Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Ümumrayon tədbiri

    Изображение 348Изображение 370Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının 24-cü ildönümü günündə şəhidlər abidəkompleksini ziyarət edərək, önünə tər gül-çiçəklər düzüblər. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin müqəddəs ruhuna Quran surəsi oxuyub.
    Tədbir iştirakçıları Gənclər Mərkəzinin həyətində rayon məktəblərinin Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə tamaşa ediblər. Tədbir Gənclər Mərkəzində davam etdirilib.
    Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra icra başçısı Xocalı faciəsi ilə bağlı geniş və ətraflı məruzə edib. O göstərib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi– Xocalı qırğını baş verdi.
    Bəşər tarixində daim işğalçılıq siyasəti ilə yaşayan, tarixə öz şərəfsiz imzalarını atmış erməni quldurları məslək və əqidə qostları ilə birlikdə həmin gecə Xocalını qan içində boğdular. Bu faciə dünyada baş verən Xatın, Sonqmi, Ruanda kimi faciələrin ən dəhşətlisi idi. Özü də bu, tək Xocalıya qarşı soyqırım yox, türkçüliyə qarşı erməni daşnaklarının insanlığa sığmayan, qəddar aksiyası idi.
    Azərbaycan torpaqları hesabına “dənizdən dənizə böyük Ermənistan dövləti” yaratmaq xülyasına düşən erməni millətçiləri xalqımıza qarşı belə qanlı faciələri zaman-zaman, mərhələ-mərhələ həyata keçirmişlər. 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə baş vermiş və həmçinin 1988-ci ildən sonrakı hadisələr buna sübutdur.
    Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməsinə nail olundu.
    Natiq qeyd etdi ki, Xocalı faciəsinin canlı şahidi olmuş 9 ailə, 38 nəfər Xocalı sakini hazırda rayonumuzun 6 kən-dində müvəqqəti məskunlaşmışdır. Hər bir Xocalı sakininə rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.
    Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Elxan Ələkbərov, Xocalı sakini, polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Aslan Cabbarov, “Xocalı fəryadı” mövzusunda rayon məktəbləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Brilyant Hacıyeva çıxış ediblər. Rayon mədəniyyət evinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş kompozisiya göstərilib.
    Həmin gün Xocalı soyqırımına həsr olunmuş inşa yazı və rəsm müsabiqəsi qaliblərinə rayon gənclər və idman idarəsi və təhsil şöbəsi tərəfindən diplomlar və fəxri fərmanlar verilib.
    Yığıncağın sonunda rayonda məskunlaşmış Xocalı sakinlərinə yardım çatdırılıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:54

    Teqlər:

İsmarıclar bağlıdır.