Bu gün bütün dünya Azərbaycan xalqının əzmindən danışır və heyranlıq hissi duyur. Buna səbəb isə Azərbaycanın haqq mübarizəsindəki göstərdiyi birliyi, rəşadəti, mətanəti və dəyanətidir. Bu haqq mübarizəsindəki uğurumuzu başda dövlət başçımız olmaqla, əsgərlərimizə və xalqımıza borcluyuq.
Dövlətimizin 28 il boyunca yeritdiyi uğurlu daxili və xarici siyasəti nəticəsi və Ordumuzun gücü 44 gün müddətində böyük bir qələbəyə gətirib çıxartdı. Bu qələbə bizim haqqımız idi. Ancaq haqqımız olduğuna baxmayaraq bunu dinc yolla əldə etmək mümkün deyildi.Və nəhayət ən doğru qərar verilərək əks hücum əməliyyatına başlanıldı. Bu zaman Azərbaycan gəncləri böyük sücaətlər göstərərək əzəli torpaqlarımızı geri aldılar. Əfsuslar olsun ki, müharibə itkisiz ötüşmür. 3 minə yaxın qəhrəmanımızı itirdik. Minlərlə körpələrimiz, gəlinlərimiz, analarımız gözüyaşlı qaldılar. Lakin, dövlətimiz şəhid ailələrini heç vaxt yalnız buraxmır. Şəhid anaları, şəhid ailələri hər zaman dövlətin onların yanında olduğunu hiss edirlər. 25 fev-ral 2021-ci ildə ölkə başçımızın Ramana qəsəbəsinə etdiyi səfər və burada 30 ədəd doqquzmərtəbəli binanın şəhid və əlil ailələrinə verilməsi buna bariz nümunədir.
Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərir və göstərəcək.
Son 200 il ərzində yaşanmayan bu sevinci Azərbaycan xalqına bəxş etdiyinə görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Şanlı Ordumuza xalqımız həmişə minnətdar olacaqdır.
Bəhruz Nəzərov,
Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzinin direktoru
-
11Mar
Müəllif: Redaktor, 09:49