Sarov, Rəcəbli Kovdadıq və Bildirçinli kəndlərini əhatə edən Sarov kənd İnzibati Ərazi Dairəsində də 2016-cı ildə bəzi müsbət nəticələr əldə olunub. Hesabat yığıncağında bu barədə nümayəndə əvəzi Telman Paşayevin məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən il Sarov kəndi qazla təmin olunub. Bildirçinli, Kovdadıq, Umudlu, Rəcəbli kəndlərinə də yaxın günlərdə qaz çəkilişinə başlanacaqdır.
Əhalinin suya olan ehtiyacını ödəmək məqsədilə ərazidə bir subartezian quyusu qazılıb, istifadəyə verilmişdir.
Buna baxmayaraq, ermənilər tərəfindən Sərsəng Su Anbarından lazım olan zamanlar arxlara su buraxılmadığına görə sakinlər bitkiçilikdə nəzərdə tutduqları məhsuldarlığı əldə edə bilmirlər. Belə ki, 2016-cı ildə Sarov kənd İƏD üzrə nümayəndəlyin ərazisində 1045 ton taxıl, 430 ton arpa, 109 ton kartof, 55 ton günəbaxan, 25 ton şəkər çuğunduru, 113 ton pambıq, 2 ton lobya, 9 ton qarğıdalı, 222 ton tərəvəz, 272 ton meyvə və 160 kq barama istehsal olunmuşdur ki, bunlar da gözlənildiyindən azdır. Daha ətraflı »
-
10FevXəbərlər MÜSBƏT NƏTİCƏLƏR VƏ VƏZİFƏLƏR üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10FevXəbərlər 2 fevral Azərbaycanda Gənclər Günüdür üçün şərhlər bağlıdır
HƏR SAHƏDƏ FƏALLIQ GÖSTƏRİLİR
2 fevral–gənclər günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Ulu Öndərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Rayon mədəniyyət evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır. Sonra tədbir rayon mədəniyyət evinin geniş zalında davam etdirilmişdir.
Gənclər və idman idarəsinin rəisi Emin Pənahov məruzəsində qeyd etmişdir ki, hazırda bütün sahələrdə fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
Bu gün Tərtər rayonunun əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir.
İdarə rəisi sonra göstərmişdir ki, ötən il gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, həmin təbirlərdə 8438 nəfər gənc iştirak etmişdir.
Məruzədə rayon gənclərindən ətraflı bəhs olunmuşdur. Daha ətraflı » -
10FevDigər ULU ÖNDƏRİN ARZULADIĞI KİMİ FORMALAŞMA üçün şərhlər bağlıdır
Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il fevralın 2-də Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi, 1997-ci ildən isə onun sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.
2 fevral–Gənclər Günü ilə əlaqədar Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla görüşüb söhbət etdik.
–Gənclər siyasəti dedikdə biz nə düşünməliyik?
–Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dedikdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizin siyasi-iqtisadi yüksəlişində, elmin, səhiyyə və mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın və multikulturalizmin genişləndirilməsində, bir sözlə, bütün istiqamətlərdə intellektual potensialın gücləndirilməsində Azərbaycan gəncliyinin rolu başa düşülməlidir. Bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin inki-şafına təkan verir. Daha ətraflı »Teqlər: Digər
-
10FevXəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATINDA üçün şərhlər bağlıdır
Tədbirdə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın Bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-cı ildə Ümummilli Liderin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycanın tarixinə düşdü. Bu, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10FevMilli-mənəvi dəyərlər GƏNCLƏR ARASINDA DİNİ MAARİFLƏNDİRMƏNİN ROLU üçün şərhlər bağlıdır
Mehriban və Bağışlayan Allahın adı ilə!
Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10FevDigər UŞAQLARIMIZA NƏYİ AŞILAYIRIQ üçün şərhlər bağlıdır
Bizə yazırlar
Son illər şəhərimiz çox gözəlləşib. Yaşıllıqların sayı artıb.
Bəs biz bu gözəl şəhərin sakinləri olaraq onun gözəlliyi üçün nəsə edirikmi? Təəssüf ki, yox. Əksinə, 1-2 gün küçələr təmizlənməsə, zibil əlindən tərpənmək olmaz. Ətrafa ən çox atılan isə siqaret qutularıdır.
Bu hərəkətlərimizlə uşaqlara hansı nümunəni göstəririk? Buna görədir ki, bəzən şəhər parkına əylənməyə gələn uşaqlar əllərindəki konfet kağızlarını, su qablarını hara gəldi tullayır, bununla da təbiətin gözəlliyinə nə qədər ziyan vurduqları barədə düşünmürlər.
Amma düşünmək lazımdır. Özü də böyüklü kiçikli. Çünki bu, öz xeyrimizədir.Səbuhi Kərimov,
şəhər sakiniTeqlər: Digər
-
10FevDigər Xocalı faciəsinin 25-ci ildönümü üçün şərhlər bağlıdır
RUHUMU GÖYNƏDƏN SƏS
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir. Daha ətraflı »Teqlər: Digər
-
10FevDigər “BİRİ VARDI, BİRİ YOX…!” üçün şərhlər bağlıdır
Sizə bir nağıl danışacağam, qulaq asanda ayağınızın altından yer qaçacaq, nitqiniz quruyacaq, danışmağa söz tapmayacaqsınız, Düşünən beyniniz iflic olmaq dərəcəsinə gələcək. Mən öz nağılımı söyləməklə oxuyucularımı özləri ilə baş-başa qoymaq istəyirəm.
Günlərin bir günündə,
gözümüzün önündə,
Tarixin yaddaşında,
Yayında yox, qışında,
Hər yana çiləndi qan,
Dağlandı Azərbaycan!
Biri vardı, biri yoxdu, Qoca Zaman adlı uzun-uzun illəri yola salmış ahıl bir kişi vardı. Bu kişinin dörd oğlu, hər oğlunun da üç balası vardı. Dünyanı yorub yola salmış baba öz övladları ilə çox mehriban yaşayardı. Xoş günlər də görmüşdülər, qəmə də düçar olmuşdular. Hamısından da üzüağ, alnıaçıq çıxaraq həyatlarını yaşamaqda, bir-birini yaşatmaqda davam edirdilər. Daha ətraflı »Teqlər: Digər
-
10FevDigər BU İL AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN 65 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır
Azərbaycanın Milli Qəhrəmanı, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun unudulmaz komandiri, cəsur döyüşçü, Elman Hüseynovun anım günündə onun adını daşıyan küçədəki büstü önündə əziz xatirəsini yad edənlərin sırasında ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının təmsilçiləri, döyüş dostları, gənclər və məktəblilər vardı.
Al qərənfilləri böyük ehtiramla büstün önünə düzmüşdülər. Onu şəxsən tanıyanların da, tanımayanların da qəlbi sözlə dolu idi. Çünki Elman Hüseynov öz qəhrəmanlığı ilə Qarabağ müharibəsi tarixində elə bir iz qoyub ki, illər ötdükcə bu iz nəinki silinmir, əksinə, daha çox insanda fəxarət hissi oyadır.
Qarabağ müharibəsi veteranları Suliddin Yusibov, İlham Paşayev və Rövşən Məmmədov öz çıxışlarında göstərdilər ki, Elman müəllim ömrünün ən qaynar çağında şəhidlik zirvəsinə yüksəldi. Onun vətənimizlə, ailəsi ilə bağlı çoxlu arzuları vardı. Əgər yaşasaydı, bu il Elman Hüseynovun 65 yaşı tamam olacaqdı. İndi onun bir çox arzuları yerinə yetib. Azərbaycanın çox güclü, düşməni məhv etməyə qadir olan ordusu var. Cari ilin aprel ayında torpaqlarımızın bir qismi işğaldan azad edildi. Daha ətraflı »Teqlər: Digər
-
26YanDigər üçün şərhlər bağlıdır
Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Digər
Yeni ismarıclar