10 noyabr Ümumdünya Gənclər günüdür. Bu barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyasının 1945-ci ilin 29 oktyabrından 10 noyabrınadək Londonda keçirilən konfransında qəbul edilib. Gənclər təşkilatlarının beynəlxalq birliyi özündə siyasi, dini baxışlarından, milli mənsubiyyətindən asılı olmayaraq bir çox müxtəlif gənclər təşkilatlarını birləşdirir. Federasiya bütün dünyada sülh, gənclərin hüquqları, xalqların müstəqilliyi, qabaqcıl gənclərin beynəlmiləl həmrəyliyi uğrunda mübarizə aparır. Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün daha qətiyyətlə həyata keçirilir.Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
…İndi ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan gəncliyinin daha da qüdrətlənməsinə güclü təkan verir.
…Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Tərtər rayonunda da gənclər siyasəti uğurla həyata keçirilir. Minlərlə gənc rayonun siyasi və sosial-iqtisadi həyatında aparıcı qüvvəyə çevrilib.
-
27Okt
Müəllif: Redaktor, 13:56
Teqlər: Digər