Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Apr
    Digər XALQIMIZ AZƏRBAYCAN ƏSGƏRİNİN ŞÜCAƏTİNİ ALQIŞLAYIR üçün şərhlər bağlıdır

    751prezident_ilham_eliyev_n_sayli_herbi_hisse_zakir_hesenov_17Bu günü hamı səbirsizliklə gözləyirdi. Nəhayət, sönmüş ümidlər alovlanmağa başladı. 20 ildən artıq gözlənilən məqam yetişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş baş verdi.
    Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli Silahlı Qüvvələri yaratdı. Prezidentimiz bu barədə belə dedi: “Azərbaycan Ordusu işğalçıya sarsıdıcı zərbə vurdu”. Bu zərbələr nəticəsində Azərbaycan əsgərinin ayağı düşmən tapdağı altında qalmış torpağımıza dəydi, 20 ildən artıq bir müddətdə girovluqda olan qəbristanlığımızda Quran surələri oxundu və o yerlərə “Qarabağ şikəstəsi” yayıldı.
    Ordumuzun həyata kecirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu.
    Bir neçə gün davam edən müharibə xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini, ordu ilə əhalinin sarsılmazlığını nümayiş etdirdi. Hamı orduya öz köməyini göstərməyə çalışır, hamı bir-birinə dəstək olur. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Tərtər RİH-də TƏRTƏRDƏ 2016-cı İLİN I RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU üçün şərhlər bağlıdır

    Изображение 039Изображение 029Tərtər şəhərindəki Gənclər Mərkəzində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
    Yığıncaq iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və rayonun kəndlərində 163 fərdi yaşayış evinə, Qaraağacı və Qapanlı kənd tam orta məktəblərinə, Qapanlı və Yuxarı Qapanlı kəndlərindəki tibb məntəqələrinə, Qazyan kənd körpələr evi-uşaq bağçasına, həmçinin elektrik, qaz, su və rabitə təsərrüfatına ziyan dəyib. Bütün bunlara baxmayaraq əhalinin əhval-ruhiyyəsi və döyüş əzmi yüksəkdir. Həyat öz axarı ilə davam edir. Rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Milli-mənəvi dəyərlər “ATAM ƏSGƏR PALTARINI GEYİNƏN VƏTƏNDİR!” üçün şərhlər bağlıdır

    Quliyev İnqilab cingiz ogluBu dəfə rəşadətli ordumuz elə ilk andan mənfur ermənilərin gözlərini qırdı, onları silahları, texnikanı qoyub qaçmağa məcbur etdi. Doğrudur, itkisiz müharibə yoxdur. Şəhidlərimiz oldu…
    Belə şəhidlərimizdən biri də Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevdir. İnqilab əslən tərtərli olsa da, Gəncə şəhərində yaşayırdı. O, C.Naxçıvanski adına hərbi liseyi, Bakı Ali Hərbi Akademiyasını bitirmişdi, Türkiyədə zenit qurğularının dilini öyrənmək üçün hərbi təhsil almış –artilleriya kursu keçmişdi. Demək olar ki, ömrünün 20 ilini məhz hərbi xidmətə sərf etmişdi. Qərargahda əməliyyat bölməsinin komandir müavini vəzifəsində çalışırdı, daim əsgərlərin yanında olurdu. Ara qarışanda top komandiri təyin edilmişdi. Gözəl döyüş xəritəsi çəkməyi bacarırdı. Bu səmimi sözləri şəhid zabitimizin dayısı Ədalət danışdı. Onu da bildirdi ki, İnqilabın uşaqlıqdan arzusu hərbçi olmaq idi.  Bu istəyini reallaşdırmaq üçün çox çətinliklər , əzab-əziyyətlər çəkmişdi. Çox cəngavər oğlandı. Sağlam cüssəli, ağıllı bir hərbçi idi. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Milli-mənəvi dəyərlər GİZİR NİCAT İSGƏNDƏROVUN QƏHRƏMANLIQ HEKAYƏSİ üçün şərhlər bağlıdır

    16932LmORxJqkclzSBhsyKnVMAHIb“Şəhid olmağa gedirəm”
    Bu sözləri kəşfiyyatçı Nicat İsgəndərov son döyüşə gedərkən söyləmişdi. Telefonda onun səsi qalıb. Bir az həyəcanlı, bir az sevincli. Döyüş dostları deyirlər ki, bu məqamı–torpaqlarımızı azad etmək əmrini hər birimiz gözləyirdik. Nicat da həmin əmri beşillik hərbi həyatının zirvəsi kimi qəbul etdi.
    Döyüşə ruh yüksəkliyi ilə qatıldı və aprel hadisələri zamanı Füzuli istiqamətində cəbhədə həlak olan ilk şəhidlərdən biri oldu.
    Atası Bəhruz İsgəndərov deyir:
    –Biz bu günə hazır idik. Çünki kəşfiyyatçının hər anının təhlükəli olduğunu bilirdik.
    “Nicat dünyanın ən yaxşı oğullarından biriydi”
    –Öz oğlum olduğuna görə demirəm, –Bəhruz ata fikrini davam etdirir. Nicat həqiqətən dünyaının ən yaxşı oğullarından biri idi. Nə mənim, nə də anasının sözündən hec zaman çıxmazdı. Tək bizi, bacısını deyil, bütün qohum-əqrabanı, qonşuları daim sevindirməyə, yaxşılıq etməyə çalışırdı. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Milli-mənəvi dəyərlər “İLK KOMANDİR”FİLMİNİN TƏQDİMATI OLDU üçün şərhlər bağlıdır

    DSC_1321(2)Rayon mədəniyyət evində “Yaddaş” studiyası tərəfindən Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər” Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filminin təqdimatı olmuşdur.
    Tədbirdə rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrə-manın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak etmişlər. İlk sözü “Yaddaş” sənədli filmlər studiyasının direktoru Cavid İmamverdiyev demiş, sonra rejissor Nizami Abbas filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun döyüş yoldaşlarına minnətdarlığını bildirmişdir.
    O dövrdə “Tərtər” Özünümüdafiə Batalyonunun qərargah rəisi olmuş Pənah Məmmədov çıxış edərək döyüş dostu haqqında öz ürək sözlərini bildirmişdir. Elman Hüseynovun oğlu Emin atası ilə bağlı xatirələrini dilə gətirmiş, filmin yaradıcı heyətinə, rayon rəhbərliyinə, filmə baxmağa gələn hər bir tərtərliyə təşəkkür etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Milli-mənəvi dəyərlər ŞƏHİDLƏR ÖLMÜRLƏR, ƏBƏDİYYƏTƏ QOVUŞURLAR üçün şərhlər bağlıdır

    1111111Torpaq uğrunda ölən varsa, vətəndir. Bəli, torpaqlarımızın bütövlüyü uğrunda canından kecib şəhidlik zirvəsinə ucalan vətən oğullarımızdan biri də rayonumuzun Kəngərli kənd sakini kiçik cavuş Abbaszadə Elşad Raquf oğludu. O, 14 iyul 1993-cü ildə anadan olub. 2008-ci ildə Tərtər peşə məktəbində meyvə-tərəvəz ustası peşəsinə yiyələnib. 2010-cu ildə oranı bitirib.
    2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən yenidən müddətdən artıq qulluq etmək üçün hərbi xidmətə gedib.
    Elşadgil ailədə 3 uşaq olublar. Iki oğlan, 1 qız, Elşad ailənin böyük oğlu idi. O, hələ kiçik yaşlarından kənddə özünə hörmət, izzət qazanmışdı. Daim böyüyün, kiçiyin yerini bilən, dindirəndə “bəli”, “xeyrlə” danışan, elini, obasını sevən vətənpərvər bir gənc idi.
    Kiçik çavuş Elşad Abbaszadə cəbhədə tağım komandiri olub. Özü də gözəl pulemyotçu idi . Həmişə sinəsinə sıxdığı “RK” pulemyotu ilə hədəfi sərrast nişan alar, istədiyinə nail olardı. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Digər ZƏFƏR BİZİ GÖZLƏYİR üçün şərhlər bağlıdır

    IMG-20160413-WA0008-1Son günlər nəinki Azərbaycanımızın, bütün dünya ölkələrinin diqqətini özünə çəkən, adına şeirlər, mahnılar yazılan doğma torpağımız olan Qarabağımızdan danışmaq mənim də bir vətəndaşlıq borcumdur. Elə bir borc ki, hər kəs bunu öz əməlində, əqidəsində göstərir. Kimisi bunu düşmənin diversiya qrupunun təxribatlarına cavab olaraq səngərlərdə məğrurcasına döyüşərək, kimisi isə xalq, vətən, torpaq yolunda öz yaşamaq hüququndan keçib şəhidlik zirvəsinə yüksələrək, kimi isə vətən oğullarının bu məğrurluq və fədakarlığını qələmə alaraq yerinə yetirir. Vətənimizin keşiyində duran kifayət qədər qeyrətli oğullar olduğundan bizə düşən bunların haqqında yazmaq oldu.
    1992-ci ildə ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızdan, dağlar qoynunda yerləşən Laçınımızdan və onun qeyrətli, vətənpərvər oğullarından biri Ramil Baxşalıyevdən danışmaq istərdim. Onunla ilk tanışlığımız mənim üçün çox həyəcanlı və gözlənilməz vaxta təsadüf etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Digər HAMI BİR NƏFƏR KİMİ üçün şərhlər bağlıdır

    file13091077055371f4fffbf0291Bu gün Azərbaycan xalqı bir yumruq kimi Prezident ilham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxmağa hazırdır. Keçmiş cəbhəçilər, vətəndən uzaqda yaşayanlar, şəhid ana və bacıları, bir sözlə, hər kəs ordumuza əlindən gələn köməkliyi göstərmək istəyir.
    Aprelin 2-dən təmas xətti boyunca başlanan erməni təxribatlarına Azərbaycan Ordusunun verdiyi layiqli cavab göstərdi ki, ordumuz 90-cı illərin ordusu deyil. Bu, müasir silahlarla təchiz olunmuş və hər cür təcavüzə cavab verməyə hazır olan bir qüdrətli ordudur. Elə cəmiyyətimiz də həmin dövrün cəmiyyəti deyil. İndi cəmiyyətimizdə müşahidə olunan ruh yüksəkliyi, vətənpərvərlik, birlik heç zaman olmamışdır.
    Bu hisslər Yeni Azərbaycan Partiyasının üzvləri arasında da çox güclüdür.
    Tərtər qəhrəmanlar diyarıdır. Döyüşlərdə də tərtərlilər layiqincə iştirak etdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Apr
    Digər ŞƏHİDLƏRİN QANI YERDƏ QALMAYACAQ üçün şərhlər bağlıdır

    DSC_8828Изображение 056Son hadisələr biz şəhid analarında belə bir ümid yaratdı ki, tezliklə torpaqlarımız azad ediləcək, şəhid balalarımızın qanı yerdə qalmayacaq.
    Ali Baş komandan İlham Əliyev başda olmaqla əsgər və zabitlərimizə bu yolda uğurlar, cansağlığı arzulayıram. Düşmən tərəfindən törədilən təxribata cavab verərkən həlak olmuş hərbçilərə Allahdan rəhmət diləyirəm, onların valideynlərinə, doğmalarına başsağlığı verirəm. Bu hadisələr zamanı yaralanmış döyüşçülərimizin tezliklə sa-ğalmasını arzulayıram.

    Zelimə Əsədova,
    şəhid anası.

    Teqlər:

  • 18Apr
    Digər FƏXR EDİRƏM Kİ, MƏN TƏRTƏRLİYƏM üçün şərhlər bağlıdır

    oTVpTZXYl7835273Tərtərdə doğulmuşam, düşmənlə 48 km təmas xətti olan bu gözəl diyarda böyümüşəm. Bu günlərdə Azərbaycan Ordusunun düşmən təxribatına sarsıdıcı zərbələrlə cavab verməsi hər bir tərtərli kimi mənim də qəlbimi qürur hissi ilə doldurdu.
    Düzdür, biz itkilər verdik, ömrünün çiçəklənən vaxtında igid oğullarımızı itirdik. Bir neçə gün davam edən döyüşlər gənclərimizin Vətən sevgisini, torpaq uğrunda şirin canlarından belə keçməyə hazır olduqlarını göstərdi. Şəhidlər ölmürlər. Onlar xalqımızın tarixində əbədi yaşayacaqlar.
    Indi hər birimizin qəlbi cəbhədə olan əsgərlərlə birgə döyünür. Qoy onlar əmin olsunlar ki, arxada daim ordu ilə birgə olan, əsgərlərimizin hər bir uğuruna ürəkdən sevinən və yollarını səbirsizliklə gözləyən ana və bacılar var.

    Tunarə Məmmədzadə,
    rayon icra hakimiyyəti apratında aparıcı məsləhətçi

    Teqlər: