BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə təşəbbüslə Tərtər rayonunda “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin 2018-ci il üçün yekunlarına həsr olunmuş tədbir keçirib.
Tədbirdə AYAP Məşvərət Şurası üzvlərinin sosial mövzular üzərində hazırladıqları forum teatrlar nümayiş etdirilmiş, ardınca isə forum teatrların mövzularına dair fikir mübadiləsi aparılmış və sonda məzunlara sertifikatlar təqdim olunmuşdur. Daha ətraflı »
-
10YanXəbərlər AYAP-ın 2018-ci İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ TƏDBİRİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10YanXəbərlər ŞURA İCLASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır
YAP rayon təşkilatının geniş tərkibli Şura iclası keçirildi.
İclasda rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsi dinlənildi.
Qeyd olundu ki, hesabat dövründə rayon partiya təşkilatı, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinə daha dərindən nüfuz edib, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin səmərəliliyi xeyli yüksəlib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6351 nəfər üzv vardır ki, onların da 3415 nəfərini qadınlar, 1459 nəfərini gənclər təşkil edir.
2018-ci ildə ayrı-ayrı sahələrdə çalışan insanların nümayəndələri, Heydər Əliyev ideyalarına sadiq olan 251 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 115 nəfərini və ya 46 faizini gənclər təşkil edib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10YanSosial TƏRTƏRƏ GƏLƏNLƏR MÜASİRLİYİN, GÖZƏLLİYİN VƏ SƏLİQƏ-SAHMANIN ŞAHİDİ OLURLAR üçün şərhlər bağlıdır
Cəbhə bölgəsində yerləşən Tərtər şəhəri bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər şəhərinin siması büsbütün dəyişib. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib. Daha ətraflı »
Teqlər: Sosial
-
10YanXəbərlər 700-dən ARTIQ “ELDAR ŞAMI” ƏKİLİB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər.
Aksiya zamanı “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10YanTəhsil ÖRNƏK OLASI ÖMÜR YOLU üçün şərhlər bağlıdır
Xalq arasında belə bir deyim var: “Filankəs təpədən-dırnağa ziyalıdır”.
Həqiqətən də Zabil müəllimin danışığı, oturuşu-duruşu, ailədə, cəmiyyətdə rəftarı, hörməti və izzəti hər kəsdən fərqlidir. Nə yaxşı ki, ətrafımızda belə insanlar var! Onun varlığı səmimiyyətdən yoğrulub sanki. Hərdən kövrək bulağa dönməyi də var. Bu, qibtə olunası ziyalılarımızdan biri–hamının hörmətini qazanmış, necə deyərlər böyüklə böyük, kiçiklə-kiçik olan, bütün vücudu ilə duyğulu bir insan olan Zabil Zeynalovdur.
Zabil müəllimi rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Sadəcə münasibət yaradıb, dünyanın azından-çoxundan, dərdindənsərindən, Vətəndən, yurddan, ellərimizin dağından-daşından söz salasanız bəs edər. Onda görərsən ki, necə təəssübkeş insanlar var. Qarşısındakı həmsöhbəti ilə elə mülayim, elə səmimi danışar ki, fikirlərini elə yana-yana bölüşəcək ki, ayrılanda düşünəcəksən: bu insan yox, ipək kələfidir. Bəlkə də bu xüsusiyyətlər onda Vətən yanğısından, el-obasına, doğma Umudluya həsrətdən irəli gəlir?! Bəlkə də elə qanında, canındadır?! Daha ətraflı »Teqlər: Təhsil
-
10YanTəhsil FƏXRİ AD MƏSULİYYƏT HİSSİMİ ARTIRIR üçün şərhlər bağlıdır
Müəllim Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülənlərdən biri şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Quliyevadır. Tahirə müəllim həm də noyabr ayının 28-də keçirilmiş Azərbaycan Müəllimlərinin qurultayının iştirakçısı olub. Qabaqcıl təhsil işçisini redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik. O dedi:
–“Əməkdar müəllim” adı möhtərəm Prezidentimiz tərəfindən müəllimlik fəaliyyətimə verilən yüksək qiymətdir. Bu qiymətə, eləcə də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Eləcə də məni bu təltifə layiq bilən rayon rəhbərliyinə, təhsil şöbəsinə və çalışdığım kollektivə təşəkkür edirəm.
Tahirə müəllim onu da söylədi ki, əmək fəaliyyətinə rayon komsomol komitəsində statist kimi başlayıb. Sonralar orada uçot və maliyyə bölməsinin müdiri təyin edilib. Gənclərlə işləmək həvəsi də onda bu illərdə yaranıb. 1985-ci ildə Gəncə Dövlət Universitetini bitirib. Tahirə Quliyeva 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elə o vaxtdan da şəhər 6 saylı tam orta məktəbdə çalışır. Bu müddətdə məktəbdə yüzlərlə vətənpərvər, savadlı gəncin yetişdirilməsində onun da zəhməti var. Daha ətraflı »Teqlər: Təhsil
-
10YanMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
HEÇ OLMASA HƏRDƏN “DƏLİ KÜR”ü XATIRLAYIN
Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
Yaxın günlərin söhbətidir. İşdən çıxıb evə gedirdim. Hava yağışlı olduğu üçün şəhərarası avtobusa əyləşdim. Növbəti dayanacaqda 13-14 yaşlarında bir yeniyetmə oğlan əlində pryanik və alkoqollu içki gəlib əyləşdi. Bunu görən bir-iki nəfər dilləndi: Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10YanƏdəbiyyat ZORAKILIQ üçün şərhlər bağlıdır
(Novella)
Redaksiyamıza bir şikayət məktubu gəlmişdi. Orada qeyd olunurdu ki, həyat yoldaşı tərəfindən daim zorakılığa məruz qalır–döyülür, söyülür, təhqir olunur. Bu şiddətlərə daha dözə bilmir. Nə qədər fiziki və mənəvi zərbələrə tab gətirsin?! Xəcalətindən evdə iki uşağının və qonşularının üzlərinə baxa bilmir. Qazanıb gətirir, lakin həyat yoldaşı onların yediklərini, içdiklərini zəhər-zəqquma döndərir, haram eləyib burunlarından gətirir. Bəzən isə gözlərinin altı qara, üz-gözü göyərib şişmiş halda işə getməyə məcbur olur. Soruşanlara isə gündə bir yalan uydurur-gah deyir ki, yıxılmışam, gah deyir: “Başım qapıya dəyib”, gah da deyir ki, uşağa hirslənib özümü döymüşəm. Həyat yoldaşı ona ağzını açmağa imkan vermir. Dinən kimi qışqırır ki, sən sus! Səsini eşidəndə dəli oluram. Ay şərəfsiz, ay alçaq, ay qırışmal, ay matışka!!! Mənimki yaşamaq deyil, zülüm çəkməkdir. Belə ömür sürməkdənsə, ölüm fərzdir. İnanın, artıq intihar etmək həddinə çatmışam. Onda da uşaqlarım gəlib durur gözümün qabağında. Qorxumdan boşanmaq üçün məhkəməyə də ərizə yaza bilmirəm, yoxsa məni öldürər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
10YanMilli-mənəvi dəyərlər TELEVİZİYA VƏ İNTERNET MƏKANLARINDA ÖZBAŞINALIQ üçün şərhlər bağlıdır
XXI əsrin ən mühüm yeniliklərindən biri müasir texnologiya vasitələrinin həyatımıza əsaslı şəkildə daxil olmasıdır. Artıq kompüter, mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İdarə və müəssisələrdə, ailələrdə, orta məktəblərdə və universitetlərdə kompüter sisteminə keçid baş verir.
XX əsrin 60-cı illərindən ABŞ-da ilk dəfə olaraq internet kompüter informasiya şəbəkəsi yaradılıb.
Bəziləri kompüter və internetdən istifadənin yalnız əyləncə xarakteri daşıdığını fikirləşir. Ancaq bu, yanlış fikirdir. O baxır internetdən kim necə istifadə edir? Biz həmişəmi internet məkanından intellektimizi inkişaf etdirmək, biliyimizi zənginləşdirmək üçün istifadə edirik? Əlbəttə, yox? Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10YanƏdəbiyyat TƏNHA AĞAC üçün şərhlər bağlıdır
İllər öncə möcüzəli bir bağ varıydı. Bir zamanlar bu bağın ağaclarına, güllərinə hər kəs həsəd aparardı, onun meyvələrindən, güllərindən dərmək arzusunda olanlar da çoxuydu. Lakin, bağın sahibinə olan hörmətdən dolayı bir nəfər belə ordakı rəngarəngliyə əl uzatmaz, o gözəlliyə toxunmaq, xələl gətirmək fikrinə düşməzdi. Bəzən bağ sahibinin qayğısını, qulluğunu ilahi qüvvə ilə əlaqələndirirdilər.
Günlərin birində bağ sahibi qəfləti ağır xəstələndi. Çox təbiblərə müraciət edildi, lakin əncam olmadı ki, olmadı. Bu xəstəlik onun gündən-günə möcüzəli, hamının həsəd apardığı bağdan ayrı düşməsinə səbəb oldu. O, bağın gələcəyini düşünə-düşünə günlərin birində əbədi olaraq, gözlərini yumdu və möcüzəli bağdan bir daha xəbəri olmadı… Daha ətraflı »Teqlər: Ədəbiyyat
Yeni ismarıclar