Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Apr

    1111111Torpaq uğrunda ölən varsa, vətəndir. Bəli, torpaqlarımızın bütövlüyü uğrunda canından kecib şəhidlik zirvəsinə ucalan vətən oğullarımızdan biri də rayonumuzun Kəngərli kənd sakini kiçik cavuş Abbaszadə Elşad Raquf oğludu. O, 14 iyul 1993-cü ildə anadan olub. 2008-ci ildə Tərtər peşə məktəbində meyvə-tərəvəz ustası peşəsinə yiyələnib. 2010-cu ildə oranı bitirib.
    2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən yenidən müddətdən artıq qulluq etmək üçün hərbi xidmətə gedib.
    Elşadgil ailədə 3 uşaq olublar. Iki oğlan, 1 qız, Elşad ailənin böyük oğlu idi. O, hələ kiçik yaşlarından kənddə özünə hörmət, izzət qazanmışdı. Daim böyüyün, kiçiyin yerini bilən, dindirəndə “bəli”, “xeyrlə” danışan, elini, obasını sevən vətənpərvər bir gənc idi.
    Kiçik çavuş Elşad Abbaszadə cəbhədə tağım komandiri olub. Özü də gözəl pulemyotçu idi . Həmişə sinəsinə sıxdığı “RK” pulemyotu ilə hədəfi sərrast nişan alar, istədiyinə nail olardı. Şəhidin dəfn mərasimində iştirak edən Elşadın döyüş dostu Orxan İsayev deyirdi ki o, bizi sanki özündən çox qoruyurdu. Səngərdə hərəkətin, atışma zamanı qarşı tərəfi necə nişan almağın sirlərini bizə başa salırdı. Elşadın daha bir döyüş dostu Samir Nağıyev isə onun haqqında fikirlərini belə bildirdi:
    –Elşad igid, qorxmaz bir döyüşçü, tağımda hamının sevimlisi idi. Hamı onun xətrini çox istəyirdi. Hər şeydən öncə bunun da başlıca səbəbi qorxmazlığı, igidliyi idi. Biz hamımız ona oxşamağa çalışırıq.
    Şəhidlərimizin qanını mənfur düşmənlərdən alacağıq.
    Elşadın anası Amalya xanım da fikirlərini göz yaşı içərisində bir neçə kəlmə ilə belə ifadə etdi: Oğullar vətənini, torpağını, ana, bacısını qorumaq üçün dünyaya gəlirlər. Birdə ki, belə bir deyim var: İnsan var eldən gedir, insan da var evdən. Bəli şəhidlik zirvəsinə ucalan oğlum Elşad eldən gedən igidlərimizdən idi.
    Martın 25-də qoşunların təmas xəttində Tərtər rayonu istiqamətində gedən döyüşdə qəhrənmancasına şəhid oldu. Ölümündən sonra təltif edildiyi “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edildi.
    Söhbət zamanı Kəngərli kənd icra nümayəndəsi Xamis Əsgərov bildirdi ki, Elşadın atası Raquf kişi də Qarabağ müharibəsi veteranıdır. Bax, torpağı sevmək, onun bütövlüyünü göz bəbəyi kimi qorumaq missiyası bəlkə də Elşada atasından keçmişdi.
    Ona görə də Raquf kişi deyir ki, torpaqlarımızın erməni dığalarından təmizlənməsi üçün Ali Baş Komandan İlham Əliyev səfərbərlik əmri versə, söz yox, mən də birincilər sırasında gedərəm.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

    Əvəz Nəzirov

    Müəllif: Redaktor, 13:47

    Teqlər:

İsmarıclar bağlıdır.