

Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.
Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.
Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.
Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
Prezident İlham Əliyev bildirib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Daha ətraflı »


YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.



YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17 Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycan xalqının yaxın dostudur. Xocalı faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun böyük xidmətləri var. Bu xidmətlərinə görə jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. 44 günlük Vətən müharibəsindən sonra Qalib ölkənin başçısı və xarici jurnalist azad Qarabağda – Şuşada görüşüblər. Xocalı faciəsinin ildönümü ərəfəsində biz Riçard Lapaitislə əlaqə saxlayıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O, Azərbaycanın Avstriyadakı səfirliyinin xahişi ilə Vyanaya uçmağa hazırlaşırdı. Buna baxmayaraq, jurnalist suallarımızı elə təyyarə limanından cavablandırdı. Hər kəlməsi Azərbaycana və azərbaycanlılara sevgi ilə dolu bu müsahibəni oxucularımzın diqqətinə çatdırırıq.
Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü, Səhlabad kənd sakini, kiçik çavuş Lalayev Ruslan Akif oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Bu sözləri Bəxtiyar Allahverdizadə Laçının Səfiyan kəndindəki döyüşdən danışarkən dedi. Həmin döyüşdə düşmənin hava hücumu nəticəsində briqadanın şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rəşad Sadıqov və əsgər Əyyub Süleymanov şəhid olmuşdular.
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında qar-şıya qoyduğu mühüm vəzifələrdən biri gənclərin tərbiyəsidir. “Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir” – deyən dövlət başçısı birinci yerdə ailə, ikinci yerdə isə məktəb tərbiyəsinin dayandığını söyləyib. O bildirib ki, belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır.
Yeni ismarıclar