Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl
    Sosial Şəhərimizin gözəlliyi aktual məsələdir üçün şərhlər bağlıdır

    YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM

    Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
    Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır

    103 YAŞLI SARAN NƏNƏ

    Bu dəfə sizi rayonumuzun Seydimli kəndində yaşayan 103 yaşlı Saran nənə ilə tanış edəcəyəm. Onun bir əsrdən çox yaşı olduğu barədə məlumatımız vardı. Seydimli kənd icra nümayəndəsi Nərmin Vəliyeva və kənd bələdiyyəsinin sədri Mədinə İmanova ilə zəngləsib, yaşlı nənə ilə görüşmək istədiyimizi bildirdik. Birlikdə nənənin evinə getdik. Həyətə çatanda məhlədə bir neçə adamın təsərrüfat işləri ilə məşğul olduğunu gördük. Mədinə xanım çevik, qıvraq addımlarla bizə doğru gələn qadını göstərib, dedi:
    –Bax, bu da Saran nənə.
    Onunla söhbət elədik. Öyrəndik ki, yaşından xeyli cavan görünən nənə 1915-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Qaraiman kəndində anadan olub. Yetkinlik yaşına çatanda həmkəndlisi, kəndin sayılıb, seçilən cavanlarından olan Seyfəli Həsənovla ailə qurub. 1953-cü ildə növbəti dəfə mənfur ermənilərin məkrli siyasətinə dözməyib, Göyçə mahalından Tərtərin Seydimli kəndinə köçüblər. 7 övladları olub. 4 qız, 3 oğlan. Qızların 2-si dünyasını dəyişib. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Təhsil DOĞMA İNSAN üçün şərhlər bağlıdır

    Birinci dəfədir ki, məqaləmi bədbin notlar altında yazıram. Yazdıqca da qəlbim kövrəlir, göz yaşlarım sözümə baxmır. Çünki elə bir insan, elə bir müəllim haqqında yazıram ki, tarix bir kənd, bir el üçün belə şəxsləri çox nadir hallarda yetişdirir.
    1954-cü ildə Tərtər rayonunun Evoğlu kəndində, sayılıb-seçilən, təhsilə önəm verən bir ailədə –Çərkəz kişinin ocağında dünyaya göz açmışdı Fiqurə müəllimə. Öz doğma kəndində orta məktəbə getmiş, oranı bitirmiş və ali məktəbə qəbul olmuşdur. Ali təhsilini əvvəlki APİ-nin kimya-biologiya fakültəsində almışdır. 1978-ci ildə oranı bitirib, kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışdır.
    40 illik müəllimlik fəaliyyətində kollektivdə elə bir müəllim olmamışdır ki, ondan doğmalıq, nəvaziş və səmimiyyət görməsin. Müəllimlərlə bərabər, şagirdlərin də doğması idi. Ona görə doğması deyirəm ki, o, müəllimliklə bərabər, həm də uşaqlara ana qədər yaxın idi. Mülayim xasiyyətli, gülərüzlü, hər kəsi başa düşən insan idi Fiqurə müəllimə. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər ÖLÜMƏ APARAN YOL üçün şərhlər bağlıdır

    Narkotik vasitə kimi tanıdığımız bu maddədən dünyada milyonlarla, ölkəmizdə minlərlə insan əziyyət çəkir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, narkotik vasitələrə düçar olan insanların əksəriyyəti gənclərdir. Onların arasında yeniyetmələr və yaşlı nəsilin nümayəndələri ilə də qarşılaşmaq mümkündür. Narkotikanın toruna düşənlərin sayı günü-gündən sürətlə artır.
    Mənim məqsədim, bir polis əməkdaşı olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başlayır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur.
    Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. O, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Bu, insanda mərkəzi sinir sisteminə mənfi təsir göstərən və tez bir zamanda asılılıq yaradan bir maddədir ki, o, insanın xarici görkəminə də təsir göstərərək, onu tanınmaz hala gətirib çıxarır. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər YAS MƏRASİMLƏRİMİZ VƏ TOYLARIMIZ HAQQINDA FİKİRLƏR üçün şərhlər bağlıdır

    Dünya binnət olandan üzü bəri xeyirlə şər qoşa qardaş kimi yol gəlir və bu “qardaşlıq” Qiyamət Gününə kimi də davam edəcək. Elə ki, “İsrafil Sur düdüyünü caldı”, dünya darmadağın olacaq, yer kürəsindən həyat silinəcək, bəlkə onda xeyirlə şərin “qardaşlığı” sona çatdı, ta ki, təkayaqlı Ənnaslar kimi yeni bir nəsil yaranır, təzə bir həyat başlanır. Bəlkə də heç başlanmayacaq?! Bu, Tanrının işidir, bizlik deyil. Bizlik olan odur ki, hazırda həm yas, həm də toy məclislərimizi bərbad hala salmışıq. Əlbəttə, toy sevincdir, yas isə kədər. Toyda oynayıb-gülüb şənlənərlər, yasda isə ağlayarlar, kədərlənərlər. Amma hər şeyin bir əndazəsi, bir mizantərəzisi var. Elə ki, bu ölçülər pozuldu, onda ikrah yaranır.
    Açığını deyək, bəzi yerlərdə ehsan süfrələri toylardakına oxşayır–mənşəyi bilinməyən şirniyyatlar, sular, şirələr, geni dəyişdirilmiş meyvələr –banandan tutmuş ananasa qədər, cürbəcür xörəklər–plovdan tutmuş dolmaya, bozartmaya qədər, yuxa, lavaş, təndir çörəyi, pendir, goy-göyərti, xiyar, pamidor, turp, çərəzlər və s. Bircə zurna-balabanı çatışmır. Ən dözülməzi isə odur ki, meyit ortadan götürülməmiş ailə üzvləri ehsan üçün kəsilməyə mal axtarır, xörək bişirməyə başlayır və təmtəraq üçün digər hazırlıq işləri görürlər. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Milli-mənəvi dəyərlər GENDER BƏRABƏRLİYİ VƏ MƏİŞƏT ZORAKILIĞI üçün şərhlər bağlıdır

    Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan qadınlara qarşı zorakılığın ləğvi, onların hüquqlarının qorunması və gender bərabərliyinə dair mühüm beynəlxalq konvensiyalara qoşulub.
    Islam dini də qadınlara hörmətlə yanaşmağı tövsiyə edir. Lakin təəssüf ki, cəmiyyətimizdə hələ də bu sahədə xoşagəlməz hallara rast gəlirik. Xüsusilə məişət zorakılığı daha geniş yayılan bir haldır.
    Həyatda rast gəlinən hadisələrdən belə qənaətə gəlmək olar ki, bunlar əsasən erkən nikahlar zamanı baş verir. Ona görə ki, müəyyən təhsili, həyat təcrübəsi, məişət vərdişləri olmayan qızlar ailə həyatında rast gəldikləri çətinliklərə dözə bilmirlər. Bu zaman münaqişələr yaranır, nəticədə qadına qarşı zorakılıq halları baş verir.
    Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    BƏRBƏR XALİQ

    Hansı peşənin sahibi olursanol çalışmaq lazımdır ki, o peşəni sevdirə biləsən və özün də ondan zövq alasan. Hamı da sənin işindən ağız dolusu danışıb, razılıq edər. Onda, belə insanlara işinin ustası deyilir. Məsələn, bərbər Xaliq kimi. Xaliq sadə peşə sahibi olsa da, onu tanıyanların hörmətini qazanıb.
    Xaliq Allahverdiyev Evoğlu kəndində doğulsa da, uşaqlığı doğma kəndində keçsə də, Tərtər şəhərində yaşayır və 20 ildən çoxdur ki, bərbər peşəsi ilə rayon əhalisinin xidmətində dayanır. Bərbərlik peşəsini hələ əsgərliyə getməmişdən əvvəl öyrənib. Ustası Füzuli öz sənətinin incəliklərini Xaliqə böyük həvəslə sevdirdiyindəndir ki, söz düşəndə onun adını fəxrlə çəkir, bərbər sənətini öyrənməsindən qürur duyur. Söyləyir ki, hər gün xeyli insan ona müraciət edir, hər biri də müxtəlif zövqlü. Hamı da Xaliqdən razılıq hissi ilə ayrılır.
    Xaliq Allahverdiyev Qarabağ Müharibəsi veteranıdır. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Digər FƏXARƏT VƏ QÜRUR HİSSİ DOĞURAN HƏRBİ PARAD üçün şərhlər bağlıdır

    Bu günlərdə Bakıda Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad ordumuzun güc və qüdrətinin parlaq nümayişinə çevrildi.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda oldular.
    Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izlədilər. Daha ətraflı »

    Teqlər:

  • 11İyl
    Digər ORDUMUZUN GÜCÜNÜ HAMI GÖRDÜ üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad dostlarımıza da, düşmənlərimizə də milli ordumuzun gücünü nümayiş etdirdi.
    Bu parad göstərdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilərək, indi öz gözəl nəticələrini verməkdədir.
    Biz–müharibə veteranları ordumuzun gücündən qürur duyuruq. Hərbi paradı seyr etdikcə xəyalım məni keçmişə–hələ formalaşmamış ordunun tərkibində, çox az miqdarda silahla erməni təcavüzkarlarına qarşı vuruşduğumuz günlərə aparırdı. Azərbaycan xalqı çox müdrik xalqdır. Vətənimizin üzərini qara buludlar alanda biz Heydər Əliyevə müraciət etməklə ölkəni onu gözləyən bəlalardan xilas etdik.
    İndi Azərbaycan dünyada lider dövlətlərdən birinə çevrilib. İqtisadiyyatımız sürətlə inkişaf edir. Bunun müqabilində isə ordu quruculuğu güclənir. Təsadüfi deyil ki, 2003-cü ildən indiyədək ölkənin hərbi xərcləri 15 dəfə artıb. Daha ətraflı »

    Teqlər: ,

  • 11İyl
    Digər VƏTƏNPƏRVƏR HƏRBÇİLƏRİMİZ VAR üçün şərhlər bağlıdır

    Bakıda keçirilən bayram paradını ürək çırpıntıları ilə izlədim. Sonsuz qürur hissi keçirdim. Çox da uzaq olmayan keçmişimizi xatırladım. 1990-cı illərin əvvəllərində biz müstəqillik qazansaq da, milli ordumuz hələ formalaşmamışdı. Cəbhədə silah və sursat sarıdan üstünlük düşmən tərəfindəydi. Ona görə neçə-neçə igidimiz bu döyüşlərdə şəhid oldu. Bu gün öz oğullarını hərbi xidmətə yola salan analar artıq narahat deyillər. Qısa müddət ərzində Azərbaycan Ordusu fəxarət doğuran inkişaf yolu keçib. Bu gün bizim güclü ordumuz, müasir silahlarımız, vətənpərvər hərbçilərimiz var. Hərbi hissələrdə əsgərlərimiz üçün nümunəvi şərait yaradılıb.
    Ömrümün ahıl çağını yaşayıram. İndi həyatda ən böyük arzum Qarabağımızı azad görməkdir. Bakıda keçirilən hərbi paraddan sonra məndə belə bir əminlik yaranıb ki, Azərbaycan Ordusunun növbəti hərbi paradı işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək.

    Nubar MƏDƏTLİ,
    Azadqaraqoyunlu kəndi,

    Teqlər: