MƏZUN OLAN ŞƏHİD ÖVLADLARI DEYİRLƏR:
Pərizad Məmmədova– Qazyan kənd tam orta məktəbinin məzunu:
–44 günlük Vətən müharibəsində erməni cəlladları atamı vəhşicəsinə qətlə yetirdilər. Onun ən böyük arzusu öz övladlarını tərbiyəli və təhsilli görmək idi. Biz – onun hər üç övladı qoymarıq ki, atamızın arzuları yarımçıq qalsın. O zaman körpə olsaq da, bizə necə qayğı ilə yanaşdığı, dərslərimizə necə diqqət göstərdiyi hər birimizin yadındadır. Atam özü təhsil ala bilməmişdi. Işi həmişə ağır idi. Buna baxma-yaraq, evə nə qədər yorğun gəlsə də, dərslərimizi soruşur, hətta ingilis dilini necə öyrənməyimizlə maraqlanır, kiçik qardaşımıza kömək etməyi bacıma və mənə tapşırırdı.
Bəlkə də onun bu tövsiyələri, tapşırıqları olmasaydı, başımıza gələn faciədən sonra biz çətinlik çəkərdik. Ancaq, şükür Allahın böyüklüyünə, özümüzdə güc tapdıq. Atamızın arzularına doğru addım-addım irəlilədik. Hal-hazırda böyük bacım Arzu “Xəzər” Universitetinin tələbəsidir. I kursu bitirib. Mən isə buraxılış imtahanlarından 256 bal, ümumilikdə isə 473 bal toplamışam. IV ixtisas qrupunu seçmişəm. Arzum həkim olmaqdır. Yenə də imtahan verəcəyəm. Əgər bu il Tibb Universitetinə daxil ola bilməsəm, gələcəkdə ikinci təhsil almaq fikrindəyəm. Çünki atam məni məhz həkim kimi görmək istəyirdi.
Qardaşım Zamiq isə doqquzuncu sinfə keçib. O, gələcəkdə kənd təsərrüfatı üzrə ixtisas seçmək istəyir ki, kənddə yaşasın. O, indinin özündə də məktəbli olsa da, anamızın ən yaxın köməkçisidir.
Şəhidlik uca zirvədir. Şəhidlər unudulmur. Biz də atamızı daim yanımızda hiss edir, hər addımımızda ona layiq olmağa çalışırıq. Daha ətraflı »



Süleymanlı Hüseyn Nadir oğlu 22 iyun 2004-cü ildə rayonumuzun Qaynaq kəndində doğulub. Peşəyə böyük marağı olduğu üçün orta təhsilini başa vuran kimi məktəbdən ayrılıb. Avtodiaqnostikanı öyrənib. Bir müddət Tərtərdə, sonra Bərdədə işləyib.
Nilufəri uşaq vaxtından tanıyıram. Hələ 5-ci sinifdə oxuyarkən məktəblərində keçirilən tədbirlərdən birində doğma Umudlu kəndindən necə həyəcanla danışdığının və kövrəldiyinin şahidi olmuşam. O zaman Nilufər göz yaşları içində: “Mən valideynlərimin doğulduğu o torpağa mütləq ayaq basacağam,” – demişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Nilufər kimi didərginlik həyatı yaşayan minlərlə uşağın, böyüyün arzularını gerçəkləşdirdi. 11-ci sinifdə oxuyarkən Nilufərə valideynlərilə birlikdə heç zaman görmədiyi, ancaq böyüklərin söhbətlərindən çox yaxşı tanıdığı Umudluya səfər etmək nəsib oldu. O, bir zamanlar haqqında ağlaya-ağlaya danışdığı Umudlunu indi sevinc göz yaşları, qürur və iftixar hissi ilə seyr edirdi. Bu barədə özü belə deyir:
Asif Talıboğlu Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub. Hazırda rayonumuzda Yeni Qəsəbədə yaşayır. Onun şeirləri “Yeni Tərtər” qəzeti ilə yanaşı, müxtəlif ədəbi almanaxlarda və digər bölgə qəzetlərində çap olunub. Aşağıda Asif Talıboğlunun bir neçə şeirini oxucularımıza təqdim edirik.
Cənab Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a müsahibə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
Ulu Öndər Heydər Əliyev deyib: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Yeni ismarıclar