İnsan gün ərzində orta hesabla 20 min, il ərzində 7 milyon, 70 il ərzində təxminən 500 milyon addım atır. Bu, o deməkdir ki, insan öz həyatı boyu yer kürəsindən Aya qədər olan məsafə qət edir və ya yer kürəsini ekvator boyu 9 dəfə dolanır.
* * *
1922-ci il 13 sentyabr tarixində dünyada ən yüksək temperatur +57,8 dərəcə selsi Əl-Əziyiyyə bölgəsində (Liviyada) qeydə alınmışdır. 2003-cü ildə hava praqnozları üzrə ekspert Kristofer Bertə görə dünyada ən yüksək temperatur +71 dərəcə selsi Səudiyyə Ərəbistanında qeydə alınmışdır.
* * *
ABŞ-da hər 26 dəqiqə-dən bir adam öldürmə, hər 6 dəqiqədən bir zorakılıq, 6 saniyədən bir isə oğurluq hadisəsi baş verir.
* * *
Avropa ərazisində XVII əsrdə 44, XVIII əsrdə 37, XIX əsrdə 36, XX əsrdə isə 7 müharibə baş vermişdir. Daha ətraflı »
-
30İylDigər REAL FAKTLAR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20İylDigər üçün şərhlər bağlıdır
…Bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
20İylTərtər RİH-də Rayon rəhbərinin ilin birinci yarısı üzrə hesabatı üçün şərhlər bağlıdır
UĞURLAR DAVAM EDİR
Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri 2018-ci ilin birinci yarısında davam etdirilib. Bu dövrdə 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Bu barədə Tərtər rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdiril-məsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20İylDigər PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİNDƏN üçün şərhlər bağlıdır
Prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığımız inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.
Xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerdədir.
Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər İyulun 22-si Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır
“ƏKİNÇİ”-XALQI MAARİFLƏNMƏYƏ, TƏRƏQQİYƏ SƏSLƏYƏN QƏZET
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi Moskva Dövlət Universitetini bitirmişdi. Müxtəlif elmlərə dəqiq yiyələnmiş bir ziyalı idi. Onun bu xüsusiyyətləri nəzərə alınaraq hətta Moskva Dövlət Universitetində qalıb işləmək təklif olunmuşdu. Lakin o, bütün cəlbedici təkliflərdən imtina edərək doğma Vətəninə qayıtmışdır. Məqsədi xalqının maarifləndirilməsi idi.
Lakin çar Rusiyasının buxovları ilə hərtərəfli əhatə olunmuş bir xalqı tərəqqi yoluna necə çıxarmalı–Həsən bəy Zərdabi bunu qəzet vasitəsilə həyata keçirməyi qərara aldı. Bu sahədə onun müəyyən təcrübəsi vardı və qəzet sözünün güclü təsirə malik oldu-ğunu yaxşı bilirdi. Çünki Moskvada təhsil aldığı illərdə universitetin mətbu orqanı olan “Moskovskiye vedomosti” qəzeti ilə tanış idi, digər mətbuatı da yaxından mütaliə edirdi. Ən böyük arzusu xalqını cəhalətdən, sa-vadsızlıqdan çıxararaq insanlara daim yeniləşən dünyanın mütərəqqi ideyalarını çatdırmaq idi. Bu missiyanı müəllimlik fəaliyyəti ilə də yerinə yetirirdi. O, Bakı Realnı məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Lakin qəzet daha geniş auditoriyanı əhatə edirdi. Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər GƏNCƏ HADİSƏLƏRİ üçün şərhlər bağlıdır
Son günlər radikal dini yönümlü şəxslərin Gəncə şəhərində törətdikləri cinayətlər, asayişi pozmaq cəhdləri tərtərliləri də ciddi şəkildə narahat edir. Asayişi pozmağa, ölkədə xaos yaratmağa yönələn bu cür hadisələr təxribatdır və bunlar ölkəmizin inkişafını gözügötürməyənlər tərəfindən törədilir.
CİNAYƏTKARLARI LƏNƏTLƏYİRİK
Əziz həmvətənlər! Gəncə şəhərində son günlər baş verən hadisələri bir din adamı olaraq çox urək ağrısı ilə qarşıladıq. Özləri dindar olmayıb, bəzi radikal qüvvələrə qoşulmuş din adından danışan təxribatçıları qınayırıq.
Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə sui-qəsd törədən Yunus Səfərov kimi cinayətkarı Milli Qəhrəman kimi qələmə verirlər. Bu da dinimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərinə hörmətsizlikdir.
Qəhrəman o şəxsdir ki, vətənimizin dar günündə vətəninə, dövlətinə öz sədaqətini göstərir. Necə ki, Gəncədəki növbəti təxribat zamanı iki polis əməkdaşı–polis polkovniki İlqar Balakişiyev və polis polkovnik leytenantı Səməd Abbasov xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular. Daha ətraflı »Teqlər: Digər
-
20İylTərtər RİH-də BAYANDUR KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL–GÖRÜŞ OLDU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti qəbul Bayandur kəndində oldu.
Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Şirin Məmmədov, Telman Məmmədov, Qəzənfər Baxışov, Güllü Şahbazova əsasən suvarma, elektrik təsərrüfatının yenidən qurulması və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
20İylXəbərlər UNICEF VƏ BAMF-ın NÜMAYƏNDƏ HEYƏTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
BMT Uşaq Fondu (UNICEF) və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin yeni mərhələsi çərçivəsində Tərtər rayonuna növbəti səfərlərini ediblər.
Səfər çərçivəsində Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və UNICEF-in nümayəndəsi Edvard Carvardine Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Bildirilib ki, layihənin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə maarifləndirmək, pis vərdişlərdən çəkindirmək və öz potensiallarından düzgün və məqsədyönlü şəkildə istifadə etmələrinə nail olmaqdır.
Görüşdə rayon rəhbəri cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışıb, bildirib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra nümayəndə heyəti Gənclər Mərkəzində Məşvərət Şurasının üzvləri ilə görüşüb, 3D film mərkəzində film izləyiblər.Teqlər: Xəbərlər
-
20İylXəbərlər ŞƏHƏRİMİZİN KÜÇƏLƏRİ ABADLAŞIR üçün şərhlər bağlıdır
RAZILIQ EDİRLƏR
Cəbhə bölgəsində qərar tutan Tərtərimizdə quruculuq, abadlıq işləri daim davam etdirilir. 42 saylı Yol İstismarı MMC-nin direktoru Ramil Bayramovla əlaqə saxladıq. O bildirdi ki, Nicat İsgəndərov, Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri tam başa çatıb, hər üç küçədə yaşayış binlarının həyətlərinə də asfalt salınmışdır. Hal-hazırda “GES qəsəbəsi” adlanan ərazidə asfaltlanma işləri görülür. Burada da artıq işlər başa çatmaq üzrədir. Bundan sonra şəhərimizin Ədalət Paşayev və Vəzir Orucov küçələrinin asfaltlanması işlərinə başlayacağıq.
Görülən abadlıq işləri ilə bağlı elə biz özümüz də bu günlərdə həmin küçələrdə olduq, görülən işləri öz gözlərimizlə gördük.
Mehdi Hüseynzadə və Nəriman Nəri-manov küçələrində gecə işıqlandırılma-sının çəkilişi insanlarda böyük razılıq hissi yaradıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20İylDigər MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır
ÜÇ RƏFİQƏ–NİGAR, ŞƏHANƏ, AYSEL
Onlar kollektivin gənc üzvləridirlər. Həm də bu rəfiqələr yazılarımızın ilk oxucularıdır: Nigar, Şəhanə, Aysel.
Nigar baş redaktorun köməkçisi, Şəhanə ilə Aysel kompüterçi kimi çalışırlar. Hər üçü redaksiyanın bütün işlərini kompüterdə görmək bacarığına malikdirlər. Biri çətinə düşəndə, o biriləri köməyə çatır. Materialların çapdan çıxması, qəzetin səhifələnməsi, mühasibat sənədlərinin düzgün yazılması, “Yeni Tərtər” qəzetinin elektron saytının vaxtında və dəqiq işlənməsi, ümumiyyətlə redaksiyadakı bütün iş proseslərinin kompüter vasitəsi ilə görülməsi məhz bu rəfiqələrin zəhmətinin bəhrəsidir. Öhdələrinə düşən işi layiqincə görüb başa çatdırmayanadək kompüterlərdən ayrılmazlar. Baş redaktorun verdiyi bütün tapşırıqlar vaxtında yerinə yetirilir. Kollektivdə hər birinin xətir-hörməti və nüfuzu vardır. Biri işdə olmayanda digər ikisi səbr və təmkinlə yoldaşlarını əvəz edərlər ki, narahatçılıq yaranmasın. Onlar etibarlı rəfiqədirlər: Nigar, Şəhanə, Aysel. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar