Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Okt
    Xəbərlər BAŞ NAZİRİN MÜAVİNİ TƏRTƏRDƏ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINAN QƏSƏBƏDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_7624w_161508503831830658226_1000x669(1)Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsində aparılan son tamamlama işləri ilə tanış olub.
    Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tam orta məktəbə, musiqi məktəbinə və uşaq bağçasına baxış keçirib.
    Bildirilib ki, burada 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub, icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər BAYRAQ GÜNÜ üçün şərhlər bağlıdır

    baki3Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
    Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız–milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
    Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
    Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
    9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər ÜMUMDÜNYA GƏNCLƏR GÜNÜ üçün şərhlər bağlıdır

    img-20171019-wa0005_()10 noyabr Ümumdünya Gənclər günüdür. Bu barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ilin 29 oktyabrından 10 noyabrınadək Londonda keçirilən konfransında qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatlarını birləşdirir. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün daha qətiyyətlə həyata keçirilir.Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında üçün şərhlər bağlıdır

    TƏRTƏRLİ BEHBUD AĞA CAVANŞİR

    111111Stalinin: «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?»–sualının cavabında Məhəmməd Əmin Rəsulzadə demişdi: «Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq».
    İnsan iki həqiqətə – təbiətə və tarixə xəyanət edə bilməz. Edərsə, böyük itkilər verər.
    1918-ci il mayın 28-dəıı 1920-ci il aprelin 27-nə qədər mövcud olan Azərbaycan Demokratik Respublikasının yada salınmaması üçün düz 70 il çalışdılar. Sonda isə həmin 70 ildə hegemonluq edən imperiyanın özü tarixin səhnəsindən düşürüldü və «Bir kərə yüksələn bayraq bir daha enməz!» amalı ilə yaşayan Azərbaycan xalqı yeni demokratik zəmində mübarizə meydanına atılıb mayın 28-nin Azərbaycan dövlətinin yaranması günü kimi elan olunmasını tələb etdi. Xalqın iradəsi qəbul olundu. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər DÜNYAYA SÜLH GƏRƏKDİR üçün şərhlər bağlıdır

    qusDünyanı inkişaf etdirənlər də, onu məhv edənlər də insanlardır.
    Ailə yarandığı andan, dövlətlər yarandığı vaxtlardan onların başında duranlar zəkalı olanda, sülh yaranır. Rus-yapon müharibəsində də, ikinci dünya müharibəsində də belə olub.
    İstər Napoleon, istərsə də Hitler yer kürəsinə ağalıq iddiasındaydılar. Napoleon deyirdi ki, göy Allahındır, amma yer üzünün tanrısı mənəm. Hitler isə bütün yer kürəsinə hökmranlıq etmək istəyirdi.
    İki əsr ərzində erməni vəhşilərinin başımıza gətirdikləri qırğınlar, talanlar böyük Ermənistan yaratmaq iddiasından irəli gəlir. Hazırda yer kürəsində təbii fəlakətlərlə yanaşı, insanların özləri də kütləvi qırğınlar törədirlər. Suriyada 5 ildən çoxdur ki, qardaş qırğınları davam edir. Böyük dövlət başçıları sülh yaratmaqdansa, qarşıdurma siyasəti yeri-dirlər. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Mədəniyyət İstedadlılarımız üçün şərhlər bağlıdır

    FİDANLAR

    Новое изображениеSəsgücləndiricidən diktorun səsi eşidilir: “Uzundərə” rəqsi, ifa edirlər Muhsi Əliyev və Şəfiqə Əliyeva”.
    Səhnəyə xüsusi geyimdə 2 azyaşlı uşaq çıxır. Onları görcək tamaşaçıların alqış sədaları yüksəlir. Yaşlarına baxmayaraq rəqs fərqli bir əda ilə başlayır. Balacaların rəqsinə hamı diqqət kəsilir. Üzlərdə sevinc, təbəssüm artır. Hətta bir pıçıldaşma da olur. “Bu uşaqlar bacı-qardaşdırlar, ataları hərbiçidir”–deyirlər.
    Belə bir mənzərə ilə rayonun bir neçə tədbirində rastlaşmışdım və uşaqlar marağıma səbəb olub. Ona görə də bu azyaşlıları yaxından tanımaq, onlarla söhbət etmək qərarına gəldim və redaksiyada görüşümüz oldu.
    Onları redaksiyaya hicablı gənc bir qadın gətirmişdi. Dedi ki, Muhsi və Şəfiqənin anasıyam. Ataları Zaur hərbi hissədə olduğu üçün onları lazım olan yerlərə mən özüm aparıram və bu mənə qürur verir, elə ataları da çox sevinir onların uğurlarına. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Digər Baş redaktordan: “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    ÖTÜRHAÖTÜR OYUNU VƏ YAXUD “BERMUD ÜÇBUCAĞI”

    91_1443550800“Bala Kirpi” həmişə olduğu kimi yenə redaksiyaya baş çəkmişdi. Çöl qapını açıb, içəri girmək istəyəndə yenə də baş redaktorun əsəbi səsini eşitdi.
    –A başına dönüm, belə də iş olar?! Durduğumuz yerdə oyuna düşmüşük də! Kimə deyəsən, kimdən deyəsən? Hamı günahı boynundan atır. Ortada günah var, amma günahkar yoxdur.
    “Bala Kirpi” çəkinə-çəkinə baş redaktorun köməkçisi Nigar Əmrahovaya yaxınlaşdı:
    –Yenə nə olub?
    Köməkçi çiyinlərini çəkdi, yəni bilmirəm. “Bala Kirpi”nin təəccübü bir az da artdı. Qorxa-qorxa qapını azca aralayıb içəri baxdı. Gördü ki, “Yeni Tərtər”in baş redaktoru Tofiq Yusif əl-qolunu ölçə-ölçə var-gəl eləyir, redaksiyanın mühasibi Bəxtilə Əliyeva isə sakitcə ona qulaq asır.
    “Bala Kirpi” istədi qapını sakitcə örtüb, geri çəkilsin, alınmadı, baş redaktor onu gördü və içəri çağırdı. O da gəlib sa-kitcə mühasibin yanında dayandı. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Ədəbiyyat “ŞİL SÖYÜN” üçün şərhlər bağlıdır

    (HEKAYƏ)

    armenia-p10-02Kəndimiz ən ucqar dağ kəndlərindəndir. Hər tərəfdən yaşıl yamaclı silsilə dağlarla əhatə olunan bu kənd düzəngah sahədə yerləşir. Kəndin qarşı tərəfindən dağların dibiynən bir neçə bulağın birləşməsindən yaranan kiçik çay axır. Yaz vaxtları bu çay coşur, kükrəyib daşır, hətta mal-qara da apara bilir.
    Kəndimizdə yerli kənd sakinlərinin adlarıyla bağlı yer-yurd adları da olub və hələ də qalmaqdadır. “Səyadın yurdu”, “Qaman dərəsi”, “Seyid Əvizər bulağı” və s. Bu yerlərdə aparılan arxeoloji qazıntıların nəticələrinə görə buranın tarixi çox-çox qədimlərə söykənir. Kurqanlar və insanlar tərəfindən düzəldilmiş mağaralar bu dağlarda çoxdur. Əkin yerlərindən bir nəfərlik küp və ailə qəbirləri indi də çıxmaqdadır. Yaxın keçmişdə almanlar da burada yaşayıblar, işləyiblər və hətta dəmir yolu da çəkiblar. Bizim dağların sərvəti almanları da buralara qədər gətirmişdi. Ondoqqu-zuncu əsrin ortalarında qızıllarımızı, misimizi və digər yeraltı sərvətlərimizi çıxarıb aparırmışlar Almaniyaya. Daha ətraflı »

    Teqlər:

  • 27Okt
    Ədəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır

     

    Talıb Məmmədli

    IMG_0142ÖMRÜN FƏSİLLƏRİ
    Yaz kimi gəldik cahana,
    Tər çiçəklər ətri saçdıq.
    Pərvazlana-pərvazlana
    Şirin-şirin dillər açdıq,
    Noğullandıq, noğullandıq.

    Duyum verdi ömrün yayı,
    Duyduq əsil-soyumuzu.
    İgidlərin olduq tayı,
    Vətən sevdi boyumuzu,
    Oğullandıq, oğullandıq.

    Qayğılardan halı olduq,
    Payıza yetdi yaşımız.
    Övladlarla bara dolduq,
    Bardan əyildi başımız,
    Ağıllandıq, ağıllandıq. Daha ətraflı »

    Teqlər:

  • 20Okt

    Digər üçün şərhlər bağlıdır

    d990e511e22ad50e6ce30cf2902f31b2Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər: