Rayon Mədəniyyət Mərkəzində ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də iştirak etmişlər.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 7 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Ötən il şəhər 1 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanıb.
Surxay Mirzəyev bildirmişdir ki, bu il tam orta məktəbləri bitirən 669 nəfər məzundan 350 nəfəri ali məktəblərə sənəd vermişdir. 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamış, 3 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdir. Daha ətraflı »
-
07SenTəhsil TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Teqlər: Təhsil
-
07SenXəbərlər BMT-nin NÜMAYƏNDƏLƏRİ DİDƏRGİN İNSANLARIN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR üçün şərhlər bağlıdır
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelsin, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin, BMT QAK-ın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlər, həmçinin, məcburi köçkünləri qəbul etmiş icmaların sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklərdən danışmışdır.
Diqqətə çatdırılmışdır ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonumuzda məs-kunlaşmış məcburi köçkünlərdən Ağdam rayonundan məcburi köçkün, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayonundan məcburi köçkün, 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızı dünyalarını dəyişmişlər. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanmışdır. Həmçinin Ağdam rayonundan məcburi köçkün, 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır.. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07SenXəbərlər LİTVALI JURNALİSTLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin portalın fotoqrafı Arunas Sartanaviçusun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu nəticələrlə daha yaxından tanış olmaq məqsədi ilə Tərtər rayonunda səfərdə olmuşlar.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmıdır.
Sonra qonaqlar Tərtər şəhərində, Şıxarx qəsəbəsində, Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxmışlar.Teqlər: Xəbərlər
-
07SenƏdəbiyyat “KEÇMİŞƏ NƏZƏR SALANDA…” KİTABININ MÜZAKİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Professor, texnika elmləri doktoru Rasim Axundovun Axundovlar ailəsinə həsr etdiyi “Keçmişə nəzər salanda…” kitabının işıq üzü görməsi münasibəti ilə redaksiyamızda tədbir keçirilib.
Tədbiri açan “Yeni Tərtər” qəzetinin baş redaktoru, “Keçmişə nəzər salanda…” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan yazıçılar birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, “Tərəqqi” medallı dövlət mükafatçısı Tofiq Yusif bildirib ki, bu əsərin ərsəyə gəlməsi Azərbaycan elmi tarixinə, həmçinin rayonumuzun tarixinə bir töhfədir. Kitabda yaxın keçmişimizdə yaşayan feno-menal bir ailə–Axundovlar ailəsi haqqında sənədli materiallar əsasında səmimi bir söhbət açılır. Ailənin başçısı Fərrux Axundov uzun illər rayonumuzun Azadqaraqoyunlu kəndindəki tibb məntəqəsində işləmiş, eyni zamanda burada və ətraf kəndlərdə rus dilini tədris etmişdir. Ailədəki on övladdan beşi müxtəlif sahələr üzrə elmin ən yüksək zirvəsinə ucalmış, professor, elmlər doktoru adını almışdır. Valideynlər – Fərrux bəylə Maya xanım övladlarının hamısının ali təhsil almasına nail olmuşlar.
Tofiq müəllim göstərib ki, bu ailənin mayasını ziyalılıq, nur təşkil edir. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində “Pravda” qəzetinin birinci səhifəsində Leonid Tahirovun imzası ilə onlar haqqında “Ondurlar, hamısına da əhsən!” sərlövhəli məqalə dərc olunmuşdur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
07SenDigər 2016-cı il “MULTİKULTURALİZM İLİ”DİR üçün şərhlər bağlıdır
MULTİKULTURALİZM HAQQINDA FİKİRLƏRİM, YAXUD MAKSİM QORKİNİN “DANKO HAQQINDA ƏFSANƏ”Sİ
Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
Yaxud bizim məşhur xalq bayatısında deyildiyi kimi:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Mən, keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşam. Kəndimiz ermənilərin əhatə-sində yerləşirdi. Biz, azərbaycanlılar, rayonda azlıq təşkil edirdik, rayon rəhbərliyində yalnız partiya və komsomol komitələrinin ikinci katibləri ilə təmsil olunurduq.
1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal olundu. Biz didərgin düşdük…
Elə bil Qorkinin hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Daha ətraflı »Teqlər: Digər
-
07SenDigər “MƏN İSTƏRƏM GÜLLƏR AÇILSIN, GÜLLƏLƏR AÇILMASIN!” üçün şərhlər bağlıdır
Mərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
Bu sözləri yada salanda istər-istəməz müasir dünyamızda baş verən qanlı-qadalı savaşları, mənasız, məntiqsiz terrorları, onların törətdikləri günahsız insan qurbanlarını xatırlamalı olursan. Xatırlayırsan, qanın qaralır, təəssuflənirsən, varından yox olursan.
Bu hisslərlə yaşayarkən maraqlı bir sual da düşündürür səni. “Məgər insan dünyaya bunun üçünmü gəlib? Qan-qada törətmək, fitnə-fəsad yaratmaq, bir-birini günahsız yerə məhv etmək üçünmü?..”
Axı, insanı xəlq edəndə ulu yaradanımız ondan heç nəyi əsirgəməyib. Lazım olan hər şeyi verib ona. Ən başlıcası bütün canlılardan fərqli olan şüur verib, ağıl verib, idrak verib ona. “Yaşa, yarat, hər şeyi yaxşı-yaxşı düşün, dərk et, – deyib. Sənə bəxş etdiyim bu dünyanı daha da gözəlləşdirməyə can at” –deyib…
Bəs, biz necə əməl etmişik uca yaradanın bu göstərişlərinə? Ağlımız artdıqca ağılsızlaşmağa, elmin, texnikanın böyük nailiyyətlərinə yiyələndikcə onlardan məsrəfsiz yerə istifadə etməyə, icad etdiyimiz qırğın silahları ilə özümüz özümüzü məhv etməyə başlamışıq. Faciə burasındadır ki, hətta bununla öyünməyə, qürrələnməyə də çalışmışıq. Yaxın Şərqdə, İraqda, Suriyada, Əfqanıstanda baş verənlər dediklərimizin sübutu deyilmi? İblislərin, şeytanların fitvasına uyub özünü İslam dövləti adlandırdığı halda, “Allahu Əkbər” deyərək qan qardaşlarının başını kəsən İŞİD terrorçularının hərəkətlərinə nə ad vermək olar? Niyə xristianların müsəlman dünyasına qarşı düşünülmüş təxribatı hesab etmirik bunu? Bu gün kimi aydın həqiqəti nə vaxt dərk edəcəyik biz?!.. Daha ətraflı »Teqlər: Digər
-
07SenDigər MÜHARİBƏ HƏLƏ DƏ DAVAM EDİR üçün şərhlər bağlıdır
Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
Multikulturalizm tolerantlıq və qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, dostluq, dözümlülük üzərində qurulan mühitdir. Nəzərə alaq ki, Azərbaycan ərazisində çox qədim zamanlardan müxtəlif etnik millətlər – avarlar, ləzgilər, udinlər yaşayır və onların multikultural dəyərləri qorunub saxlanıldığı üçün “Azərbaycan multikulturalizm məkanıdır” deyə bilərik. Bu isə dünyaya yeni bir mesajdır.
Multikulturalizm mühitinin formalaşmasında cəmiyyətdə qadınların rolu danılmazdır. Təmas xəttində yerləşən Qapanlı kəndinin bir sakini olaraq məcburən cəlb olunduğumuz müharibənin ən ağır faciələrini gözümlə görmüşəm. I Qarabağ müharibəsi zamanı erməni tanklarının kəndə girməsi, 21 yaşlı kənd sakininin erməni snayperçisi tərəfindən vurularaq şəhid olması, insanların minaya düşməsi, yol kənarlarında ağaclar altnda qalmaları, azyaşlı məktəbli uşaqların qətlə yetirilməsi gözlərim önündədir. Daha ətraflı »Teqlər: Digər
-
07SenMilli-mənəvi dəyərlər QURBAN BAYRAMININ TARİXİNDƏN üçün şərhlər bağlıdır
Mehriban və bağışlayan Allahın adı ilə! Tarixdə elə hadisələr baş vermişdir ki, zaman-zaman insanların qəlbinə sirayət etmiş, daim onları yaxşı işlərə və xoş əməllərə istiqamətləndirmişdir. Belə hadisələr sanki bəşəriyyətə bir mayak olmuş, dinindən, irqindən və milliyətindən asılı olmayaraq insanları düz yola yönəltmişdir. Bu kimi hadisələrdən biri təxminən dörd min ildən yuxarı yaşı olan Həzrət İbrahim (ə) və onun ailəsinin əzəmətli sınaq əhvalatıdır. Müqəddəs Kitabımızda buyrulur ki, “Biz heç kəsin çiyninə gücü çatmadığı yükü qoymarıq” və yenə də bir ayədə buyrulur ki, “insan imtahandadır”. Kimisi imanı ilə, kimisi mal-canı və ən əziz, şirin nemet olan övladı ilə. Hər birimiz gec-tez ilahi imtahandan keçməliyik. Allah güc-qüvvət inayət etsin ki, inşallah biz də imtahan və sınaqlardan üzüağ çıxaq. Amin!
Hz.İbrahim (ə) özü elə bir ailədə dünyaya göz açır ki, ailənin böyüyü olan ana babası Azər məşhur bütyonan və satan idi. Belə bir mühitdə və belə bir babanın yanında iman qorumaq çox zəhmət tələb edən bir iş idi. Babası bütü düzəldir və İbrahimə (ə) verir ki, apar sat bunu və pulunu gətir. Hz.İbrahim də (ə) bütün ayağına kəndir bağlayaraq sürüyür və “heç kimə nə xeyri, nə də zərəri olmayan bu bütləri alın” deyə car çəkir. Hiddətlənmiş avam, cahil, bütpərəst camaat az qalır ki, onu qətlə yetirsin. Doğrudan da bu çox təhlükəli bir iş idi və hər an Hz.İbrahim (ə) şirin canından ola bilərdi. Sonrakı dönəmlərdə babasını və xalqı müvəhhid dininə (Təkallahlı) dəvət etməklə daha böyük bir fədakarlıq nümayiş etdirmiş oldu. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
07SenDigər TELEVİZİYA VERİLİŞLƏRİNDƏ UTANMAZLIQ üçün şərhlər bağlıdır
İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
Özəl kanallar lap şitin-şortun çıxarıblar. Neçə dəfə demək olar, neçə dəfə yazmaq olar: “Balam, bura Azərbaycandır, bu xalq Azərbaycan xalqıdır, onun öz tarixi keçmişi var, öz adət-ənənələri, öz mental dəyərləri var”?! Bura Fransa deyil ki, cinsi azlıqların hərəkətlərinə hüquqi və geniş meydan verilsin? Ya da eyni cinslilərin nigahını qanunla rəsmiləşdirsin! Və yaxud Afrikanın, Cənubi Amerikanın cəngəllikləri deyil ki, hamı lüt gəzsin və hamının gö-zü qarşısında kim nə istəyir, onu eləsin. Hər bir xalqın öz təməl prinsipləri var və bu əndazədən kənara çıxmaq həm eybəcərlik, həm də tərbiyəsizlik yaradır.
Televiziya verilişlərinin çoxunu tapşırırlar “uşaq-muşağa”. Onlar da adımızı dünyada biabır edən yüz hoqqadan çıxırlar, əxlaqsızlıq təlqin edən hərəkətlərə yol verirlər, ağızlarına nə gəldi danışırlar, nə cür istəsələr, elə də geyinirlər (bəlkə də geyinməsələr ondan yaxşıdır). Ucuz, şit, düşük, bambılı davranışları ilə ikrah hissi oyadırlar. Camaatı güldürmək üçün meymunluq edən, hörmətsiz sözlər işlədən, qışqıran-bağıran bu yaramazlar, həqiqətən də, millətimizin abırlı təbəqəsini təhqir edirlər, onların əsəbləri ilə oynayırlar. İnkişaf etmiş ölkələrə inteqrasiya budurmu? Adını “Şou proqram” qoy, nə pəstaha çıxarırsan çıxar, hə?
Bəzən “ ağsaqqal”, “ağbirçək” müğənnilərimiz də qoşulurlar bu “uşaq-muşağa”, biabır edirlər özlərini. Hələ onların əttökən geyimlərindən, dingiş hərəkətlərindən danışmıram, çünki bunları hamı görür və eşidir. Sadəcə olaraq deyirəm ki, ayıbdır! Onlar da azərbaycanlı olduğu üçün adam utanır. Daha ətraflı »Teqlər: Digər
-
07SenDigər KÖHNƏ BAĞÇANIN SONRAKI SAKİNLƏRİ üçün şərhlər bağlıdır
Dövrünün müasir tipli uşaq bağçası–körpələr evi idi bu bina. Tikildiyi zamanda yaraşıqlı görkəmi, müasir avadanlığı, mehriban tərbiyəçiləri və gələcəyin gül balalarından ibarət sakinləri vardı bu bağçanın. Bu gün də var. Amma necə və kimlər? İndinin sakinləri gül-çiçəkli, buz bulaqlı dağlarını, illərnən tikib-qurduqları ev-eşiklərini, var-dövlətlərini qoyub gəlmiş, Ağdam, Ağdərə, Kəlbəcər rayonlarından qaçqın-köçkün düşmüş vətən övladlarımızdır.
Təzada bax! Dünənki sakinlər boy atıb böyüdükcə sabahın xoşbəxtliyinə doğru gedirdi. Bu günkü sakinlər isə yaşa dolduqca həsrətlərinə qovuşmaq ümidi ilə günlərini sayırlar. Düşən qaranlıq gecələr, açılan günəşli sabahlar bu sakinlərin ümidlərinə yeni ümidlər calayır. 20 ildən çoxdur ki, bu insanlar bax beləcə ümidlər içərisində günlərini bir-birinə calayırlar. Hətta bəzisi ömürlərini vətən, yurd niskili ilə başa çatdırdılar, “Ağdam”, “Kəlbəcər”, “Ağdərə” deyə-deyə dünyalarını dəyişdilər.
Hamının hörmətini qazanmış Gəray kişi Ağdamdakı həyat-bacasının bir ovuc torpağını, bir dilim ətirli meyvəsini, Qaçay kişi ilə Firəngiz arvad Kəlbəcərin buz bulaqlarından bir qurtum su, dərdlərə dəva olan gül-çiçək ətri qoxuyan bir udum təmiz, saf hava istədilər, arzuladılar. Çox təəssüf ki, ömür onlara möhlət vermədi. Niskilləri özləri ilə bərabər bir dərdə, aşılmaz dağa çevrilərək əbədiyyətə qovuşdular.
Günlər xatırlandıqca daha niskilli xatirələr yada düşür. Xəyanətkar ermənilərin hiyləsindən ailəsini qaçırdaraq bu bağçanın kiçik bir otağına sığınan Kəlbəcərli Əvəz müəllim çatar-çatmaz yeniyetmə oğlunu itirdi burada. Erməninin atdığı “Qrad” raketinin qəlpələri ata-ananın onsuz da dərdli ürəyinə oğul dərdi də əlavə etdi. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar