BİZİM BAYRAMIMIZ
Milli mətbuatın yaranmasının 149-cu ildönümünü qeyd edirik. Builki bayram xüsusilə önəmlidir. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsi ilə bağlı arzularımız gerçəkləşib. Bu da həqiqətdir ki, 30 ildən artıq davam edən mübarizədə media nümayəndələri əsgər kimi ən qaynar nöqtələrdə olub, qələbəmizin yaxınlaşmasına öz töhfələrini veriblər.
Qəzetimizin 90 illik yubileyi ilə bağlı cari ilin may ayında rayonumuzda keçirilən geniş tədbirdə də bu barədə səmimi söhbət getmişdi. Əslində bu tədbir yalnız “Yeni Tərtər”in deyil, bütövlükdə bölgə mətbuatının bayramı idi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun dəvəti ilə gələn hörmətli qonaqlar bir qəzetin 90 il ərzində fəaliyyət göstərməsini yüksək qiymətləndirmiş, xüsusən də cəbhə bölgəsində çalışan jurnalistlərin əməyini fədakarlıq adlandırmışlar.
Bütövlükdə götürəndə isə, jurnalist olmağın özü elə fədakarlıqdır, istər müharibə dövründə, istərsə də indiki dinc şəraitdə. Xüsusən sosial şəbəkələr, elektron media geniş yayıldığı bir zamanda, çap mediasını yaşatmaq getdikcə çətinləşir.
Biz bunu “Yeni Tərtər”in timsalında da görürük. Maddi çətinliklər bir növ digər məsələləri üstələyir. Bununla belə, mətbuatın dəyərini bilən, onu yaşatmağa çalışan insanlar da az deyil. Biz hər bir abunəçimizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Daha ətraflı »
Yeni ismarıclar