Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    kombaynTərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə ümumi məhsul buraxılışının 41,4 faizi kənd təsərrüfatının hesabına formalaşır. Kənd təsərrüfatının prioritet istiqamətlərindən biri də taxılçılıqdır. 2015-ci ildə rayonda ümumi əkin sahələrinin 41 faizini taxıl məhsulları təşkil edir.
    Bitkiçiliyin mühüm sahələrindən biri olan taxılçılığın inkişaf etdirilməsi üçün dövlətimizin əlverişli şərait yaratması bu sahənin canlandırılmasına, inkişafına, keyfiyyətinin yaxşılaşdırılmasına, məhsuldarlığın yüksəldilməsinə, sahibkarların, ailə-kəndli və ev təsərrüfatlarının taxılçılığa marağının artırılmasına gətirib çıxarmışdır.
    2015-ci ilin məhsulu üçün rayonda 10842,7 hektar sahədə taxıl məhsulları əkilmişdir. Onun 5609,7 hektarı buğda, 5233 hektarı arpa olmuşdur. Taxıl biçini bu il daha mütəşəkkil təşkil edilmiş, məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2015-ci il tarixdə rayonda taxıl biçini başa çatdı. 5609,7 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,1 sentner olmaqla 18030,3 ton məhsul toplanmışdır. 2014-cü ilə nisbətən məhsuldarlıq buğda məhsulu üzrə 2,7 sentner, arpa məhsulu üzrə 1,1 sentner artmışdır.
    Başqa sözlə desək, ümumən taxılçılıq üzrə hər hektardan 35,8 setner məhsul götürülmüşdür. Bu, keçən illə müqayisədə 1,8 setner çoxdur.
    Bir sıra təsərrüfatlarda isə fermer və ailə fermer təsərrüfatlarının üzvləri buğda istehsalı sahəsində daha yüksək göstəricilər qazanmışlar. Qaradağlıda 38,7 sentner, Borsunluda 38,6 sentner, Evoğluda 38,2, sentner, Düyərlidə 38,1 sentner buğda götürülmüşdür.

     Tərtər rayon statistika idarəsi

    Müəllif: Redaktor, 13:01

İsmarıclar bağlıdır.