erməni qəsbkarları ilə mübarizədə qəhrəmancasına şəhid olub. Bir ağbirçək kimi Xırdaxanım ana hazırda ölkəmizdə vətəndaşlara göstərilən dövlət qayğısından, kəndlərdə sosial problemlərin həlli istiqamətində görülən işlərdən razılıq hissi ilə danışır.
…Borsunluda bir ev var. Burada şəhid Babək Axundovun ailəsi yaşayır. Bu evin işıqları kənddə hamıdan sonra sönür. Hər axşam ağsaçlı ana saral-mış ailə şəkillərini qarşısına düzüb, olub keçən hadisələri dönə-dönə yaddaşında canlandırır. Həm də bunlar haqqında nəvələrinə bitib-tükənməyən söhbətlər edir. Danışır ki, bu hadisələr heç zaman unudulmasın.
Svetlana Bağırova
20 avqust 2015-ci il