15İyl
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci il Azərbaycan Res-publikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İhaml Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamından
Aqrar sahənin mühüm istiqaməti
Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur. Həmin tədbirlər planına əsasən ölkədə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə də bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” ASC-yə tapşırılmışdır ki, cins heyvanların lizinq yolu ilə satışının təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlasınlar. Həmçinin iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur.
Daha ətraflı »
Teqlər: Digər
15İyl
Hörmətli tərtərlilər, əziz bacı və qardaşlarım!
Hər birinizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə cansağlığı, bol ruzi-bərəkət və sülh arzulayıram.
Ayların sultanı olan Ramazan öz mənəvi dəyərlərinə görə müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu ay ilk növbədə mənəvi paklıq, saflıq, bərabərlik, mərhəmət ayıdır, insanları bir-birinə yaxınlaşdıran, imkanlıların imkansızlara əl uzatdığı bir aydır. Tanrı məqamında Ramazan ayının savabı çox uca tutulur.
70-illik sovet rejimi dövründə islamın digər vacib dəyərləri kimi Ramazan ayının məziyyətlərini də bizə unutdurmaga çalışsalar da, bu mümkün olmamışdır. İndi müstəqil ölkəmizdə dövlətdin münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm uğurlar əldə edilib. Bu münasibətlərdə milli-mənəvi dəyərlərimizin, dinimizə uyğun qaydaların gözlənilməsi əsas şərt sayılır. Hazırda Azərbaycan xalqı milli-mənəvi, islami dəyərlərin qloballaşan dünyada qorunması üçün bütün imkanlardan istifadə edir.
Ramazan ayı ərzində hər kəs Ulu Yaradandan arzu və istəklərinin hasil olunması üçün dualar edir. Allah dualarınızı qəbul etsin.
Rəbbimiz ümumi arzumuzu – Qarabağ münaqişəsinin həllində bizə kömək olsun, qaçqın və köçkün soydaşlarımız öz yurd-yuvalarına dönsünlər.
Sizi bir daha “Qurani–Kərimin” nazil olduğu müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə təbrik edir, hər birinizə Azərbaycanımızın daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.
Teqlər: Tərtər ŞİH-də
15İyl
İnkişaf yolu və müasirlik
İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140-cı ili tamam olur. Azərbaycan jurnalistikasının kеçdiyi şərəfli və keşməkeşli yol məhz 1875-ci il iyul ayının 22-dən – “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gündən başlanır. Azərbaycan jurnalistləri bu günü öz peşə bayramları kimi qeyd edirlər. Daha ətraflı »
15İyl
Tərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir. Daha ətraflı »
15İyl
Milli -mənəvi dəyərlərimizin təbliğatşısı
2005-ci il avqustun 20-də 7 illik fasilədən sonra rayonumuzun qəzeti yenidən işıq üzü gördü. Qərara alındı ki, 1991-ci ildən “Tərtər” kimi oxucularının görüşünə gələn qəzetin adı dəyişdirilərək “Yeni Tərtər” olsun. Bunun da səbəbi vardı. Çünki İlham Əliyev Prezident seçiləndən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident bölgələrin inkişafına xüsusi diqqət yetirirdi. Digər rayonlar kimi, Tərtərdə də böyük quruculuq işləri görülürdü. Bu dəyişikliyi, inkişafı işıqlandırmaq, eyni zamanda rayonun tarixi baxımından maraqlı bir dövrünü qələmə alaraq gələcək nəsillərə çatdırmaq üçün rayon qəzetinin fəaliyyətini bərpa etmək vacib idi. Daha ətraflı »
15İyl
Günəş şüaları insan orqanizmi üçün həm faydalı, həm də zərərlidir. Burada da hər şey təbii ki, dozadan asılıdır. Günəş şüaları altında uzun müddət qaldıqda günvurma baş verir. Günvurma hadisələri ən çox dəniz kənarında istirahət zamanı, günəş altında işləyən zaman, uşaqlar açıq havada oynayan zaman baş verir. Daha ətraflı »
Teqlər: Səhiyyə
15İyl
Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cera-bert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləgv olunana kimi Ağdərə adlanıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökümətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Lakin 7 iyul 1993-cü ildə ermənilər Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdilər. Hal-hazırda keçmiş Ağdərə rayo-nunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır. Daha ətraflı »
15İyl
Zorakılıq hazırkı dünyanın ən eybəcər sifətlərindən biridir. Elə bil ki, zorlu-zorsuz əyyamı gəlib. Kim zorludursa, söz onundur, diktə və “qanun” onun tərəfindədir. İstəsə döyər, istəsə əzər, istəsə öldürər. Bu, ictimai icma qu- ruluşundan üzü bəri belədir və belə də davam edir. Lakin zorakılıq Allahın sevmədiyi işdir. Bu, şeytan vəsvəsəsinin məhsuludur. Daha ətraflı »
15İyl
Rayonumuzun cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrindən biri də Qarağacı kənd İnzibati Ərazi Dairəsidir. Nümayəndəlik Qarağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini əhatə edir. Bu kəndlərdə 710 təsərrüfat vardır, əhalisinin sayı 3 min nəfərə yaxındır. Ərazidə 103 məcburi köçkün ailəsi məskunlaşıb. Köçkünlərin sayı 365 nəfərdi.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Nümayəndəliyin ərazisi 1975 hektardı. Bunun 1291 hektarı pay torpaqlarıdır. Daha ətraflı »
Teqlər: Əvəz Nəsirov
15İyl
Hər il olduğu kimi bu il də ümumtəhsil məktəblərində yüzlərlə şagird IX və XI siniflər üzrə buraxılış imtahanları verdilər.
Imtahanların ilkin nəticələri barədə rayon təhsil şöbəsindən məlumat aldıq.
Məlumatda bildirilir ki, rayonun 44 ümumtəhsil mü-əssisəsində IX siniflər üzrə 801 nəfər, 34 tam orta məktəblərində isə XI siniflər üzrə 675 nəfər şagird buraxılış imtahanları verib.
Imtahanlar mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılıb. IX siniflərdə “ana dili” və “riyaziyyat”, XI siniflərdə isə “ana dili”, “riyaziyyat” və “xarici dil” fənləri üzrə buraxılış imtahanları keçirilib. Daha ətraflı »
Teqlər: Təhsil
Yeni ismarıclar