İtaliyada Multikulturalizm Mərkəzinin filialı yaradılır
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində(BBMM) İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib. Mərkəzin icraçı direktoru Azad Məmmədov və müşaviri Aytən Qəhrəmanın iştirak etdiyi görüşdə BBMM və STNE arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. Müzakirələrdən sonra BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Daha ətraflı »
Yeni ismarıclar