Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Mar

    Lazımi tapşırıqlar verildi

    Изображение 157Изображение 143Rayon icra hakimiyyəti başçısının növbəti görüş-qəbulu Bəyimsarov kəndində keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı. Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov bildirdi ki, kəndin ərazisi 2929 hektar, təsərrüfatların sayı 624-dür. Əhalinin sayı 2808 nəfərdir. O cümlədən kənddə 400 ailədə 1350 nəfər məcburi köçkün məskunlaşıb.
    Kənd sakinləri həm əkinçiliklə, həm də maldarlıqla məşğul olurlar. Burada malqaranın sayı 1068 baş, qoyun-keçilərin sayı 2428 baş, quşların sayı 10 min 500 -dən çoxdur.
    Görüş-qəbula gələn kənd sakinlərindən Vaqif Əliyev və Meydan Şabanov çıxışlarında son zamanlar rayonumuzda görülən quruculuq-abadlıq işlərindən məmnun qaldıqlarını söyləmiş, bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
    Rüstəm Həsənov pay torpağının suvarılmasında çətinliklə qarşılaş-dığından, Rəhim Ağayev qonşusu ilə torpaq mübahisəsinin olmasından, Rəhbər Həsənov evinə gələn yolun narahatlığından, Ziba Tanrıverdiyeva 4 hektar əkin sahəsinin şoran olması ucbatından becərə bilməməsindən söhbət açdılar.
    Kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirən icra başçısı Müstəqim Məmmədov bəzi məsələlərin həllini yerində təmin etdi. Bir neçə müraciətin həlli üçün isə aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar verildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:02

    Teqlər:

İsmarıclar bağlıdır.