Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen
    Kənd Təsərufatı UĞURLAR ZƏHMƏTDƏN KEÇİR üçün şərhlər bağlıdır

    Bilirik ki, 2020-ci il bütün xalqımız üçün daha bir sınaq ili oldu. Həm COVİD-19 pandemiyası ilə mübarizə, həm də 44 günlük Vətən müharibəsi xalqımızın necə əzmkar olduğunu bir daha göstərdi. Amma zəhmətkeş insanların işə olan həvəsi zəifləmədi. Bu sınaqlardan üzüağ çıxmağı bacaran xalq öz normal həyatına qayıtdı. Müharibə zamanı şəhərlərə, kəndlərə, infrastruktura və təsərrüfatlara dəymiş ciddi ziyan tədricən bərpa olunmağa başlandı. Müharibə dövründə də əlləri işdən soyumayan təsərrüfatçılar öz fəaliyyətlərini davam etdirdilər.
    Dövlət-xalq birliyi Azərbaycanın işıqlı gələcəyini şərtləndirir. Tərtər rayonunun timsalında da bu birliyi əyani şəkildə görə bilərik. Qəhrəman tərtərlilər də həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olduqlarını, Vətəni və Torpağı öz canlarından da çox sevdiklərini 44 günlük Vətən müharibəsi ərzində də sübuta yetirdilər. Ali Baş Komandana və Orduya güçlü inamın nəticəsi idi ki, burada hər kəs arxayın şəkildə öz işi ilə məşğul olurdu. Ələlxüsus təsərrüfat adamları.
    Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı tərəqqiyə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”.
    Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin hər bir rayonunda bütün sahələr üzrə ailə fermer təsərrüfatları inkişaf etməkdədir. Tərtər rayonunda da belə fermer təsərrüfatları mövcudur. Həmin fermerlərdən biri – Qurbanov Emin Fərman oğludur.
    Əməkdaşımız Elfuzə Vəliyeva onunla görüşüb söhbət etdmişdir.
    – Emin müəllim necə oldu ki fermer təsərrüfatı yaratmağı qərara aldınız?
    Bizim uşaqlığımız kənddə keçib. Daha ətraflı »

  • 30Sen
    Təhsil TƏBRİK EDİRİK üçün şərhlər bağlıdır

    2020-2021-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini onbirinci siniflər üzrə 584, doqquzuncu siniflər üzrə 752 nəfər bitirmişdir. Onbirinci sinif məzunlarından 326 nəfər ali məktəblərə sənəd vermişdir. Onbirinci sinif üzrə 206 nəfər, doqquzuncu sinif üzrə 98 nəfər müxtəlif ali təhsil və orta ixtisas müəsssisələrinə qəbul olunub. Ali məktəblərə sənəd verən məzunlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb. 600-dən yuxarı bal toplayanların 2-si 1 saylı tam orta məktəbin, 1-i isə Hüsənli kənd tam orta məktəbin məzunlarıdır.

  • 30Sen
    Təhsil 600-DƏN COX BAL TOPLAYANLAR üçün şərhlər bağlıdır

                                                   Xədicə Məmmədova-634 bal

    İnsan dünyaya göz açanda yazılmamış vərəqi xatırladır. Böyüdükcə ilk sətirlər yazılmağa başlayır. İnsan ömrünə yazılan sətirlərin ən ürəyə yatanı, işıq saçanı orta məktəb illəridir. Hansıki bu illərdə elmlərin açarını qazanırsan. Elə bir açar ki, həyat yolundakı bütün qapıları aça bilmək üçün yalnız ondan istifadə olunur. 11 il istisinə, soyuğuna öyrəşdiyimiz doğma məktəbdə ürəklərinin odunu, gözlərinin işığını şagirdləri üçün şam edən müəllimlərdən öyrənərək müstəqil həyatda ayaq üstə dayanmağı bacarırıq. Hər il yüzlərlə məzunlarımız tələbə adı qazanaraq valideynlərinə, müəllimlərinə sevinc bəxş edirlər.
    Məmmədova Xədicə İlqar qızı 2020-2021-ci tədris ilində 1 saylı tam orta məktəbin məzunlarından biri olmuşdur. O, orta məktəbi müvəffəqiyyətlə bitirmiş, qəbul imtahanında rayonumuz üzrə ən yüksək bal toplamışdı – 634 bal. Bu, müstəqil həyatda Xədicənin ilk – həm də yüksək uğurudur. Sevincinin həddi-hüdudu yoxdur. 11 il çəkdiyi əziyyət öz gözəl bəhrəsini verib. Valideynlərinin və müəllimlərinin etimadını doğruldub.Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olub. Özü isə bu barədə deyir: Daha ətraflı »

  • 30Sen

    Təhsil üçün şərhlər bağlıdır

                                                                    Alsu Əsədova-627 bal

    Əsədova Alsu Xəqani qızı şəhər 1 saylı tam orta məktəbin rus bölməsində təhsil alıb. Oxuduğu sinifdə o, həmişə yoldaşlarından fərqlənib. Müəllimlərin gündəlik tapşırıqlarını məsuliyyətlə yerinə yetirər, həmişə dərslərə hazırlıqlı olardı. Qarşısına məqsəd qoymuşdu ki, böyüyəndə qanunların keşiyində duracaq – hüquqşünas olacaq. 11 illik qayğılı illər artıq arxada qalıb. Alsu ali məktəblərə qəbul olmaq məqsədi ilə imtahan verib və yüksək balla – 627 balla ADA universitetinin hüquqşünas fakültəsinə qəbul olub.
    Alsu ailənin tək övladıdır. Buna baxmayaraq anası Billurə müəllim qızının ali təhsil olması üçün ciddi tələbkarlıq göstərib. Bu gün isə bir valideyn olaraq onun zəhməti öz bəhrəsini verib. Qızı universitet tələbəsi adını qazanıb.
    Alsu özü isə belə deyir:
    – Əvvəla mən bu il universitetlərə qəbul olunaraq tələbə adı qazanmış bütün məzunlarımızı təbrik edib, gələcək təhsil illərində onlara uğurlar arzulayıram. Sonda isə mənim müvəffəqiyyət qazanmağımda zəhməti olan – Rima, Rəna, Məlahət, Könül və Solmaz müəllimlərimə öz minnətdarlığımı bildirirəm. Daha ətraflı »

  • 30Sen

    Təhsil üçün şərhlər bağlıdır

                                                              Fatimə Hacızadə-605 bal

    Hacızadə Fatimə Zülfüqr qızı Hüsənli kənd tam orta məktəbində təhsil alıb. O təhsil aldığı illərdə müəllim kollektivinin və məktəb rəhbərliyinin etimadını qazanıb. Keçilən dərsləri yaxşı mənimsəməsi üçün müəllimlərə diqqətlə fikir verib, əlaçı şagirdlərdən olub. Oxuduğu illərdə dərslərə və müəllimlərin tapşırıqlarına məsuliyyətlə əməl edərək gələcəkdə həkim olmaq arzusu ilə yaşayıb. Artıq 11 illik məktəb həyatı arxada qalıb. O, ali məktəbə qəbul olmaq üçün IV qrupda imtahan verib, yüksək balla –605 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Fatimə bu xəbərin sevincini ilk olaraq anası Ülviyyə və kimya fənnini ona sevdirən Məsləhət müəllimlə bölüşüb. Sonra bütün doğmaları, qohumları, qonşuları, dostları onun bu sevincinə şərik olublar.
    Fatimə ilə söhbətdə bildirdi ki, Ali təhsil almaq üçün hazırlaşan vaxt çox həyəcanlanırdım, qəbul ola bilməyəcəyimdən qorxurdum. Lakin, ata-anam inad edirdilər ki, hökmən həkim olmalısan. Onların bu inadı mənim daha çox çalışmağıma səbəb olurdu. İndi sevinirəm ki, valideynlərimin dəstəyindən istifadə edərək çalışdım və qəbul oldum. Sevinirəm ki, onların da arzusunu yerinə yetirmişəm. Daha ətraflı »

  • 30Sen
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                                           ANANIN YUXUSU

    44 günlük Vətən müharibəsi başa catdıqdan sonra şəhidlərimizin müqəddəs ruhları hər yerdə anılır, adlarına müxtəlif abidə kompleksləri ucaldılır. Belə abidə-komplekslərindən biri də Seydimli kəndinin yaxınlığında şəhid Aysənan Abbasovun adına ucaldılmış möhtəşəm, hər tərəfi gülçiçəklərlə əhatə olunmuş abidə-kompleksidir. “Tərtər-Gəncə” magistral avtomubil yolu ilə hərəkət edən bütün nəqliyyat vasitələrindəki insanlar bu abidə- kompleksinin qarşısında dayanıb hörmət əlaməti olaraq ziyarət edib burada xatirə şəkilləri çəkdirir, şəhid Aysənanın ruhuna dualar oxuyurlar. Demək olar ki, bu möhtəşəm abidə hər gün ziyarət olunaraq yad edilir.
    Aysənan Abbasovun kimliyi ilə maraqlanıb ailəsini ziyarət etdik və onun haqqında məlumat toplayaraq, Daha ətraflı »

  • 30Sen
    Digər ZƏNGƏZURU ERMƏNİLƏRƏ KİMLƏR ”BAĞIŞLADI”? üçün şərhlər bağlıdır

    Zəngəzurun Ermənistana verilməsindən 101 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və Kürdüstan qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
    İşğalın başlanğıcı

    Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali öldürülüb. Daha ətraflı »

  • 30Sen
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                                        ZƏKAT NƏDİR?

    On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir
    İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. Həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.
    Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır». Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: Daha ətraflı »

  • 30Sen
    Digər MÜNAQİŞƏNİN HÜQUQ MÜSTƏVİSİNDƏ HƏLL OLUNMASININ SƏBƏBİ İKİLİ STANDARTLAR VƏ BEYNƏLXALQ RİYAKARLIQDIR üçün şərhlər bağlıdır

    Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Bu fikirləri Prezident İlham Əliyev 2021-ci ilin 27 sentyabr tarixində Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibəsində bildirmişdir.

    Ölkə başçısı qeyd etmişdir ki, Daha ətraflı »

  • 29Sen
    Digər MÜZƏFFƏR ORDU VƏ ÖZ VƏDLƏRİNƏ SADİQ QALAN MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN üçün şərhlər bağlıdır

    Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bir il keçir. Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, 27 sentyabr tarixi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətiolaraq ölkəmizdə Anım Günü kimi qeyd edilir.

    44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi.

    Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, “bu Qələbə tarixdə əbədi qalacaq. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi Daha ətraflı »