Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev
    Hərbi vətənpərvərlik, Şəhidlər ŞÜCAƏTLƏRİLƏ ADINI TARİXƏ YAZAN İGİD üçün şərhlər bağlıdır

    Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qəhrəmanın doğulduğu Səhlabad kəndindəki şəhidlər abidəsinin önünə tər gül dəstələri qoyulub.
    Tədbirdə Mehrac Mahmudovun şərəfli həyat yolunun səhifələri vərəqlənib. Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. Daha ətraflı »

  • 10Fev
    Hərbi vətənpərvərlik UNUTMAYAQ üçün şərhlər bağlıdır

                                                                   Fevralda doğulan Vətən müharibəsi şəhidləri

                                                    Məmmədov Həsən Asif oğlu
    Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
    Əmirov İsgəndər Yelmar oğlu
    İsgəndər Əmirov 1967-ci ilin fevral ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
    İsgəndər Əmirov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər Şəhidlər bulağının açılışı üçün şərhlər bağlıdır

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq Sarıçalı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər Gəlin, bu barədə düşünək üçün şərhlər bağlıdır

                                                                 GECİKMİŞ HƏYƏCAN TƏBİLİ

    Yəqin ki, televziya izləyiciləri “ATV”-də “Bizimləsən” verilişində Tərtər rayonunun Evoğlu kəndindən 16 yaşlı Ləmanın qaçırılması ilə bağlı çəkilişləri izləyiblər və təəssüf ediblər. Mən saytlarda bununla bağlı verilən “16 yaşlı məktəbli qız qaçırıldı” başlığı ilə razılaşmıram. Ləman qaçırılmayıb, özü qaçıb. Və yenə də çox utancverici haldır ki, bu məktəbli qız efirə qoşularaq, utanmadan, dediklərinin dərinliyinə varmadan, anlamadan hər kəsin, o cümlədən atasının da “cavabı”nı verdi. Hətta erkən nikahla bağlı qanunu öz bildiyi tərzdə izah etdi, sağlamlığının ailə qurmağa imkan verdiyini dedi, Seymurun 10 il bir yerdə yaşadığı qadını da cavabsız buraxmadı.
    Əlbəttə, bu nə birinci, nə axırıncı Ləmandır.
    Görəsən Ləmanların tərbiyəsində harada səhvə yol vermişik? Valideynin boğazından kəsib onu oxutmaq üçün repetitor yanına göndərdiyi halda, Ləmanın yolda tanış olduğu özündən yaşca böyük birinə qoşulub qaçması bizə nə deyir? Hələ ailənin nə olduğunu dərk etməyən, onun çətinliklərini, qayğılarını zərif çiyinlərində daşımağı üzərinə götürən qızlarımızın gələcəyi necə olacaq? İttiham etmək, söz demək, qınamaq asandır. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər BU YOL HARA APARIR? üçün şərhlər bağlıdır

    Qəzetimizin 31 yanvar 2022-ci il tarixli sayında Svetlana Əzizovanın “Gəlin, güvəniləsi qadın olaq” sərlövhəli məqaləsi dərc olunmuşdu. Bu yazıda qaldırılan mövzu ilə bağlı deyiləsi söz çoxdur. Çünki söhbət yalnız qadınların şəxsi həyatından, onların istəklərindən deyil, bu istəklərin qurbanı olan ailələrin aqibətindən və belə ailələrdə böyüyən uşaqların taleyindən gedir.

    Hazırda rayonumuzda boşanmaların sayı sürətlə artmaqdadır. Əvvəllər bunun əsas səbəbi kimi ailədə övladın dünyaya gəlməməsi göstərilirdi. Getdikcə bu səbəbmi, yoxsa bəhanəmi ikinci plana keçir. Elmin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə sonsuzluq bir problem kimi aradan qaldırılır.
    Bəs onda gənc ailələr niyə dağılır? Tariximizə nəzər salsaq görərik ki, Azərbaycan ailəsində kişinin özünə məxsus nüfuzu, hörməti və yeri olsa da, ailə qayğılarının ağırlığı əsasən qadınların üzərinə düşür. Qadın bir növ cəmiyyətin kiçik özəyi sayılan ailənin memarı və burada böyüyən uşaqların gələcəyinin istiqamət vericisidir. Daha ətraflı »

  • 10Fev
    Xəbərlər Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əhaliyə müraciəti üçün şərhlər bağlıdır

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri icrasını davam etdirir.
    Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
    Qeyd olunanlarla bağlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:
    – elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin! Daha ətraflı »

  • 10Fev
    Təhsil Məktəb həyatı üçün şərhlər bağlıdır

                                                             ŞAGİRDLƏRƏ PEŞƏ TƏHSİLİ VERİLİR

    Təhsil Nazirliyinin daha bir uğurlu işi olan “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində fəaliyyətə başlasa da, qısa müddətdə böyük uğurlar qazanıb. Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanmasıdır. Şagirdlər peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanırlar. Hər yeni tədris ilində peşə təmayüllü siniflərin əhatə dairəsi genişlənməkdədir. Hal-hazırda sözügedən layihə 80 məktəb, 124 sinif, 2387 şagird, 361 müəllim heyətini əhatə edir.Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə uyğun sertifikatlara da yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.
    Şəhərimizdə peşə təmayüllü siniflər bizim məktəbdə fəaliyyət göstərir. Şagirdlər burada İT (informasiya texnologiyaları) mütəxəssisi köməkçisi” və “Qənnadcı köməkçi”si ixtisasları üzrə təhsil alırlar. Daha ətraflı »

  • 09Fev
    Digər Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir üçün şərhlər bağlıdır

    Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər. Daha ətraflı »

  • 05Fev
    Digər Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş və gənclər qarşısında çıxış etmişdir.Cənab Prezident ilk öncə gənclər gününün tarixi və ölkənin gənclərlə iş sahəsində keçdiyi çətin və şərəfli yol haqqında danışdı. Bildirildi ki, müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdı. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi. Eyni zamanda yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Amma bütün bunlara baxmayaraq, Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. Daha ətraflı »

  • 03Fev
    Xəbərlər İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb üçün şərhlər bağlıdır

    Məlum olduğu kimi, Azərbayycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 30-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində rəsmi səfərdə olmuşdur. On səkkiz il ərzində cənab Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Xüsusilə, qeyd etməliyik ki, Gəncəyə gedən avtomobil yolları və dəmir yolu xəttləri tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncə eyni zamanda Kəlbəcər və Laçın rayonlarının inkişafında xüsusi yer tutur və tutacaq. Çünki hazırda bizim Kəlbəcərə yeganə gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Murov aşrımından keçən bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində o cığır genişləndirilib. Hazırda qış aylarında da bu yoldan rahat istifadə edilməsi üçün Murov dağının altından uzunluğu təqribən 12 km olan tunel çəkilir. Daha ətraflı »