Hörmətli tərtərlilər, əziz bacı və qardaşlarım!
Hər birinizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə cansağlığı, bol ruzi-bərəkət və sülh arzulayıram.
Ayların sultanı olan Ramazan öz mənəvi dəyərlərinə görə müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu ay ilk növbədə mənəvi paklıq, saflıq, bərabərlik, mərhəmət ayıdır, insanları bir-birinə yaxınlaşdıran, imkanlıların imkansızlara əl uzatdığı bir aydır. Tanrı məqamında Ramazan ayının savabı çox uca tutulur.
70-illik sovet rejimi dövründə islamın digər vacib dəyərləri kimi Ramazan ayının məziyyətlərini də bizə unutdurmaga çalışsalar da, bu mümkün olmamışdır. İndi müstəqil ölkəmizdə dövlətdin münasibətlərinin tənzimlənməsi sahəsində çox mühüm uğurlar əldə edilib. Bu münasibətlərdə milli-mənəvi dəyərlərimizin, dinimizə uyğun qaydaların gözlənilməsi əsas şərt sayılır. Hazırda Azərbaycan xalqı milli-mənəvi, islami dəyərlərin qloballaşan dünyada qorunması üçün bütün imkanlardan istifadə edir.
Ramazan ayı ərzində hər kəs Ulu Yaradandan arzu və istəklərinin hasil olunması üçün dualar edir. Allah dualarınızı qəbul etsin.
Rəbbimiz ümumi arzumuzu – Qarabağ münaqişəsinin həllində bizə kömək olsun, qaçqın və köçkün soydaşlarımız öz yurd-yuvalarına dönsünlər.
Sizi bir daha “Qurani–Kərimin” nazil olduğu müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə təbrik edir, hər birinizə Azərbaycanımızın daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.
-
15İyl
Müəllif: Redaktor, 13:15
Teqlər: Tərtər ŞİH-də