Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı, hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.
Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obraz-ardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Daha ətraflı »
-
18MarMilli-mənəvi dəyərlər KOSA VƏ KEÇƏL üçün şərhlər bağlıdır
-
18MarƏdəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır
BÜTÜN DÖVRÜN MÜKƏMMƏL ŞAİRİ
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azi bir zillətdir, çoxu fəlakət
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
(NizamiGəncəvi)
XII əsr intibah ədəbiyyatının görkəmli simalarından biri, hətta birincisi olan Nizami Gəncəvinin 100-dən çox qəzəli, rübaisi, qəsidəsi onun yaradıcılığının ayrılmaz hissəsini təşkil edir.
Qədim və erkən orta əsrlər dövründə həyatı və yaradıcılığı Nizami qədər müzakirələrə, mübahisələrə səbəb olan ikinci bir mütəfəkkir bəlkə elə onun özüdür. Bu məqalədə məqsəd heç də onun həyat və yaradıcılığı haqqında məlumat vermək deyil, əsas məqsəd Nizami Gəncəvinin hansı millətə məxsus olması barədə oxucularımıza məlumat verməkdir. Öz yaşadığı dövrdən bəri, müasir zəmanəmiz də daxil olmaqla, böyük filosof-şairin milliyyəti regionda yaşayan bütün xalqlara maraqlı olmuşdur.
Elmə məlum olan yaradıcılığı fars dilində olduğu üçün, məhz fars araşdırmaçı və ədəbiyyatşünasları onu fars hesab ediblər. Fars dilində yazıb yaratmaq heç də onun fars olması üçün əsas vermir. Daha ətraflı » -
18MarƏdəbiyyat ŞƏRQ POEZİYASININ ECASKAR QÜVVƏSİ üçün şərhlər bağlıdır
Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarləığa layiqdirlər.
(Heydər ƏliyevÜmummilli Lider)Dünya şeiriyyatının günəş tək nur saçan müdrik siması, şərq poeziyasının ecaskar qüvvəsi, Azərbaycanın bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyət, bütün dövrlərin şairi – Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan olunmuşdur.
Yazılı mənbələrdə Nizami Gəncəvi haqqında məlumat az olsa da, onun əsərlərindən onun haqqında ətraflı məlumat almaq mümkündür. Dahi şairimizin mənalı ömür yolu Gəncə şəhərində başlayır. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə dünyaya göz açmışdır. 1169-cu ildə Dərbənd hökmdarı Nizamiyə Afaq adlı kəniz göndərir və şair onunla evlənir. 1174-cü ildə Məhəmməd adlı oğlu dünyaya gəlir, həmin ildə Afaq vəfat edir. Və Gövhər adlı qadınla evlənir. Nizami dünya ədəbiyyatı tarixində 5 poemadan ibarət “Xəmsə” müəllifi kimi məşhurdur.
1176-1203-cü illər ərzində “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını yazmışdır. Hümanist şair kimi şöhrət qazanan Nizaminin əsərlərində bütün nəsillərin mənəvi dünyasına işıq saçaraq böyük tərbiyəvi əhəmiyyət kəsb edən əsərlər yazmışdır. Daha ətraflı » -
18MarDigər NƏRİMANIN DÖYÜŞ XATİRƏLƏRİ üçün şərhlər bağlıdır
Nəriman Nərimanzadə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının ilk fəallarından biri olan Kərrar Bayramovun oğ-ludur. O Vətənə, partiyaya sevgini elə ailəsindən öyrənib, doğulduğu ocaqda formalaşıb cəmiyyət arasına çıxıb. Hələ orta məktəbdə təhsil aldığı zaman valideynlər bu oğulları ilə fərəhlənirdilər. İnanırdılar ki, Nəriman gələcəkdə onların zəhmətini itirməyəcək, layiqli bir övlad olacaqdır. Bu inam – Nəriman Bakı şəhərində Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsində oxuduğu, ədliyyə nazirliyi Pentensial Xidməti Mühafizə Alayında əsgəri xidmətini çəkdiyi vaxtlarda özünü doğrultmuşdu. Hərbidən qayıtdıqdan sonra ixtisasına uyğun fəaliyyətə başlamışdır. Bərdə “KredAqro” MMC-də kredit mütəxəssisi, sonra isə Tərtərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edərək operator vəzifəsində çalışıb. Üç ildən sonra müqavilə müddəti bitdikdə gənclər və idman idarəsində aparıcı məsləhətçi işləyib. 2020-ci ilin martından isə hal-hazıra kimi Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir. Məqsədim onun çalışdığı sahələri sadalamaq deyil. Nəriman işlədiyi sahədən asılı olmayaraq məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb.
Xalqımızın erməni separatçılarına qarşı müharibəyə Nəriman da qoşulub. 2020-ci il sentyabr ayında qismən səfərbərlik zamanı Vətənin müdafiəsinə qalxıb, Daha ətraflı » -
18MarDigər “ƏYRİ OTURAQ DÜZ DANIŞAQ” üçün şərhlər bağlıdır
(REPLİKA)
Bəlkə də bu xalq məsəli ona görə yaranıb ki, deyilən düz sözə “mız” qoya bilməyənlər “əyri oturuşa” “mız” qoysunlar. Necə oturmaqdan asılı olmayaraq, həqiqəti demək lazımdır. Daha bizim qeyri-peşəkar yazarlar kimi yox. Özüm qəsdən “jurnalist” yox, sadəcə yazar deyirəm onlara. Çünki sanki, bu bir qrup öz “dəsti xətti” olan yazarlara “yuotube” kanalları qol-qanad verib. Hərə bir kanal açıb, millətin də, özünün də başını qatır (Əlbəttə, bəziləri istisna olmaqla). Ağlına gələn çəkilişi edir, “nəzir-niyaz”ını alır, ağzına gələn ittihamları müraciət müəllifinin dilindən səsləndirir, sonra efirdə deyilənlərə kanal məsuliyyət daşımır “mesajını verir”, “qarşı tərəfin də açıqlamasını verə bilərik” söyləməklə özünü, necə deyərlər, sığortalayır. Bərəkallah sənin “yazarlığına”! “Elə bil dünyaya gətirdiyin uşağın öləcəyi, qalacağı, gələcəkdə hansı əməllə məşğul olacağı məni maraqlandırmır”– deyirsən.
Bəyənmədiyimiz o Sovet dönəmində əvvəlcə fakt araşdırılır, sonra kütləyə təqdim olunurdu. İndi isə “sayıqlama” verilir, sonra açıqlama gəlir. Hər şey isə təqdimatdan başlayır. Daha ətraflı » -
11Mar
DÖVLƏTİN MARAQLARI VƏ MÜSTƏQİLLİK ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASƏTİNDƏ MÜTLƏQ PRİORİTET TƏŞKİL EDİB
Digər DÖVLƏTİN MARAQLARI VƏ MÜSTƏQİLLİK ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASƏTİNDƏ MÜTLƏQ PRİORİTET TƏŞKİL EDİB üçün şərhlər bağlıdır2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında göstərilmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Daha ətraflı »
-
11MarDigər YAP-ın VII QURULTAYI OLKƏMİZİN İÇTİMAİ-SİYASİ HƏYATINDA ÖNƏMLİ HADİSƏDİR üçün şərhlər bağlıdır
Cari ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş giriş və yekun nitqi söyləmişdir. Dövlət başçısının nitqində ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq siyasi arenada qazandığı uğurlarda YAP-ın oynadığı əsas roldan və digər məsələlərdən ətraflı bəhs edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.
O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Daha ətraflı »
-
11MarDigər Minnətdarlıq məktubları üçün şərhlər bağlıdır
MƏRHƏMƏTLİ QAYĞI
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitseprezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, xalq tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da yüksək minnətdarlıqla qeyd olunur. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətlərin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar -
11MarDigər HAQQ MÜBARİZƏSİ üçün şərhlər bağlıdır
Bu gün bütün dünya Azərbaycan xalqının əzmindən danışır və heyranlıq hissi duyur. Buna səbəb isə Azərbaycanın haqq mübarizəsindəki göstərdiyi birliyi, rəşadəti, mətanəti və dəyanətidir. Bu haqq mübarizəsindəki uğurumuzu başda dövlət başçımız olmaqla, əsgərlərimizə və xalqımıza borcluyuq.
Dövlətimizin 28 il boyunca yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsi və Ordumuzun gücü 44 gün müddətində böyük bir qələbəyə gətirib çıxartdı. Bu qələbə bizim haqqımız idi. Ancaq haqqımız olduğuna baxmayaraq bunu dinc yolla əldə etmək mümkün deyildi.Və nəhayət ən doğru qərar verilərək əks hücum əməliyyatına başlanıldı. Bu zaman Azərbaycan gəncləri böyük sücaətlər göstərərək əzəli torpaqlarımızı geri aldılar. Əfsuslar olsun ki, müharibə itkisiz ötüşmür. 3 minə yaxın qəhrəmanımızı itirdik. Minlərlə körpələrimiz, gəlinlərimiz, analarımız gözüyaşlı qaldılar. Lakin, dövlətimiz şəhid ailələrini heç vaxt yalnız buraxmır. Şəhid anaları, şəhid ailələri hər zaman dövlətin onların yanında olduğunu hiss edirlər. 25 fev-ral 2021-ci ildə ölkə başçımızın Ramana qəsəbəsinə etdiyi səfər və burada 30 ədəd doqquzmərtəbəli binanın şəhid və əlil ailələrinə verilməsi buna bariz nümunədir.
Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərir və göstərəcək.
Son 200 il ərzində yaşanmayan bu sevinci Azərbaycan xalqına bəxş etdiyinə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza xalqımız həmişə minnətdar olacaqdır.
Bəhruz Nəzərov,
Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzinin direktoru -
11MarDigər PREZİDENTİMİZ HƏMİŞƏ ÖZ XALQININ YANINDADIR üçün şərhlər bağlıdır
Azərbaycan xalqı son illərdə dövlət başçısının diqqət və qayğısını daim öz üzərində hiss etmişdir. Bu diqqət və qayğı xalqın güzəranının daha da yaxşılaşdırılması üçün dövlət rəhbərinin gördüyü ardıcıl tədbirlərdə öz əksini tapmışdır. Vaxtaşırı sosial layihələrin həyata keçirilməsi, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, pensiyaların və təqaüdlərin artırılması, şəhid ailələrinin və qazilərin yaşayış mənzilləri, həmçinin minik maşınları ilə təmin olunması dövlətin diqqət mərkəzində dayanan prioritet məsələlərdir.
Bu ilin fevral ayında Ramana qəsəbəsində şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilən 30 ədəd doqquzmərtəbəli yaşayış binası da bu qəbildəndir.
Prezident İlham Əliyevin həmin mərasimdə söylədiyi nitqində irəli sürülən müddəalar Azərbaycanın necə bir güclü siyasi liderə və dövlət rəhbərinə malik olduğunu bir daha isbatlamışdır.
Mən bütün gənclər adından xalqımıza göstərilən bu diqqət və qayğıya görə möhtərəm prezidentimizə öz səmimi minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Ülviyyə Akifqızı,
“Yeni Tərtər” qəzetinin əməkdaşı
Yeni ismarıclar