Zorakılıq hazırkı dünyanın ən eybəcər sifətlərindən biridir. Elə bil ki, zorlu-zorsuz əyyamı gəlib. Kim zorludursa, söz onundur, diktə və “qanun” onun tərəfindədir. İstəsə döyər, istəsə əzər, istəsə öldürər. Bu, ictimai icma qu- ruluşundan üzü bəri belədir və belə də davam edir. Lakin zorakılıq Allahın sevmədiyi işdir. Bu, şeytan vəsvəsəsinin məhsuludur.
İndi dünyada gedən qanlı qırğınlar, o cümlədən dəhşətli müharibələr də zorluların–super güclərin, məsələn, Amerika Birləşmiş Ştatlarının bəşəriyyətə ağalıq etmək, Yer kürəsini bütövlükdə ələ keçirməsi iddiasından irəli gələn təzahürlərdir. Almaniya Avropanı zəlil günlərə qoyub, Yunanıstanı səfil vəziyyətinə salıb, Şərqdə müsəlman öl-kələri qan içindədir, qardaş-qardaşın ətini yeyir, Əlqaidə, İŞİD kimi qarşısıalınmaz güclər yaradılır, hər yanda fəlakət, qada-bəla, faciə…Məşəqqət çəkən də insanın özüdür, bunu yaradan da. İnsanın insan üzərində zorakılığı, “parçala hökm et!” fəlsəfəsi bu günkü dünyamızın mənzərəsini təşkil edir. Azərbaycan kimi müstəqil ölkələr isə heç kimin sözü ilə oturub-durmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur və buna görə də təsirlərə, iftiralara, qarayaxmalara məruz qalır.
Hazırkı zorakılıqlar bir neçə qola ayrılır. Bunların içərisində fiziki zorakılıq, mənəvi zorakılıq və psixoloji zorakılıq, iqtisadi zorakılıq, seksual zorakılıq əsas yerləri tutur. Bu sadalanan zorakılıqların hər birinin ayrıca iyrənc spesifik xüsusiyyətləri var ki, onların da hamısı bəşər övladını aşağılayır, təhqir edir və onun qısa ömrünü cəhənnəm əzabına döndərir.
Bu zorakılıq növlərinin hər biri insanlar üçün üz qarasıdır, əzabdır, göz yaşlarıdır və hər bi-rinin dözülməz acı məziyyətləri vardır.
Biz isə bu gün məişət zorakılığından və onun fəsadlarından danışmaq istəyirik.
Yuxarıda sadaladığımız zorakılıqlarla yanaşı məişət və dini zorakılıq təzahürləri də özünü cəmiyyətdə tez-tez büruzə verir.
Müasir şəraitdə qadınlara qar-şı müxtəlif formalarda zora-kılıqlar edilir. Bu, təkcə cinsi zorakılıqla əhatələnmir. Bunlardan biri də məişət zorakılığıdır. Məişət zorakılığı dedikdə ailə-məişət sferasında qadınların hüquqlarının tapdalanmasıdır. Qadınların öz ərləri tərəfindən döyülməsi bəzi ailələrdə artıq adi hal alıb. Araşdırmalara görə hər 6 qadından biri əri tərəfindən zorakılığa məruz qalır. Və bizim bədbəxtliyimiz orasındadır ki, döyülən Azərbaycan qadını bunu normal qəbul edir və açıb-ağartmağa çəkinir, utanır, hər kəsdən gizlətməyə çalışır. Belə ailələrdə olan uşaqlar isə həmişə qorxu içində yaşayır, psixoloji sarsıntılar keçirir, pis vərdişlərə meyillənir və aqressiv olurlar.
Bəzən zorakılığa məruz qalan qadınlar çıxış yolunu məhkəmələrdə görürlər. Hakimlər isə güya ailə dağılmasın deyə belə xarakterli işlərə laqeyd qalır və bu qəbildən olan qadınların ümidsizlik girdabına düşməsinə səbəb olurlar. Ona görə də cana doymuş qadınlar bəzən ərlərini öldürür və yaxud intihar yolunu seçirlər. İnsan alveri, əxlaqsız həyat tərzi də çox vaxt belə hallardan sonra başlayır.
Düzdür, ölkəmizdə zorakılıq hallarına qarşı hüquqi müstəvidə mübarizə aparmaq üçün bir sıra qanunvericilik aktları qəbul olunub və indi də qüvvədədir. Bunlardan biri də “Məişət zorakılığı ilə mübarizə haqqında” qanundur. Amma yalnız qanunlar hər şeyi həll etmir. Gərək insanın şüurunun tam formalaşması üçün digər amillər də nəzərə alınsın.
Bəzi yerlərdə qəbul olunmuş qəribə bir fikir qəlibləşib. “Ər arvadını döyə də bilər, söyə də bilər”. Sanki qadın onlar üçün insan yox, bir əşyadır. Belə bir stereotip də var: “Qadın ər evinin süpürgəsidir, hansı küncə qoyarlar, orada da durar”. Bəs qadın zərifliyi? Bəs dünyaya övlad bəxş edən ana müqəddəsliyi? Bəs ömrümüzü nura qərq edən, onu mənalandıran qadın sevgisi?
Hələ onun səninlə həyatının sonuna qədər ömür-gün yoldaşı olmasını, ən ağır günlərində sənə həyan durmasını, pasibanlığını demirəm. Sən özün kölə psixologiyasına tabe olmadığın kimi, qadın da zorakılığı yox, azadlığı sevir. Əlbəttə, bu azadlıq qeyrət və namus müqəddəsliyini inkar etmir, analıq hissini, sədaqətli həyat yoldaşı prinsipini pozmur.
Allahın elçisi Həzrəti Məhəmməd də qadınlara çox yüksək mərtəbədən hörmət və izzət bəslənilməsini tövsiyə etmişdir. Mü-qəddəs səmavi kitabımız olan “Qurani-Kərim”də də qadına qarşı zorakılığın törədilməsi ən pis əməl və günah kimi tövsih olunmuşdur.
İndiki zamanda gender bəra-bərliyi haqqında qəbul olunan normativ hüquqi aktlarda da qa-dına qarşı zorakılıq halları ilə kəskin mübarizənin şərtləri təsbit edilmişdir.
1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və 1999-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qadınlara qarşı zorakılığın ləğvi üzrə 25 noyabrın beynəlxalq gün kimi qəbul olunması da məsələnin nə qədər aktual olduğundan xəbər verir. Bunlara baxmayaraq qa-dınlara qarşı məişət zorakılığı yenə də dünyanın bütün ölkələrində mövcuddur və ilk nəzərdən bunun qarşısının alınması mümkün görünmür. Faktlara mü-raciət edək. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər 3 qadından biri zorakılığa məruz qalır; hər 3 dəqiqədən bir ən azı 1 qadın öldü-rülür. Dünyada hər 5 qadından 1-i ömrü boyu seksual zorakı-lığın və ona cəhdin qurbanı olur. Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 fa-iz qurbanı qadınlar olur. Hadisə-lərin 80 faizi kişilər tərəfindən törədilir. Qarşıdurmada hər 3 qadından 1-i zorakılığa məruz qalır. ABŞ-da hər gün 11 qadın ailə zorakılığı nəticəsində ölür. Bəzi ölkələrdə qadınların 40-70 faizi öz partnyorları tərəfindən öldürülür.
Hindistanda ildə 100 mindən çox 15-34 yaşarası gənc qadın yandırılaraq öldürülür. Bu qadınların çoxu həyat yoldaşları tərəfindən üzərlərinə qaz yağı tökülərək yandırılır. Sonra “mətbəx qəzası” söylənilib üstü örtülür.
Elə bil insanın varlığının hansısa gizlin və mübhəm zərrəciklərində bir yırtıcılıq, bir dağıdıcılıq, qisas və qan hərisliyi yaşayır. Və bunlar vaxt çatanda sanki insan ağlına tabe olmayan, əsəb fırtınası qopduqda vulkan kimi daxildən püskürüb ölüm kabusuna çevrilir və ətrafında nə varsa hamısını darmadağın edir. “Sonrakı peşimançılıq isə fayda vermir”. Mənim fikrimcə dünyadakı bütün zorakılıqlar insan xarakterinin bu cəhətlərindən doğulur.
Aqil insan isə nəyi bacarırsa onu etməlidir ki, bir qığılcım ömrü boyda olan insan ömrü əzazillikdən, zülümdən, əzab və əziyyətdən uzaqda olsun. Lakin biz gözümüz görə-görə öz əllərimizlə özümüzü bəlalara düçar edirik, qısa həyatımıza müsibətlər gətiririk. Uşaq qızlarımızı zorla erkən nigahlara məcbur edirik. Özü uşaq ikən uşaq doğub saxlamağa məhkum olunan bu qızlar hələ bilmirlər axı, ailə nədir. Sonra isə zorakılıq… Yazıq uşaq!
Çox vaxtı övladlarımızı, ələl-xüsus qızlarımızı təhsildən yayındırırıq. Bu, ən çox rayon yer lərində baş verir. Beləliklə, onlar cəmiyyətdə öz hüquqlarını bilmir, özünü müdafiə etməkdə aciz qalır, sonda isə ya küçəyə atılır, ya tələyə salınır, ya da ehtiyac üzündən bədənini satır. Bütün hallarda bir qızcığazın həyatı məhv olur. Adam da öz doğma balasını belə bəlalara düçar edərmi?
Təməli möhkəm olmayan ailələrin sonu hansı zavallı nəticə ilə qurtarır, siz də yaxşı bilirsiniz.
Bir ailə tanıyıram. Çiçək kimi bir qızları vardı. Onu anasının təkidi ilə Rusiyada yaşayan bir oğlana ərə verdilər. Normal yaşayırdılar. Özü boyda “barıt” olan qızın anası onu ər evində yaşamağa qoymadı, gedib Rusiyaya çıxdı, onu boşandırıb gətirdi. İşə düzəltdi. Sonra məcburən kənddən olan bir kişiyə ərə verdi. 2-3 ay keçməmiş yenə gedib onu boşadıb gətirdi. Qız qorxusundan bu “balaca arvadı”n sözündən çıxa bilmir. Yoxsa qana düşər.
Hazırda o xanım-xatın gəlin bir puç olmuş həyat yaşayır. O da ana zorakılığının qurbanı olub.
Gəlin bütün insanlığa böyük məhəbbət və mərhəmət hissi ilə yanaşaq Onda nə zor olar, nə də zorakılıq.
Tofiq Yusif