Tərtərdə doğulmuşam, düşmənlə 48 km təmas xətti olan bu gözəl diyarda böyümüşəm. Bu günlərdə Azərbaycan Ordusunun düşmən təxribatına sarsıdıcı zərbələrlə cavab verməsi hər bir tərtərli kimi mənim də qəlbimi qürur hissi ilə doldurdu.
Düzdür, biz itkilər verdik, ömrünün çiçəklənən vaxtında igid oğullarımızı itirdik. Bir neçə gün davam edən döyüşlər gənclərimizin Vətən sevgisini, torpaq uğrunda şirin canlarından belə keçməyə hazır olduqlarını göstərdi. Şəhidlər ölmürlər. Onlar xalqımızın tarixində əbədi yaşayacaqlar.
Indi hər birimizin qəlbi cəbhədə olan əsgərlərlə birgə döyünür. Qoy onlar əmin olsunlar ki, arxada daim ordu ilə birgə olan, əsgərlərimizin hər bir uğuruna ürəkdən sevinən və yollarını səbirsizliklə gözləyən ana və bacılar var.
Tunarə Məmmədzadə,
rayon icra hakimiyyəti apratında aparıcı məsləhətçi