Rayonumuzun cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrindən biri də Qarağacı kənd İnzibati Ərazi Dairəsidir. Nümayəndəlik Qarağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini əhatə edir. Bu kəndlərdə 710 təsərrüfat vardır, əhalisinin sayı 3 min nəfərə yaxındır. Ərazidə 103 məcburi köçkün ailəsi məskunlaşıb. Köçkünlərin sayı 365 nəfərdi.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Nümayəndəliyin ərazisi 1975 hektardı. Bunun 1291 hektarı pay torpaqlarıdır.
Ərazidə 32 ədəd subartezian quyusu işləyir. 3 kəndin ərazisində 16 kilometr məsafədə yola çınqıl döşənib, 4 kilometrə yaxın kəndarası yola asfalt salınıb, 3 ədəd körpü inşa edilib.
Qapanlı kəndində 1,5 kilometrlik yol kənarına gecə işıqlandırılması quraşdırılıb. Bu kənddə bütün evlərə su xətti çəkilib.
Kənddə 220 şagird yerlik 1 orta məktəb binası inşa olunub. Halhazırda isə burada 4 otaqdan ibarət feldşermama məntəqəsi tikilir. “Qızıl Xaç” Cəmiyyətinin xətti ilə ötən il kəndarası yollara və eləcə də məktəblərin həyətlərinə 2500 ədəddən çox, bu il isə 1500 ədəd həmişəyaşıl ağac əkilib. Həmin cəmiyyətin xətti ilə əraziyə burada su xətti də çəkilib, 17 bulaq tikilib istifadəyə verilib.
Bütün bu görülən işlər barədə bizə Qarağacı İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Zakir Əliyev məlumat verdi. O qeyd etdi ki, bütün bu görülən işlərə görə insanlarımız ölkə başçısı möhtərəm İlham Əliyevə böyük minnətdarlıq- larını bildirirlər.
Əvəz Nəsirov