Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    (Müasir toy müşahidələrimiz)

    Nə söz Bisütundu, nə qələm külüng,
    Nə də sən Fərhadsan, azca oy, şair.
    Vərdişli alqışa, saxta tərifə
    Söykənib özünə vermə boy, şair.
    Dolan qədəhlərin “cəngi” tamaşa, –
    Bənzər sel ağzında toqquşan daşa.
    “Lambada” xoş gəlir dumanlı başa,
    Sözə toy tutandı indi toy, şair.
    Şeirdə ürəyin, özün yoxdusa,
    Hədər tüstülənmə közün yoxdusa.
    Sərxoşu ayıldan sözün yoxdusa,
    Yorma ayıqları, nöqtə qoy, şair.
     

    Dastanlarla getdi, dönməz o çağlar,
    Meydanda küşk tuta çılğın qoçaqlar.
    Karvanın üstünü ala qaçaqlar,
    Öyülə ər igid, yaxşı soy, şair.

     

    Toyda pərgarlığı eyləmə peşə,
    Şərab göz ağarda, söz taxtdan düşə,
    Sözü qoy xurcuna, kababdan döşə,
    Toya “doy” deyiblər, sən də doy, şair.

    Müəllif: Redaktor, 10:01

İsmarıclar bağlıdır.