Yaxın günlərdə Siz də səksən yaşın əlini sıxacaqsınız, əzizim Rasim müəllim!
Elə, belə götürəndə səksən yaş heç də az yaş deyil. Amma məsələyə məşhur yazıçı Viktor Hüqonun dedikləri baxımından yanaşsaq, bu yaş uzunömürlülər ölkəsi olan Azərbaycan üçün çox da böyük yaş deyil. Əgər Viktor Hüqo altmış yaşı qocalığın gəncliyi sayırsa, onda biz nə üçün səksən yaşı qocalıq hesab etməliyik?
Özünüzü qoca bilməyə Sizin haqqınız yoxdur, Rasim müəllim! Bu səksən yaş böyük yaradanın Sizə bəxş etdiyi şərəfli ömür payıdı. Təsəllinizi hər şeydən əvvəl, onda tapa bilərsiniz ki, Siz yaşınızın üstünə yaş gəldikcə müdrikləşirsiniz. Hamıda belə olmur, axı! Yaşı artdıqca ağlı azalanlar az deyil. Bu fikri hamı təsdiq eləyə bilər.
Mənim də az yaşım yoxdur, Rasim müəllim. Sizdən iki yaş böyüyəm. Yaşadığım bu uzun illər ərzində dünyaya insan adı ilə gəlib, insanlıqdan kənar olanları, “dünya beş gündür, beşi də qara” – deyib, ömrünü eyş-işrətlə keçirənləri, təkcə özü üçün yaşayıb nəfsinə və qarnına qul olanları az görməmişəm. Daha ətraflı »
-
10OktDigər UCALIĞIN ZİRVƏSİNDƏ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
10OktDigər 20 Oktyabr Energetiklər Günüdür üçün şərhlər bağlıdır
“İŞIQ VÜQAR”
1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
Vüqarla görüşüb söhbət etdik. Peşəsinin çətin və məsuliyyətli olduğunu söylədi. Bildirdi ki, peşəsinin incəliklərini atasından öyrənib. Daha ətraflı »Teqlər: Digər
-
10OktKənd təsərrüfatı Rayonumuzda pambıq yığımına başlandı üçün şərhlər bağlıdır
Bu günlərdə kənd əməkçiləri böyük ruh yüksəkliyi ilə yetişdirdikləri pambığın yığımına başlayıblar.
2017-ci ildə rayonda 3000 hektar sahədə pambıq əkilmiş və məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Hazırda pambıq plantasiyaları 3300 hektar sahəni əhatə edir.
Rayon statistika idarəsinin verdiyi məlumata görə, oktyabrın 5-dək rayonda 1899,2 ton məhsul toplanıb təhvil verilib. Yığım davam edir.TARLALARDA MƏHSUL BOLDUR
Əskipara rayonumuzun cəbhəyanı kəndlərindən biridir. 4 km məsafədə düşmənlə təmas xətti var. Kənd əhalisi mənfur düşmənlə qonşuluğun çətinliklərinə baxmayaraq, əlini işdən soyutmur. Əskiparalılar əkinçiliklə, heyvandarlıqla məşğul olur, rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində yaxından iştirak edirlər.
Pambıqçılığın inkişafına dair Prezident İlham Əliyevin verdiyi tapşırıqları həvəslə yerinə yetirən kənd əməkçiləri ötən mövsümdə 141 hektar sahədə pambıq becərmişdilər. Orta məhsuldarlıq hektardan 27 sentner olmuşdur. Cari mövsümdə bu qiymətli bitkinin əkin sahələri bir qədər də artırılaraq 145 hektara çatdırılıb. Ən çox pambıq əkən fermerlər Fəqani Babışov (32 hektar), Pərviz Mustafayev (30 hektar), Babək Sadıqov (10 hektar) və Etibar Əsədovdur (7 hektar). Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı PAMBIĞIN ALIŞ QİYMƏTLƏRİ ARTIRILDI üçün şərhlər bağlıdır
Ötən il rayonumuzun pambıqçıları hər hektarın məhsuldarlığına görə respublika üzrə birinci oldular. Dövlətimizin başçısı İlham Əliyev Tərtərə səfəri zamanı zəhmətimizə yüksək qiymət verərək, təcrübəmizin geniş yayılmasını tövsiyə etdi.
Qeyd edim ki, keçən ilki mövsümdə mən 54 hektar sahədə pambıq becərmişdim. Yüksək göstəricilər əldə etdik və qürurla deyə bilərəm ki, həm fermer kimi özüm, həm də məhsulun hasilə gəlməsində və yığılmasında iştirak edənlərin hamısı yaxşı gəlir götürdük.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılıq üzrə keçirilən respublika müşavirəsində digər qabaqcıl fermerlərlə yanaşı mənim də adımı çəkdi, qazandığımız nailiyyəti diqqətə çatdırdı. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktKənd təsərrüfatı ZƏHMƏTİN BƏHRƏSİ üçün şərhlər bağlıdır
Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
Fermer təsərrüfatının başçısı Seymur Yusibovu hamı zəhmət adamı kimi yaxşı tanıyır. O, həm öz pay torpağında, həm də icarəyə götürdüyü torpaqlarda hə-mişə müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərir. Həmişə də torpaqdan çox məhsul götürür.
Ötən il o, 18 hektar sahədə pambıq becərdi. Becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında həyata keçirildi. Nəticə sevindirici oldu. Pambıq yığımı maşınla aparıldı. Qəbul məntəqəsinə 60 tona yaxın məhsul təhvil verildi. Bu, hər hektardan 31 sentnerdən çox məhsul deməkdir.
Pambıq sahələrində kompleks becərmə işləri vaxtında aparılıb. Cərgəaralarına keyfiyyətli kultivasiya çəkilmiş, bitkilərə yemləmə kübrəsi verilmiş, ziyanverici və xəstəliklərə qarşı dərmanlama aparılmışdır. İşlərin aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, tarlalar bol məhsuldan xəbər verir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10OktMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
“BALA KİRPİ” İLƏ “BALA TUTUQUŞU”nun SÖHBƏTİ
“Bala Tutuquşu” təzəcə dil açırdı. Anası ona Azərbaycan dilini öyrədirdi.
Bir gün “Bala Kirpi” ilə “Bala Tutuquşu” rastlaşdı.
–Salam, necəsən?–deyə, “Bala Kirpi” soruşdu.
“Bala Tutuquşu” cavabında dedi:
–Privet, brat, vse xoroşo.
“Bala Kirpi” fikirləşdi: “Əlbət, bu, şəhərdən gəlib, ona görə rus kəlmələri işlədir. Sonra bu fikirdən daşındı. O, üst-başından şəhərliyə oxşamırdı. Düşündü ki, bəlkə bunun valideynlərindən biri rusdu?
Fikirləşdiyini dilinə gətirdi:
–Sən hansı millətdənsən?
–Çisti azərbaycanlıyam. Papam Şəkidəndir, mamam Bakıdan.
–Sənin neçə yaşın var?
–Uje uşkola gedirəm. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10OktDigər LƏTİFƏLƏR üçün şərhlər bağlıdır
–Alo, Martindir?
–Xeyir,-deyə xəttin o biri başında bir uşaq cavab verir.–Atam evdə yoxdur.
–Bəs anan?
–Anam da yoxdur. Kinoya getdilər. Qardaşımla mən evdə təkik.
–Dəstəyi qardaşına verə bilərsənmi?
–Bəli.
Uzun bir səssizlik … Sonra:
–Verə bilməyəcəyəm, çox çalışdım, ancaq onu beşiyindən götürə bilmədim…
* * *
Anası balaca qızına deyir:
–Əgər ağıllı olsan cənnətə gedərsən, yox, əgər sözümə baxmayıb nadinclik eləsən cəhənnəmə gedəcəksən!..
Qız: Daha ətraflı »Teqlər: Digər
-
10OktDigər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır
72 yaşlı bir yapon 24 saniyədə 206 söz deyərək qadınlar arasında rekord qazanmışdır.
* * *
Yaponiyada Kaqosima Yutaka Takaoka 2 saat 26 dəqiqə 31 saniyə fasiləsiz papiros çəkmiş və çempion olmuşdur. Onu şəhər papiros çəkənlər cəmiyyətinin sədri seçmişlər.
* * *
1964-cü ildə 48 yaşlı bir idmançı Los-Ancelesdən Nyu-Yorka qaçış edərək 5120 km məsafə qət et-mişdir. O, bu məsafəni 73 gün 8 saat 20 dəqiqəyə qət etmişdir. Yəni gündə 68,8 km yol qaçmışdır.
Bu müddətdə o, 15 kq arıqlamışdır.
* * *
Təhlükəli yarışlardan biri köpək balığı ilə vuruşmaqdır. 1986-cı ildə Lond-Aylend sahillərində (ABŞ) amerikalı D.Bradik köpək balığı ilə iki saatlıq vuruşmada qalib çıxmış və dünya rekordu qazanmışdır. Onun gərgin vuruşda öldürdüyü köpək balığının uzunluğu 5,2 metr, çəkisi 1565 kiloq-ram olmuşdur. Daha ətraflı »Teqlər: Digər
-
28SenDigər Bir millət, iki dövlət –Azərbaycan, Türkiyə üçün şərhlər bağlıdır
TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU SARSILMAZDIR
Düz 100 il əvvəl – 1918-ci ilin sentyabr ayında Bakı şəhəri tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etmişdi. Bir əsrdən sonra həmin gün yenidən təkrarlandı. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr edilən parad Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz birliyinin nümayişinə çevrildi.
Bu münasibətlə keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”. Daha ətraflı »Teqlər: Digər
-
28SenXəbərlər AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar