Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    2 fevral257m samire 268Tədbirdə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın Bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
    1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-cı ildə Ümummilli Liderin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycanın tarixinə düşdü. Bu, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi.
    Tədbirdə YAP rayon təşkilatının təmsilçisi Arzu Yaqubova, mədəniyyət şöbəsinin işçisi Ülviyyə Süleymanova, şəhər 3 saylı ümumi orta məktəbin müəllimi Könül Məmmədli və musiqi məktəbinin müəllimi Müşfiq Ağayev çıxış etdilər.
    Rayon icra hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov ətraflı çıxış etdi.
    Sonda YAP sıralarına yeni qəbul olunan gənclərə üzvülük biletləri təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:51

    Teqlər:

İsmarıclar bağlıdır.