Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30May
    Kənd təsərrüfatı Taxılçılıq üçün şərhlər bağlıdır

    YÜKSƏK MƏHSULDARLIQ GÖZLƏNİLİR

    800pxReife_Weizenaehren2Rayonumuzda taxılçılığın inkişafı üçün Bölgə Təcrübə Stansiyasının mütəxəssisləri məhsuldar toxum sortları yetişdirirlər.
    Rayon statistika idarəsinin məlumatına əsasən cari ilin məhsulu üçün 6873,9 hektar sahəyə buğda, 2645,1 hektara isə arpa səpilib. Bunlar “Qırmızıgül-1”, “Qobustan”, “Murov-2”, “Şəfəq-2”, “Zirvə-85”, “Fatimə” və digər məhsuldar toxum sortlarıdır.
    Məhsul bolluğu yaratmağa çalışan sahibkarlar taxıl əkini sahələrini əvvəlki illərə nisbətən xeyli genişləndirmişlər.
    Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, Şıxarx qəsəbəsində 1116, Hüsənlidə 649, Bəyimsarovda 540, Hacıqərvənddə 480, Qaradağlıda 426 hektar sahədə taxıl becərirlər.
    Ötən il rayon üzrə taxıl sahələrinin hər hektarından 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI

    Изображение 183Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların. Daha ətraflı »

    Teqlər: ,

  • 30May
    Səhiyyə YAXŞI HƏKİM, GÖZƏL ANA üçün şərhlər bağlıdır

    Изображение 11122Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
    Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
    Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
    Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
    Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar. Daha ətraflı »

    Teqlər: ,

  • 30May
    Digər LAÇININ İŞĞALINDAN 25 İL ÖTDÜ üçün şərhlər bağlıdır

    48_LachinRayonuLaçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.
    Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.
    Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
    Ötən əsrin 70-ci illərində Laçında onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Təhsil SAROV KƏNDİNDƏ BİR QIZ BÖYÜYÜR üçün şərhlər bağlıdır

    Изображение 128Yəqin heç kim inkar etməz ki, həyatda ən başlıca sərvət övladların tərbiyəsidir. Valideynlər körpəlikdən uşaqlarına hansı yaşam prinsiplərini, vərdişləri aşılayırlarsa, gələcəkdə buna uyğun şəxsiyyət formalaşır.
    Əlbəttə, hər kəs övladını sevir. Amma ona kifayət qədər qayğı və diqqət göstərirmi?
    Rayonumuzun Sarov kəndində yaşayan Rəşad Quliyevin və Elnarə İsmayılovanın ailəsində üç övlad böyüyür: İki qız, bir oğlan. Ailənin ilki olan Ç inarə Sarov kənd tam orta məktəbinin III sinfində oxuyur. Özü balaca olsa da, böyük arzularla yaşayır və elə indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.
    Çinarənin anası Elnarə xanım özü də müəllimdir. O deyir:
    –Övladın tərbiyəsi ilə məşğul olmaq vaxtın olub-olmamasından asılı deyil. Biz onlara kifayət qədər vaxt ayırmalıyıq ki, gələcəkdə uğurlar qazanmasına yardımçı olaq. Əlbəttə, burada hər bir uşağın şəxsi keyfiyyətləri, yəni xüsusi istedadı, bacarığı da rol oynayır. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Kənd təsərrüfatı BAĞLARIN BARI GÖZƏL… üçün şərhlər bağlıdır

    1446533742140895168_1000x669Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dövlət dəstəyi gücləndirilir. Cari ildə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.
    Ölkə başçısı tərəfindən ixracın təşviq edilməsi sahəsində ötən il imzalanmış fərman və sərəncamlar rayonumuzda da bir çox sahələrin, o cümlədən bağçılığın inkişafına yeni təkan verib. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Digər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır

    EL HÖRMƏTİ QAZANMIŞ İNSAN

    DSC_9163Dünya bərqərar olandan insan onu bəzəyib, zinətləndirib. Hər kəs ömür payını bu dünyanın ağlı-qaralı günlərinə bağışlayıb, yaddaşlarda qalan xatirələr yaradıb. Əbəs yerə insanı dünyanın əşrəfi adlandırmayıblar. Bəzən insanın həyat eşqi, qurub-yaratmaq həvəsi bir ömür payına bəs etmir. Ahıllaşır, qocalır insan, lakin ürək cavan qalır, arzular bitmir.
    Belə ahıllarımızdan biri də uzun müddət Tərtər Şəhər So-vetinin sədri işləmiş Həbib Məmmədovdur. Onu rayonumuzun bir zəhmətkeş ziyalısı, məsuliyyətli bir vəzifə sahibi, sadə, təvazökar bir şəxsiyyət kimi tanımışam, lakin keçdiyi kəşməkəşli ömür yolundan xəbər tutmaq, ömür kitabını vərəqləmək imkanım olmamışdı. Nəhayət bu da qismətim oldu. Onunla görüşüb-söhbət etdim.
    Öyrəndim ki, Məmmədov Həbib Həşim oğlu 1938-ci ildə Tərtər rayonunun (o zamankı Mirbəşir rayonu) Kəngərli kəndində kolxozçu ailəsində doğulub. Ailədə böyüyən uşaqların beşincisi olub. Aldığı tərbiyə, saflıq, zəhmətsevərlik, vətənpərvərlik kimi hisslər bu gün Həbib müəllimi xalqın sevimlisi edib. Daha ətraflı »

    Teqlər:

  • 30May
    Digər ZƏLZƏLƏ üçün şərhlər bağlıdır

    1353524646_001Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.
    Zəlzələyə necə hazır olmalı:
    – zəlzələ barəsində ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin;
    – birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
    – kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bər-kidin;
    – zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlayın;
    – yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməyin və ya pərdənin qalın materialdan olmasını təmin edin;
    – içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın; Daha ətraflı »

    Teqlər:

  • 19May
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    İSLAM DÜNYASININ TƏƏSSÜBKEŞİ

    HEYDERAzərbaycanın son onillikdə bir çox sahələrdə qazandığı uğurlar dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndər ölkədə bir çox sahələrdə olduğu kimi dini sahədə də problemləri ortadan qaldırdı.
    Dövlətdin münasibətləri yeni mərhələyə qədəm qoydu. 70 illik bir zaman ərzində öz dinindən, adət-ənənəsindən ayrı düşmüş xalq bir boşluq içərisində idi. Belə şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaratmağa nail oldu.
    Ulu Öndər məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Uzaqgörən siyasətin nəticəsində dövlətdin münasibətlərində yaranmış uçurum aradan qaldırıldı, dinin birləşdirici gücündən maksimum istifadə edildi.
    Ulu Öndər göstərdi ki, İslam həqiqətən də sülh, mehribanlıq və bərabərlik dinidir. Daha ətraflı »

    Teqlər:

  • 19May
    Milli-mənəvi dəyərlər GƏNCLƏRİMİZİN MİLLİ TƏRBİYƏSİ ƏSAS ŞƏRTDİR üçün şərhlər bağlıdır

    12Hər bir cəmiyyətin sağlamlığı, onun qələcəyi böyüməkdə olan gənc nəslin milli tərbiyəsi ilə bağlıdır. Bu baxımdan gənclərin mənəviyyatca təmiz, vətənpərvər və fiziki cəhətdən sağlam böyümələri ölkəmizdə yeridilən gənclər siyasətinin əsasını təşkil edir.
    Azərbaycanda bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclərin tərbiyəsini ölkə üçün çox vacib olan məsələlərdən hesab edirdi. Heydər Əliyev deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq–budur, vətənpərvərlik”. Daha ətraflı »

    Teqlər: