Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May
    Milli-mənəvi dəyərlər ULU ÖNDƏR VƏ AZƏRBAYCAN TƏHSİLİ üçün şərhlər bağlıdır

    Изображение 193DSC_3687 (Копировать)Rayon icra hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə rayon təhsil işçilərinin iştirakı ilə Gənclər Mərkəzində Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əvvəlcə Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş məruzə söyləmişdir. Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində tərtərli məktəblilərin cari dərs ilində qazandıqları uğurlardan bəhs etmişdir.
    Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Əskipara kənd tam orta məktəbinin tarix müəllimi Dilguşə Aslanova çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, onun söylədiyi kəlamları yada salmışlar: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəsindən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ÜMUMMİLLİ LİDER VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ üçün şərhlər bağlıdır

    Изображение 003Tərtər YAP Rayon təşkilatında mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə məruzə ilə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarı var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.
    Tədbirdə mövzu ilə bağlı çıxışlar olub. Rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanova, mərkəzləşmiş kitabxana sisteminin işçisi Reyhan İsmayılova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Umudlu kənd mədəniyyət evinin direktoru Flora Manafova, rayon mədəniyyət şöbəsinin işçisi Sevda İsgəndərova, rayon musiqi məktəbinin direktoru Mahir Qədimov, müəllimlərdən Ziyafət Talıbova, Mirtağı Mənsimov, Mehriban Hüseynova, Arif Mahmudov, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ümummilli Liderin Azərbaycan mədəniyyəti sahəsində gördüyü işlərdən danışıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Açılışlar KƏNDDAXİLİ YOLLAR TƏMİR OLUNARAQ SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Изображение 109DSC_3917 (Копировать)Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kənddaxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir.
    Tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri böyük sevinclə qatılmışlar.
    Əvvəlcə Əskipara kənd ağsaqqalı Allahyar Allahverdiyev, Hüsənli kənd ağsaqqalı Yusif Ağayev, sakinlərdən Rəfail Kamalov, Şükür Həsənov və başqaları çıxış edərək yollarının təmir olunması ilə əlaqədar ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, əvvəllər kəndarası yolların vəziyyəti çox yarıtmaz idi. Şagirdlər bu yolla məktəbə çətinliklə gedirdilər. İndi isə təmirdən sonra yollarımız abad və rahatdır.
    Çıxış edən iş icraçısı İlqar Qasımov bildirmişdir ki, yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan yollar Hüsənli, Əskipara, Evoğlu kəndlərində 27 kilometr məsafəni əhatə edir. Yolun eni 5-8 metrdir, bəzi yerlərdə isə 10-15 metrə çatır. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Tərtər RİH-də DÜNYA İCTİMAİYYƏTİ ERMƏNİLƏRİN ÇİRKİN NİYYƏTLƏRİNİ PİSLƏYİR üçün şərhlər bağlıdır

    Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtər rayonunda

    Изображение 100DSC_3602Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları–hüquq şöbəsinin müdiri Aleksandr Novikau, onun müavini Oliver Tuholske və sahə məsələləri üzrə baş məsləhətçi Elsevər Ağayev yerli hakimiyyət orqanları ilə görüşmək və təmas xəttində baş vermiş son atışmalar səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə birbaşa məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri bildirmişdir ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 km məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalmışdır. Nəticədə Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Tərtər RİH-də Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Tərtər rayonuna səfər ediblər üçün şərhlər bağlıdır

    DSC_1812 (Копировать)
    DSC_1848 (Копировать)Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrini şiddətli artilleriya atəşinə tutması nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Tərtər rayonunda olublar. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
    Diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Müstəqim Məmmədov cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə nümayəndə heyətinə məlumat verib.
    Sonra ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə baxış keçirilib.
    Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

    Teqlər:

  • 18May
    Tərtər RİH-də Xarici ölkələrin attaşeləri Ermənistan ordusunun ağ fosforlu mərmi atdığı Əskipara kəndində vəziyyəti öz gözlərilə görüblər üçün şərhlər bağlıdır

    DSC_4963 (Копировать)DSC_4996 (Копировать)Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Əskipara kəndi ərazisinə beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi atması faktı ilə yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri mayın 11-də Tərtər rayonunda olublar.
    Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri iştirak ediblər.
    Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin ağ fosforlu top mərmisi atdığı əraziyə baxış keçiriblər.
    ANAMA-nın partlayıcı vasitələrin zərərsizləşdirilməsi (EOD) əməliyyatları üzrə meneceri Mədət Məmmədov məlumat verib ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanıb. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Tərtər RİH-də Milli Məclisin deputat nümayəndə heyəti ilə birgə hərbi hissədə olmuşdur üçün şərhlər bağlıdır

    Изображение 111DSC_3966Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Abdullayeva rayonun ictimaiyyət nümayəndələri və ağsaqqalları ilə birlikdə Tərtər rayonunda olmuşlar. Nümayəndə heyətini rayon icra hakimiyyəti və YAP rayon təşkilatının nümayəndələri qarşılamışlar. Onlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini yad etmişlər. Sonra nümayəndələr “N” saylı hərbi hissədə hərbçilərlə görüşmüşlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, sonra Tərtərin düşmən üçün alınmaz qala olmasından, əsgərlərimizin döyüş şücaətindən söhbət açmış, 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmən təxribatlarına layiqli cavab verdiyini bildirmişdir. Sonra Milli Məclisin deputatı Sədaqət xanım Abdullayeva çıxış edərək zabit və əsgərləri salamlamış, onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa səsləmiş, ordudakı yüksək əhval-ruhiyyəni alqışlayaraq “Siz vətən uğrunda döyüşlərə ölməyə deyil, öldürməyə gedirsiniz”,- demişdir. Hərbçilər deputatın çıxışını alqışlarla qarşılamışlar. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Milli-mənəvi dəyərlər ONLARA DÖVLƏT TƏRƏFİNDƏN QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

    Изображение 139Ikinci dünya müharibəsindən bizi 71 il ayırır. Illər ötdükcə müharibədə şücaət göstərib evlərinə qayıdan Böyük Vətən müharibəsi iştirakçılarının sayı azalır.
    Əgər 2012-ci ildə rayonumuzda 15 nəfər müharibə veteranı vardısa, indi onların sayı 7 nəfərdir. Ümumiyyətlə isə Böyük Vətən müharibəsi başlayanda Tərtər rayonundan mü-haribəyə 2417 nəfər getmişdi, onların 1650 nəfəri müharibədən qayıtmayıb.
    Azərbaycanımızın bütün bölgələrində ikinci dünya müharibəsinin sağ qalan iştirakçılarına dövlət tərəfindən daim lazımi diqqət və qayğı göstərilir.
    Həmişə olduğu kimi bu il də ölkə Prezidenti möhtərəm İlham Əliyev Qələbənin 71-ci ildönümü münasibəti ilə sağ qalan hər bir müharibə iştirakçısına 1000 (min) manat, onların dul qalmış qadınlarına 700 manat, müharibə vaxtı arxa cəbhədə işləyənlərin hər birinə 500 manat verilməsi haqqında sərəncam imzalamışdır.
    Bundan əlavə veteranların əksəriyyəti minik maşınları ilə təmin olunub. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər ŞUŞANIN İŞĞALINDAN 24 İL ÖTÜR üçün şərhlər bağlıdır

    BİZ O YERLƏRƏ QAYIDACAĞIQ

    c59fuc59fa_qalasc4b110namiqAzərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdı.
    Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tariximədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə, erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texni-kumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatırı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Digər ŞƏHİD ANASININ ARZUSU üçün şərhlər bağlıdır

    Bu gün hamı məni bir şəhid anası kimi tanıyır. Oğlum mərd, qorxmaz, qeyrətli bir oğlan– kapitan İnqilab Ağayev idi. Indi mənim qəlbim balamın həsrəti ilə alovlansa da, qürurlanıram ki, oğlum sağlığında olduğu kimi ölümü ilə də valideynlərinə, ailəsinə, övladlarına, ən başlıcası vətəninə başucalığı gətirdi. O, artıq bir ata-ananın deyil, Azərbaycan xalqının övladına çevrilib, Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olub.
    İllərdir ki, əzəli, əbədi torpaqlarımız mənfur düşmənin tapdağında inləyir, hünərvər oğlanlarının yolunu gözləyir. Aprelin əvvəlində ordumuzun Ermənistana həddini göstərməsi bir daha bizim oğullarımızın dəyanətindən xəbər verir. Inanıram ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Vətənimizin ərazi bütöv-lüyünü təmin edəcək və torpaqlarımızın azadlığına nail olacaqdır. O zaman mənim oğlum kimi torpaqlarımız uğ-runda şəhid olmuş yüzlərlə igidlərimizin ruhları rahat uyuyacaqdır.
    Bu inam təkcə bir ananın yox, Azərbaycanın hər bir vətəndaşının qəlbində vardır. Yaxşı bilirik ki, bizim ordumuz 20-25 il əvvəlki ordu deyil. Indi bizim güclü ordumuz və ağıllı, uzaq-görən sərkərdəmiz var. Artıq ölkəmiz başqa sahələrdə qazandığı uğurların siyahısına bir uğurun da qatılması astanasındadır. Bu, bizim Qələbəmiz olacaqdır. Bu hər bir vətəndaşımız kimi, bütün şəhid analarının arzusudur. Inşallah, o günü görəcəyik.

    Sədaqət Ağayeva

    Teqlər: