Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    16176023_373478323011959_1334346301_n71_nAzərbaycanın Milli Qəhrəmanı, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun unudulmaz komandiri, cəsur döyüşçü, Elman Hüseynovun anım günündə onun adını daşıyan küçədəki büstü önündə əziz xatirəsini yad edənlərin sırasında ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının təmsilçiləri, döyüş dostları, gənclər və məktəblilər vardı.
    Al qərənfilləri böyük ehtiramla büstün önünə düzmüşdülər. Onu şəxsən tanıyanların da, tanımayanların da qəlbi sözlə dolu idi. Çünki Elman Hüseynov öz qəhrəmanlığı ilə Qarabağ müharibəsi tarixində elə bir iz qoyub ki, illər ötdükcə bu iz nəinki silinmir, əksinə, daha çox insanda fəxarət hissi oyadır.
    Qarabağ müharibəsi veteranları Suliddin Yusibov, İlham Paşayev və Rövşən Məmmədov öz çıxışlarında göstərdilər ki, Elman müəllim ömrünün ən qaynar çağında şəhidlik zirvəsinə yüksəldi. Onun vətənimizlə, ailəsi ilə bağlı çoxlu arzuları vardı. Əgər yaşasaydı, bu il Elman Hüseynovun 65 yaşı tamam olacaqdı. İndi onun bir çox arzuları yerinə yetib. Azərbaycanın çox güclü, düşməni məhv etməyə qadir olan ordusu var. Cari ilin aprel ayında torpaqlarımızın bir qismi işğaldan azad edildi.
    Övladları böyüyüb, ali təhsil alıblar, atalarının layiqli davamçılarıdır.
    Anım günündə qəhrəmanın ailə üzvləri ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərə görə minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:33

    Teqlər:

İsmarıclar bağlıdır.