Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Apr

    Изображение 039Изображение 029Tərtər şəhərindəki Gənclər Mərkəzində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
    Yığıncaq iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və rayonun kəndlərində 163 fərdi yaşayış evinə, Qaraağacı və Qapanlı kənd tam orta məktəblərinə, Qapanlı və Yuxarı Qapanlı kəndlərindəki tibb məntəqələrinə, Qazyan kənd körpələr evi-uşaq bağçasına, həmçinin elektrik, qaz, su və rabitə təsərrüfatına ziyan dəyib. Bütün bunlara baxmayaraq əhalinin əhval-ruhiyyəsi və döyüş əzmi yüksəkdir. Həyat öz axarı ilə davam edir. Rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir.
    Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində bildirilib ki, 2016-cı ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,4 faiz, kənd təsərrüfatı məhsulları 7,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,5 faiz artıb.
    Prezident cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məq-sədilə verdiyi müvafiq tapşırığa əsasən, rayonda 300 hektar ərazidə üzüm bağının salınması üçün torpaq sahəsi ayrılıb, 2050 hektar pambıq əkilməsi qərara alınıb, tərəvəzçiliyin inkişafı üçün biznes plan tərtib edilib. Əskipara kəndində yaradılan “EURO Tərtər Aqro” MMC üçün ayrılmış 200 hektar torpaq sahəsində 100 baş iribuynuzlu və 600 baş xırda-buynuzlu mal-qaranın saxlanılması, ət və süd istehsalı nəzərdə tutulub.“Məhəmməd-Tərtər” MMC tərəfindən ilkin olaraq 50 baş iribuynuzlu və 200 baş xırda-buynuzlu mal-qara alınıb, 70 hektar sahədə yem bitkiləri və şəkər çuğunduru əkilib.
    Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə 212 baş damazlıq heyvan verilib. Üç ay ərzində 198 baş inək və düyə süni mayalandırılıb. Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində keçən ilin eyni dövrü ilə müqayisədə iribuy-nuzlu mal-qaranın sayı 409 baş, xırdabuynuzluların sayı 1043 baş artıb.
    Diqqətə çatdırılıb ki, hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi, “Tərtər şəhəri və ətraf 11 kəndin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir. Tərtər şəhərinin H.Əliyev prospektində və E.Hüseynov küçəsində səkilərə tamet daşları döşənmiş, E.Hüseynov küçəsində səki daş-larbardyor düzülmüş, kommunikasiya xətləri qaydaya salınmış, küçə genişləndirilmişdir. H.Əliyev prospektinə, F.Qulami, Ş.Qurbanov. R.Mürsəlov, E. Hüseynov küçələrinə, həmçinin Tərtərdən Şıxarx qəsəbəsinə gedən yola asfalt-beton örtüyü salınır. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 12 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilib.
    Tərtər şəhərində 7 ədəd çox-mərtəbəli ictimai yaşayış bina-larının fasad və daxili hissələrinin suvanıb rənglənməsi işlərinə başlanılmış və bu işin icrası üçün 100 nəfər Tərtər sakini işə götürülmüşdür. Bundan başqa, şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində işləmək üçün 70 yeni iş yeri açılmışdır.
    Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
    Tədbirdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbəsi-nin direktoru Emil Məmmədov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Mehman Babayev çıxış ediblər.
    Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
    Yığıncaqda müvafiq qərar qəbul edilib.

    Müəllif: Redaktor, 15:08

    Teqlər:

İsmarıclar bağlıdır.